From Wikipedia, the free encyclopedia
Milan hersoqluğu (it. Ducato di Milano; lat. Ducatus Mediolani) ― İtaliyanın şimalında yerləşən Müqəddəs Roma İmperiyasına tabe olan dövlət. Paytaxtı Milan olan dövlət 1395-ci ildə Jan Qaleazzo Vizkonti tərəfindən yaradılmışdır. Hersoqluğun qonşuları şərqdə Venesiya Respublikası, qərbdə Savoyya hersoqluğu, cənubda Genuya Respublikası və şimalda İsveçrə kantonları idi. Rəsmi olaraq istifadə olunan dillər Lombard və İtalyan dilləri idi.
dövlət | |||||
Milan hersoqluğu | |||||
---|---|---|---|---|---|
Ducato di Milano (İtalyanca) Ducatus Mediolani (Latınca) | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Milan | ||||
Dilləri | latın dili, italyan dili, Lombard dili | ||||
Rəsmi dilləri |
Lombard İtalyan |
||||
Dövlət dini | Roma-Katolik kilsəsi | ||||
İdarəetmə forması | Monarxiya | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Ən geniş sərhədlərinə XV əsrin əvvəllərində çatan dövlət, bütün Lombardiya əyalətinə və Venesiya, Emilia Romagna və Piemonte əyalətinin bir hissəsinə sahib idi.
Sforza sülaləsi dövründə ipək sənayesinin inkişafı ilə zənginləşən şəhər, İntibah dövrünün ən zəngin dövlətlərindən birinə çevrilmişdir.
XV əsrin sonlarına doğru Fransa krallığı ilə Habsburq İmperiyası arasındakı mübarizənin səbəblərindən biri olmuşdur. 1556-cı ildə Habsburg İspaniyasına keçən Milan hersoqluğu, keçmiş imperiya sərhədlərində olduğu üçün 1707-ci ildə Habsburg Avstriyasına keçmişdir. 1796-cı ildə yenidən Fransa tərəfindən fəth edilən Milan Hersoqluğu, bir il sonra Campo Formio müqaviləsi ilə Alpların cənubundakı Fransız kukla dövləti olan Cisalpin Respublikasına keçmişdir.
Napoleon dövründə məğlub olan Fransa, 1815-ci ildə Vyana konqresində Lombardiya-Venesiya Krallığını (Milan Hersoqluğu daxil olmaqla) Avstriya imperiyasına təslim etdi. 1859-cu ildə Lombardiya Avstriya tərəfindən Sardiniya-Piemonte Krallığına təhvil verildi. Sardiniya-Piemonte Krallığı isə müasir İtaliyanı meydana gətirmişdir.
Viskonti sülaləsi 1277-ci ildən bəri Milan şəhərini idarə edirdi. 100.000 Florin müqabilində Milan Hersoqluğunu Müqəddəs Roma İmperiyasına əlavə edən Jan Qaleazzo Vizkonti, Milan hersoqu və Pavia qrafı olmuşdur.
1395-ci ildə Milan Hersoqu adını alan Jan Qaleazzo Vizkonti, Adda ve Ticino çayları arasında olan bir ərazidə icazəyə malik idi, lakin o hersoqluğunu Piemontedən Venesiyaya qədər olan 26 şəhəri də daxil edərək sərhədlərini Roma Papalığına məxsus Umbria əyalətindən İsveçrənin Ticino kantonuna kimi genişləndirmişdir. Jan Qaleazzo Vizkontidən əvvəl gələn Milan idarəçiləri ardıcıllıqla bunlardır: Azzone Visconti, Luchino Visconti, Giovanni Visconti, Bernabò Visconti.
Jan Qaleazzo Vizkontidən əvvəl gələn Azzone Visconti, 1331-ci ildə Ossala (Piemonte), 1332-də Bergamo və Pavia (Lombardiya) və Novara (Piemonte), 1333-cü ildə Pontremoli (Toskana) və 1334-cü ildə Vercelli (Piemonte) və Cremona (Lombardiya), 1335-ci ildə Lombardiya şəhərləri Como, Creama, Lodi və Valtellina, 1336-cı ildə Bormio (Lombardiya) və Piacenza (Emilia) və 1337-ci ildə Brescia və Val Camonicayı knyazlığına əlavə etmişdir.
Luchino və Giovanni Visconti qardaşları 1342-ci ildə hal-hazırda İsveçrəyə məxsus olan Bellizona, 1346-cı ildə Parma (Emilia) və 1347-ci ildə Pieomentenin cənub-qərbindəki bir neçə regionu öz hakimiyyətləri altına əlavə etmişdirlər. (Tortona, Alessandria, Asti ve Mondovi) Luçino və Covanni qardaşlarından sonra hakimiyyətə gələn Bernabo Viskonti, 1371-ci ildə Reggio Emilia, 1380-ci ildə Riva Del Gardanı ələ keçirdi və nəhayət Jan Qaleazzo Vizkonti Verona (1387), Vicenza (1387) və Bellunoyu (1388) torpaqlarına əlavə etmişdir. Padovanı da qısa bir müddət ərzində olsa belə özünə birləşdirmişdir. Cənuba doğru da işğallar həyata keçirdən Galeazzo, 1399-cu ildə Lucca, Pisa və Sieneyi ilhaq etdi. 1402-ci ildə Bolonya (Emiliyada), Perugia və Assisi (Umbriyada) də zəbt edildi.
