From Wikipedia, the free encyclopedia
Maks Veber (alm. Max Weber; 21 aprel 1864[1][2][…], Erfurt, Saksoniya[d], Prussiya[3] – 14 iyun 1920[3][1][…], Münxen, Veymar Respublikası[3]) — alman sosioloqu, tarixçisi. Maks Veberin ən böyük və populyarlıq qazanmış əsərləri "Protestant işçi etikası" və "Kapitalizm ruhu və iqtisadiyyat və cəmiyyət", həmçinin sosioloji metodologiya, idarəçilik və din haqqındakı olan işləridir. Bütün bu işlərinin nəticəsi olaraq Maks Veber sosiologiya və sosial elmlərin inkişafında müstəsna xidmətlər göstərib və buna görə də Karl Marks və Emil Durkhaym ilə birgə sosial elmlərin təməlini qoyan şəxslərdən biri sayılır.
Maks Veber | |
---|---|
alm. Max Weber | |
Doğum adı | Maximilian Carl Emil Weber |
Doğum tarixi | 21 aprel 1864[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyun 1920[3][1][…] (56 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı[4], İspan qripi[4] |
Elm sahələri | Din sosiologiyası, tarix elmi[d], iqtisadiyyat, sosiologiya, tarix, iqtisadiyyat |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Cəmiyyət haqqında müasir elmlər içərisində alman mütəfəkkiri Maks Veberin (1864- 1920) ideyaları geniş surətdə yayılmışdır. Onun fikrincə, hansı prinsiplərə əsaslanmasından asılı olmayaraq heç bir konsepsiya gələcəyimizi əvvəlcədən bildirməyə, yaxud proqnozlar verməyə qadir deyildir. Toplanmış empirik materialı ümumiləşdirmək və dünya tarixini izah etmək üçün Veber ideal tiplər adlanan konsepsiyanı işləyib hazırlamışdır. Həmin konsepsiya bəşər sivilizasiya tarixinin müxtəlif dövrlərinin modelini, yaxud sxemini vermək üçün əlverişli sayılır. Ona müvafiq olaraq bəşəriyyət tarixində bu cür dövrlər, antik biliklər, feodalizm və kapitalizm kimi başa düşülən ənənəvi cəmiyyətlər özünə determinə edilən əsas, yaxud ikinci dərəcəli prinsiplərə obyektiv olaraq daxil etmir. Onlar öz adlarını sırf şərti olaraq, ancaq praktiki məqsədlər üçün tarixin sxematik tipləşdirilməsi məqsədi xatirinə daşımışdır. Lakin bu o demək deyildir ki, Veber müxtəlif inkişaf mərhələlərində ictimai münasibətlərin bərqərar olunmasına təsir edən müəyyən amillərin varlığını inkar edir. Söhbət təkcə öz fəaliyəti ilə tarixin gedişinə təsir edə bilən təsadüfi şəraitdən, yaxud ayrı-ayrı şəxsiyyətlərdən deyil, daha zəruri məsələlərdən gedir. Bunlar Veberin fikrincə, tarixi dövrlərin təsnifatı kriteriyaları hesab oluna bilər. Veber tarixi şərti olaraq üç böyük dövrə bölür: ənənəvi, feodal, kapitalist adlı bu dövrlər üçün ümumi olan cəhət adamların birinin digəri üzərində ağalığıdır. Amma ağalıq yaxud idarəçilik formaları və onları doğuran səbəblər müxtəlif olmuşdur.
Veberə görə, üç hökmranlıq növü hökm sürmüşdür və mövcuddur. Bunlar ənənəvi, xarizmatik və rasional tiplərdir.
