Həsənağa Turabov (24 mart 1938[1], Bakı – 23 fevral 2003[2], Bakı) — Azərbaycan teatr və kino aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1982), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972, 1986).
Cəld faktlar Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Əvvəlki ...
Bağla
Həsənağa Turabov 1938-ci ilin 24 mart tarixində Bakı şəhərində anadan olmuşdur. O, 31 nömrəli orta məktəbdə təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olmuş və 1960-cı ildə ali təhsilini aktyorluq ixtisası üzrə başa vurmuşdur. Elə həmin ildən etibarən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış, ömrünün sonuna qədər bu teatrda çalışmışdır. 1987–2001-ci illər aralığında teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləmişdir. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur.
2003-cü ildə vəfat etmişdir.[4] "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Səhnə fəaliyyəti
Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı rollar arasında Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") xüsusilə seçilir.
Pedaqoji fəaliyyəti
Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.
- Qara daşlar (film, 1956) aktyor — Hüseyn (tammetrajlı bədii film)
- Əmək və qızılgül (film, 1962) film səsləndirən — milis işçisi (tammetrajlı bədii film)
- Telefonçu qız (film, 1962) aktyor — Hüseyn (tammetrajlı bədii film)
- Əhməd haradadır? (film, 1963) film səsləndirən — Əhməd (Səyavuş Şəfiyev) (tammetrajlı bədii film)
- Möcüzələr adası (film, 1963) film səsləndirən — Kamran (Oleq Xabalov) (tammetrajlı bədii film)
- Romeo mənim qonşumdur (film, 1963) film səsləndirən — Səməd (Səyavuş Aslan) (tammetrajlı bədii film)
- Cazibə qüvvəsi (film, 1964) film səsləndirən — Teymur (Xəyal Axundzadə) (qısametrajlı bədii film)
- Ulduz (film, 1964) film səsləndirən — Şubay (Səyavuş Aslan) (tammetrajlı bədii film)
- Zirvə (film, 1964) film səsləndirən — Saşa (B. Levkoviç) (qısametrajlı bədii film)
- Arşın mal alan (film, 1965) film səsləndirən — Süleyman (Hacımurad Yegizarov) (tammetrajlı bədii film)
- Yenilməz batalyon (film, 1965) — film səsləndirən: Stepan Lemeşko (Anatoli Yurçenko)
- Yun şal (film, 1965) rol: Cəlil
- İstintaq davam edir (film, 1966) aktyor — Quliyev (tammetrajlı bədii film)
- İyirmialtılar (film, 1966) — film səsləndirən: Caparidze (Tengiz Arçvadze)
- Qaraca qız (film, 1966) film səsləndirən — Yusif (Oleq Xabalov) (qısametrajlı bədii film)
- Sən niyə susursan? (film, 1966) aktyor — milis mayoru (tammetrajlı bədii film)
- Yaşamaq gözəldir, qardaşım! (film, 1966) — film səsləndirən: İsmayıl (Oleq Xabalov)
- Dağlarda döyüş (film, 1967) film səsləndirən — Mayor Nəzərov (Stanislav Kovtun) (tammetrajlı bədii film)
- Əzim Əzimzadə (film, 1967) — Mətni oxuyan
- İnsan məskən salır (film, 1967) film səsləndirən — Ramiz (Oleq Xabalov) (tammetrajlı bədii film)
- Mən ki gözəl deyildim (film, 1968) film səsləndirən — Çingiz (Eldar Əliyev) (tammetrajlı bədii film)
- Bir cənub şəhərində (film, 1969) film səsləndirən — Cahangir (Hacımurad Yegizarov) (tammetrajlı bədii film)
- Bizim Cəbiş müəllim (film, 1969) film səsləndirən — Əsgər (tammetrajlı bədii film)
- Dəli Kür (film, 1969)film səsləndirən — Çernyayevski (Vyaçeslav Kovalkov) (tammetrajlı bədii film)
- O qızı tapın (film, 1970) film səsləndirən — Xosrov (Hacımurad Yegizarov) (tammetrajlı bədii film)
- Sevil (film, 1970) aktyor — Rüstəmov (tammetrajlı bədii film)
- Yeddi oğul istərəm... (film, 1970) aktyor — Gəray bəy (tammetrajlı bədii film)