1447-ci ildə oğlan varisi qoymadan vəfat edən Filippo Mariadan sonra respublika üsul-idarəsi rejiminə keçən Milan hersoqluğu qonşularının hücumları və daxili qiyamlar nəticəsində çətin vəziyyətə düşmüşdür. Bu vaxt, muzdlu əsgərlərin komandiri olan Francesco Sforza, Filippo Marianın qeyri-qanuni nigahdan dünyaya gəlmiş qızı ilə evlənərək Sforza sülaləsinin hakimiyyəti altında hersoqluğu yenidən yaratmışdır.
Bu dövrdə krallıq öz torpaqlarını isveçrəlilərə, venesiyalılara və fransızlara qarşı müdafiə etməyə çalışsa da, bu işdə uğurlu ola bilmədi və Novara xəyanətindən sonra krallıq Fransa tərəfindən zəbt edildi.
1498-ci ildə Fransa Kralı XII Lüdovik atasının mirasçılıq iddiasından istifadə edərək 1499-cu ildə Milan hersoqluğunu işğal etdi, Lodovico Sforzanı taxtdan salaraq özünü Milan hersoqu elan etdi. Bu hadisədən sonra, İsveçrə 1512-ci ildə Lodoviconun oğlu Massimilanonu taxt-taca gətirir, lakin qısa bir müddətdən sonra 1515-ci ildə Fransuva tərəfindən Massimilano taxtdan salınır və həbs edilir. Bundan sonra 1521-ci ildə Massimilanonun qardaşı Francesco Avstriya tərəfindən taxta oturdulur. Bu hadisədən sonra üz-üzə gələn Fransa və Habsburqlar 1525-ci ildə Paviyada müharibəyə başlayılar.
1525-ci ildə V Karl tərəfindən məğlub edilən Fransa Konyak Liqasına qatıldı. Fransa Papalıq, Florensiya Respublikası və Venesiya Respublikası ilə birlikdə Habsburg İspaniyasına və Müqəddəs Roma İmperiyasına hücum etdi. Bu müharibədə imperiya qalib gəldi və fransızlar Milan şəhərindən qovuldu. Lakin bu qələbəyə baxmayaraq, hələ də bəzi şəhərləri işğal edən Fransa, 1529-cu ildə Habsburqlarla razılaşdı və Milan Hersoqluğundan geriyə çəkildi.
1535-ci ildə II Francesconun özündən sonra varis qoymadan ölməsi yeni bir mübahisəyə səbəb oldu. Bu müzakirələr davam edərkən, 1545-ci ildə Po çayının cənubundakı Milan hersoqluğunun torpaqlarından Parma Hersoqluğu yaradıldı və Papa III Paulun qeyri-qanuni oğlu Pier Luigi Farnese bu hersoqluğun rəhbərliyinə gətirilmişdir.
1535-ci ildən bəri geri qalan torpaqlara nəzarət edən V Karl, oğlu 1556-cı ildən sonra taxtını II Filipə vermişdir. 1551–1559-cu illərdəki İtalyan müharibələrinin sonunda isə Fransa hersoqluğun Habsburqlara mənsub olduğunu qəbul etdi.
1701-ci ildə İspaniya vərəsəlik müharibəsi ilə Milanı işğal edən Habsburqlar, 1707-ci ildə Milan Konqresi ilə Milanın yeni hersoqu olmuşdurlar.
1796-cı ildə Napoleon tərəfindən işğal edilmiş Milan, 1797-ci ildə Campo Formio müqaviləsi ilə Avstriya tərəfindən rəsmi olaraq Fransaya təhvil verildi. Cisalpine Respublikasının mərkəzini təşkil etmişdir.
1815-ci ildə Vyana Konqresində dağıdılmış bir çox dövlətin yenidən yaradılmasına baxmayaraq Milan hersoqluğu yaradılmadı. Lombardiya və qədim Venesiya torpaqlarından bir krallıq yaradıldı. Bu krallığın kralı Avstriya imperatoru oldu. Gələcəkdə İtaliya Krallığını təşkil edəcək Sardiniya-Piemonte Krallığı tərəfindən 1861-ci ildə köhnə Milan hersoqluğunun torpaqları və 1866-cı ildə isə keçmiş Venesiya krallığının torpaqları ələ keçirildi. 1870-ci ildə İtalyan Krallığının yaranması ilə, müasir İtaliya Respublikasının bir vilayəti olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.