Özündən əvvəlki bir çox sələfləri kimi, M.Veber də cəmiyyətin tarixinin başa düşülməsində dinə böyük əhəmiyyət verir. Məsələn, onun fikrincə kapitalizmin Qərb modelinin təzahüründə protestantizm mühüm rol oynamışdır. Veber siyasi, iqtisadi və mədəni sahələrdə lider mövqe qazanmış şəxslərin mənsub olduqları dinə baxdıqda onların əksəriyyətinin protestant olduğunu sezmişdir. Bundan əlavə olaraq, Veber nəyə görə təbii sərvət və işçi qüvvəsi cəhətdən Qərb ölkələrindən də irəlidə olan Hindistan və Çin kimi nəhəng ölkələrin sosial-iqtisadi cəhətdən inkişaf etmədiklərini araşdıranda bir daha din faktorunun bu vəziyyətin yaranmasının başlıca səbəb olduğunu görüb. Şərqdə mövcud olan dinlər (hinduizm, konfusizm, İslam) konservativ olduqları və insanları daha çox qeyri-dünyəvi işlərlə (məsələn İslam dinində axirət dünyası ilə) məşqul olmağa çağırdığı halda, protestantizm, katolik mənsəbindən fərqli olaraq, insanları daha çox maddi dünyanın işləri ilə məşqul olmaqa, pul qazanmaqa və biznes qurmağa, amma eyni zamanda, lüks həyatdan və mənasız yerə vaxt keçirməkdən uzaq durmağa çağırır. O dövrdə populyarlıq qazanmağa başlayan kelvinizm (Con Kelvinin başlatdığı dini hərəkat və idealar) protestant idealara əlavələr edərək o ideyaları insanlar arasında daha da məşhurlaşdırır və daha çox insan bu ideyalara tabe olmağa və həyatını o ideyalar əsasında formalaşdırmağa başlayır. Con Kelvin iddia edir ki, insanın taleyi insan dünyaya gəlməmişdən qabaq Allah tərəfindən müəyyən olunur. Bunu dəyişdirmək mümkün deyil. Lakin əgər insan Allah tərəfindən seçilmiş bir insan olduğuna əmin olmaq üçün Allahın ona bəxş etdiyi iş və nemətlərdən (ağıl, bacarıq, maddiyyət) maksimum dərəcədə düzgün və səmərəli istifadə etməlidir. Bunu etdiyi halda o insan özünü rahat və Allah tərəfindən digər dünyada mükafatlandırılacağını güman edə bilər. Kelvinizmin bu ideyası insanları əllərindən gəldiyi qədər effektiv və məhsuldar iş görməyə vadar edir. Nəticədə yeni kəşflər ortaya çıxır, böyük biznes və ticarət əlaqələri yaranır. İstehsal vasitələrinin və biznesin sahibi olan şəxslər sadə camaatı işlədərək (əksər hallarda xoşagəlməz şəraitdə və aşağı maaşla) məhsuldarlığı artırır. Beləcə cəmiyyət sosial təbəqələrə bölünməyə başlayır və kapitalizmin ilk toxumları səpilir. Təəssüf ki, bəzi imkanlı şəxslər əməyindən faydalandığı işçiləri dəhşətli formada istismara, qazandıqları pulları lüks həyata, mənasız yerlərə xərcləməyə başlayırlar. Ümumilikdə, Maks Veberin bu araşdırması din faktorunun necə bir dəyişikliyə səbəb ola biləcəyini bizlərə nümayiş edir. Lakin Veber sonda bunu da qeyd edir ki, din faktoru bu dəyişikliklərə tək başına nail olmur. Kelvinizm və protestantizmlə yanaşı texnologiyanın sürətli inkişafi, urbanizasiya (kənd əhalisinin şəhərə axını və proletariatı formalaşdırması), ticarətin güclənməsi və feodalizmin iflası da bu sosial-iqtisadi dəyişiklərdə böyük rol oynayıb. Veber, Protestan Əxlaqı və Kapitalizmin Ruhu əsərində, Protestanlıq və onun qollarının, dünyəvi həyata necə önəm verdiyinə belə diqqət çəkmişdir: “- Xristianlığın əxlaqi təklifləri ilə, əlaqəli olaraq Katolik anlayış çərçivəsində edilən ilahi planlar və normalar ayırımı bir yana buraxılır və beləliklə, sənəd qavramı məsələsində bütün Protestant məzhəblərin diqqət mərkəzində olan bu dogma ifadə