- Axırıncı aşırım (film, 1971) aktyor — Xəlil (tammetrajlı bədii film)
- Çay daşının göz yaşı... (film, 1971)
- Ən vacib müsahibə (film, 1971) film səsləndirən — Zaur (Hacımurad Yegizarov) (tammetrajlı bədii film)
- Gün keçdi (film, 1971) film səsləndirən — Oqtay (Həsən Məmmədov); aktyor — Oqtayın iş yoldaşı (tammetrajlı bədii film)
- Nəsimi (film, 1971) — şeir və qəzəlləri oxuyan
- Qızıl qaz (film, 1972)aktyor — Fazilov (tammetrajlı bədii film)
- Xatirələr sahili (film, 1972) aktyor — Kamran (tammetrajlı bədii film)
- Skripkanın sərgüzəşti (film, 1972) aktyor — Ştandartanfürer (tammetrajlı bədii film)
- Var olun, qızlar... (film, 1972) aktyor — Şəmsi (tammetrajlı bədii film)
- Yollar (film, 1972)
- Ömrün ilk saatı (film, 1973) aktyor — Mehdi (tammetrajlı bədii film)
- Səmt küləyi (film, 1973) aktyor — Biçeraxov (tammetrajlı bədii film)
- Bakıda küləklər əsir (film, 1974)
- Çarvadarların izi ilə (film, 1974) aktyor — Adil (tammetrajlı bədii film)
- Qatır Məmməd (film, 1974) aktyor — Səlimov (tammetrajlı bədii film)
- Dörd bazar günü (film, 1975) aktyor — Nicat (tammetrajlı bədii film)
- Fransa qəhrəmanı (film, 1975) — Mətni oxuyan
- Tütək səsi (film, 1975) kadrarxası mətni oxuyan;səs: Rəhman(tammetrajlı bədii film)
- Çətirimiz buludlardır (film, 1976) aktyor — sədr (tammetrajlı bədii film)
- Dərviş Parisi partladır (film, 1976) aktyor — Rəşid bəy (tammetrajlı bədii film)
- Ürək... Ürək... (film, 1976) aktyor — Murad (tammetrajlı bədii film)
- De ki, məni sevirsən! (film, 1977) film səsləndirən — rayon prokuroru (Oqtay Mirqasımov) (tammetrajlı bədii film)
- Qərib cinlər diyarında (film, 1977) kadrarxası mətni oxuyan (tammetrajlı bədii film)
- Sevinc buxtası (film, 1977) aktyor — Əlizadə (tammetrajlı bədii film)
- Bayquş gələndə... (film, 1978) aktyor — Rəşid (tammetrajlı bədii film)
- Dantenin yubileyi (film, 1978) aktyor — Kəbirlinski (tammetrajlı bədii film)
- Od içində (film, 1978) film səsləndirən — Xoşev (Muxtar Maniyev) (tammetrajlı bədii film)
- Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası) — rol: Fərhad Kamalov
- Babək (film, 1979) aktyor — Afşin (tammetrajlı bədii film)
- İstintaq (film, 1979) aktyor — General (tammetrajlı bədii film)
- Qəribə adam (film, 1979) aktyor — Arif (tammetrajlı bədii film)
- Mən mahnı qoşuram (film, 1979) aktyor — Xudayar (tammetrajlı bədii film)
- Qızıl uçurum (film, 1980) aktyor — Usta Bağır (tammetrajlı bədii film)
- Anlamaq istəyirəm (film, 1980) aktyor — Həsən (tammetrajlı bədii film)
- Buxarlanan vədlər (film, 1980)
- Gözlə məni (film, 1980) aktyor — Böyük bəy; film səsləndirən — Çekist (tammetrajlı bədii film)
- Xeyir və Şər (film, 1980) — mətni oxuyan
- Onun bəlalı sevgisi (film, 1980) film səsləndirən — Sabirov (Tofiq Mirzəyev) (tammetrajlı bədii film)
- Yeganə çıxış yolu (film, 1980)
- Əlavə iz (film, 1981) aktyor — Əli (tammetrajlı bədii film)
- Qorxma, mən səninləyəm aktyor — Cəfər (tammetrajlı bədii film)
- Üzeyir ömrü (film, 1981) film səsləndirən — aparıcı (Tofiq Mirzəyev) (tammetrajlı bədii film)
- Yalançını evinəcən qovarlar (film, 1981)
- İşgüzar səfər (film, 1982) film səsləndirən — dəfndəki adam (tammetrajlı bədii film)
- Qaladan tapılan mücrü (film, 1982) aktyor — "Qəyyum" (tammetrajlı bədii film)
- Nizami (film, 1982) aktyor — Müzəffəri (tammetrajlı bədii film)
- Sübut (film, 1982)
- İlıq dənizdə buz parçası (film, 1983) aktyor — təqaüdçü (tammetrajlı bədii film)
- Park (film, 1983) aktyor — mədən müdiri (tammetrajlı bədii film)
- Gümüşgöl əfsanəsi (film, 1984) aktyor — Ağazəki (tammetrajlı bədii film)
- