Remove ads
Mesopotamiyada qədim dil From Wikipedia, the free encyclopedia
Şumer dili (𒅴𒂠 eme-ĝir), beynəlxalq qəbul olunmuş adı Sümer dili — e.ə. IV–III minilliklərdə Mesopotamiyanın cənubunda danışılmış və insan tarixində ilk dəfə sistemli yazıya alındığı hesab olunan dil. E.ə. XX əsrdə akkad dilləri tərəfindən sıxışdırılıb çıxarılsa da Əhəməni İmperiyasının Babilistan işğalınadək dini, elmi və yaradıcılıq dili kimi mövcud olmuşdur.
Şumer dili | |
---|---|
Orijinal adı | eme-ĝir, eme-gi |
Ölkə | Şumer |
Region | Cənubi İkiçayarası |
Danışanların ümumi sayı |
|
Status | ölü dil |
Ölü dil | e.ə. II minillik (danışıq dili kimi) |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı | mixi yazı |
Dil kodları | |
QOST 7.75–97 | шум 817 |
ISO 639-1 | — |
ISO 639-2 | sux |
ISO 639-3 | sux |
IETF | sux |
Glottolog | sume1241 |
Vikianbarda əlaqəli mediafayllar |
Sümer dilinin təsnifatlaşdırılması böyük elmi dartışmalara səbəb olub. Buna baxmayaraq, Sümer dili, tərəddüd edilməyən bir sıra fundamental xüsusiyyətlərinə görə Ural-Altay dil ailəsinə bənzəyir:
1. qrammatik cinsi yoxdur.
2. sözlər, kök və ona birləşən şəkilçilərin köməyilə yaradılır.
3. şəkilçilər kökə calanarkən şəkilçinin saitləri ahəng qanununa uyur (Akkad hakimiyyətindən öncə). Ahəng qanunu iki sözün birləşməsilə yaranan yeni sözə aid deyil.
4. yazı sistemində samitin daşıdığı saitlər, sözün mənasından asılı olaraq samitdən öndə, yaxud sonra oxuna bilər. Sözün iki hissəsi birləşərkən bir saitin itməsinin qarşısını almaq üçün həmin saiti daşıyan bir loqoqram, yaxud fonoqram əlavə edilir.
5. bəzi dialektlərin yaranışında səs çevrilməsinə uğramış sağır nun hərfi var. Məsələn, diĝir /tiŋiɾ/ sözü eme-sal dialektində dimer olub, hər ikisi Tanrı deməkdir.
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.