edilməyə başlanır:
“ Həyatda Tanrının xoş qarşılayacağı əsas vasitə, keşişcə
sofuluq yolu ilə dünya içindəki əxlaqlılığın aşılması deyil, tam tərsinə, fərdin sosial vəziyyətinin nəticəsi olaraq meydana çıxan və beləliklə, onun “sənədi” olmuş dünya içi vəzifələri yerinə yetirməyi qəti şəkildə bilməkdir.”[5]
Julian Freund Veberin dinlə bağlı çalışmalarını aşağıdakı şəkildə qruplaşdırmışdır: - İqtisadi güclər Protestanlığa təsir etdi; - İqtisadi güclər eyni zamanda digər dinlərə də (Hinduizm, Konfutsizm, Taosizm) təsir etdi; - Dini fikir sistemləri fərdi düşüncələrə və davranışlara, xüsusi olaraq, iqtisadi düşüncələrə və davranışlara təsir etdi; - Dini fikir sistemləri tarix boyu bütün dünyada təsirli olmuşdur; - Dini fikir sistemlərinin (ələlxüsus Protestanlıq) iqtisadi alanı və digər qurumları, rasionallaştırmağa kömək etməklə birlikdə, Qərbdə böyük iz buraxmışdır.[6] Maks Veber bir çox dinləri araştırdığı kimi İslam dinini də araştırmışdır. Onun İslam haqqında ümumi görüşlərini aşağıda qeyd edəcəyik.
Veber yaşadığı əsrin orientalist fikirləri ilə İslama yanaşmaqda idi. Veber, İslam haqqında öz fikirlərini, özünün “Din Sosiologiyası” əsərində əks etdirir. Veber də çağdaşı olduğu orientalistlər kimi, İslamın ortaya çıxdığı dövrü, peyğəmbərin şəxsiyyətini, İslam hüququnu və əxlaqını araştırmış və bu yönlərdən fikirlər söyləmişdir. Veberə görə, hedonizm ( Veber İslam əxlaqını hedonizm adlandırırdı), qədərilik və ənənələrin təqlidi, habelə şəriətin özünəməxsus dəyərləri, Kapitalizmə uyğun olmayan şeylər idi. Buna görə Veber, Qərbdən savayı yerlərdə, xüsusilə, İslam ərazilərinin kapitalizmə uyğun olmadığını və gələcəkdə də uyğunlaşa bilməyəcəyini iddia edirdi.[7] İslam dünyasında patrimonyalizm şəraitinin hökm sürdüyünü qeyd edən Veber, bu şəraitin də kapitalizmin meydana çıxmasına əngəl olduğunu açıqlayırdı. Patrimonyalizm analizlərini hərbi bürokratiyanın Əməvilər zamanında ortaya çıxması və Osmanlılar zamanında mükəmməlləşdirilməsi ilə əlaqələndirmişdi.[8] Məşhur sosioloq Bryan S.Turner Veberin İslam haqqındakı görüşlərini cəmləyib kitab halına salmışdır. Bu kitab Veberin İslam haqqındakı görüşlərindən xəbərdar olmaq üçün əsaslı mənbə hesab olunmaqdadır. Kitabda qeyd olunan ən çarpıcı nüansı qeyd edək. Veber, Muhammədin fürsətçi olduğunu və İslama ilk inananların yalnızca qənimət və fəth gözləntiləri olduğu üçün dinə daxil olduqlarını qeyd edir. Bununla yanaşı, bəzi orientalistlər kimi, Veber də, peyğəmbərə cinsi sərbəstlik istinad edir.[9]
Rasional düşüncənin üstünlük təşkil etdiyi dövrdən etibarən təşkilatlar və istənilən quruluş bürokratiya qurmağa başladı. İşlərin müxtəlifliyinin və miqyasının böyüməsi də bürokratik quruluşun yaradılmasını zəruri edən amillərdən biri oldu. Maks Veberin bu mövzu barədə yazmasına əsas səbəb bürokratiyanın formalaşdığı dövrdə yaşaması olub. Veberin bu barədə yazdıqları bizlər üçün olduqca dəyərlidir, çünki məhz onun işi sayəsində bürokratiyanın necə və nəyə görə yarandığını və hansı müsbət-mənfi cəhətlərinin olduğunu anlaya bilərik.
