From Wikipedia, the free encyclopedia
Lamassu (Mixi: an.kal; şum. lammař; akkad. lamassu; bəzən lamassus olaraq tanınır[1][2]) ― adətən insan başlı, öküz və ya aslan bədənli və quş qanadları olan bir assuriya himayə İlahıdır.[3] Bəzi yazılarda bir qadın ilahəsinin nümayəndəsi olması və ya onu əvəz etməsi bildirilmişdir.[4] Lamassunun erkək ekvivalenti mənasını verən Şedu (Mixi: 𒀭𒆘, an.kal × bad; şum. dalad; akkad. šēdu; İvrit: שד) az istifadə olunan bir addır.[3][5] Lamassu; zodiakların, əsas ulduzların və bürclərin nümayəndəsidir.[6][7]
Lamassu sənətdə insan başlı qanadlı öküz və ya aslan formasında qarışıq şəkildə təsvir edilmişdir. İnsan başlı qanadlı bir heyvan motivi Yaxın Şərqdə geniş yayılmışdır və ilk dəfə eramızdan əvvəl 3000-ci illərə aid qədim Eblada tapılmışdır. İlk fərqli lamassu motivi, II Tiqlat-Palasar dövründə iqtidarın simvolu şəklində Assuriyada görülmüşdür.
Aşşur heykəltəraşlığı, adətən, sarayların girişində görkəmli lamassu cütlərini yerləşdirirdi və bu heykəllər həm daxili həyətə, həm də küçəyə baxırdı. Künclərdə yüksək relyeflərdə “ikiqat görünüşlü” fiqurlar kimi təmsil olunurlar. Öndən baxdıqda sanki ayaq üstə dururlar, yan tərəfdən baxanda yeriyirlər və ilk versiyalarında dolayı yolla baxanda beş ayağının olduğu görünüşü yaranır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.