Bürokratiya sözü fransız dilində olan (bureau- stol, masa, ofis) və latın dilində olan (kratia- gücü) sözlərindən əmələ gəlib. Bürokratiyanın ümumi mənası isə hər hansı bir müəyyən işi görən və təbəqəli quruluşa malik olan bir qurumdur. Bürokratik quruluş iyerarxiya tiplidir, yəni ki, insanlar tutduqları mövqeyə görə iyerarxiyada müəyyən pillədə yerləşdirlər. Bir nüansı qeyd etmək vacibdir ki bürokratik quruluş yalnız sənayeləşməkdə və artıq sənayeləşən cəmiyyətlərdə mövcud olub və indi də mövcuddur. Primitiv cəmiyyətlərdə, Emil Durkhaymın da yazdığı kimi, insanlar arasında iş bölgüsü aparılmadığından və hər bir fərd və yaxud ailə öz işini özbaşına görə bildiyi üçün hansısa iş görəcək bir quruluşun yaradılmasına ehtiyac yox idi. Eyni zamanda əhalinin sayının olduqca az olması və kiçik miqyaslı ərazidə yaşaması hökmdarların onları idarə etməsini asanlaşdırırdı və bu amil də bürokratiyanın yaranmasına ehtiyac yaratmayan əsas amillərdən biri idi. Lakin əhali və yaşayış ərazisi artdıqca və işlərin müxtəlifliyi genişləndikcə (əmək bölgüsü) bürokratiyanın yaranması mütləq idi. Bütün bu dəyişikliklərlə eyni anda pul iqtisadiyyatı da yayılmaqda idi. Primitiv cəmiyyətlərdə iqtisadiyyat əsasən natural təsərrüfat sistemi üzərində qurulmuşdu. Müasir dövrdən fərqli olaraq pulla ticarət geniş yayılmamışdı. Lakin zaman keçdikcə puldan istifadə geniş vüsət aldı və barterin yavaş-yavaş sıradan çıxmasına səbəb oldu. 18-ci əsrdə baş verən Sənaye İnqilabından sonra kapitalist ideyaları sürətlə yayılırdı. Kapitalist sisteminin özəyində duran əmtəə- pul mübadiləsi iqtisadiyyatın dominant mövqeyə yüksəlməsinə səbəb oldu. Pul iqtisadiyyatı bürokratik quruluşun yaranmasını labüd edirdi, çünki pulun necə istifadə olunduğuna nəzarət etmək üçün xüsusi qurum yaradılmalı idi, yoxsa külli miqdarda pula nəzarət mümkünsüz olardı. Bütün bunların, yəni ki, əhalinin sayının çoxalması və coğrafiyasının genişlənməsi, əmək bölgüsü və pul iqtisadiyyatının güclənməsinin məntiqi nəticəsi olaraq iyerarxik quruluşa malik bürokratik strukturlar yaradıldı. Veberin yaşadığı dövrdə sürətlə yayılmağa başlayan bürokratik quruluşlar artıq müasir dünyamızda bütün ölkələrdə mövcuddur və mürəkkəb sxemi olan qurumların daha asan və effektiv idarə olunmasında başlıca rol oynayır. Bürokratik quruluşun çox gözəl müsbət cəhətləri olsa da, onun mənfi tərəfləri də mövcuddur.
Müsbət və mənfi cəhətlər Bu tip quruluşun əsas müsbət cəhəti Veberin də çox düzgün qeyd etdiyi kimi insanlar arasında əmək bölgüsü yaradaraq onların üzərlərinə düşən yükü azaltması, həmçinin ixtisaslaşma səviyyəsinin yüksəlməsidir. Bürokratik quruluşda qurumun hər bir işi üzrə ayrıca işçi qrupu olur. İşə seçim yalnız bacarıq və bilik əsasında həyata keçirilir. İşlər əvvəlcədən müəyyən edilmiş qanun çərçivəsində yerinə yetirilir. Eyni zamanda, əmək bölgüsü işlərin daha effektiv və səmərəli görülməsinə imkan yaradır, çünki işçilər müəyyən sınaqlardan keçərək öz bacarığına uyğun mövqeyə sahib olur və işi uğurla görə bilir. Əmək bölgüsü böyük miqyasda iş görən qurumların qaçılmaz xüsusiyyətidir, çünki çox şaxəli iş sxemi olan quruluş mütləq şəkildə düzgün əmək bölgüsü aparmalıdır ki, işlər düzgün şəkildə icra olunsun. Məhz belə qurumların hamısı bürokratik quruluşa malikdir. Bürokratik quruluş həm də qurumun daha uzun ömürlü və daxili dəyişikliklərə daha dözümlü olmasına səbəb olur. Buna səbəb isə bürokratik quruluşun rasional düşüncə üzərində qurulmasıdır. Veberin üçqat hakimiyyət bölgüsü barədə yazdıqlarında da qeyd edildiyi kimi rasional hakimiyyət ənənəvi və xarizmatik hakimiyyətdən daha möhkəm və sağlamdır. Buna səbəb isə rasional düşüncə olan yerdə işlərin hakimiyyət və yaxud təşkilat daxilində bacarığa görə bölünməsi və işlərin əvvəlcədən yazılmış qanun toplusuna uyğun həyata keçirilməsidir. Məsələn, şirkətdə rəhbər adam işdən çıxanda şirkət tez bir zamanda başsız qalıb dağılmır. Əvvəlcədən müəyyən edilmiş üslubda qanun çərçivəsində yeni rəhbər seçilir və şirkət normal vəziyyətinə qayıdır. Rasional hökmranlığın mövcud olması bu quruluşu digər idarəetmə formalarından dəfələrlə uzun ömürlü və qanunpərəst edir.
Veberin sosial araşdırmalarla bağlı toxunduğu digər nüans isə araşdırmanın motivləridir, başqa bir sözlə desək, nəyə görə bir şəxs müəyyən bir mövzunu araşdırır və onun haqqında yazır. Baxmayaraq ki, tədqiqatın bir çox motivləri var, Veber daha birini bu siyahıya əlavə edib və onun barəsində yazıb. Bu, dəyər uyğunluğu adlanır. Dəyər uyğunluğunun mənası odur ki, hər dövrün özünə məxsus dəyərləri və aktual mövzuları olur. Məhz bu mövzuların aktuallığı tədqiqatçıları həmin mövzu barədə araşdırma aparmağa sövq edir. Məsələn, elə Veberin özünün timsalında bunu görə bilərik. Veberin dövründə bürokratiya sistemi sürətlə Almaniyada və digər inkişafda olan ölkələrdə yayılırdı. Bu yeni növ struktur Veberin diqqətini cəlb etdiyindən və bürokratiyanı insanlara başa salmaq istəyi Veberi bu mövzuda yazmağa vadar edən əsas amillərdən olmuşdur. Başqa nümunə olaraq isə Sənaye İnqilabını göstərmək olar, hansı ki sosiologiya elminin yaranmasına təkan verən ən mühüm hadisə hesab olunur. Məhz Sənaye İnqilabının ortaya çıxardığı həyati dəyişiklikləri tədqiq etmək üçün bir çox sosioloq və elm adamları çox saylı fikirlər irəli sürmüş, bu barədə yazmışlar (Veber, Simmel, Marks, Luksemburq, Durkhaym).
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.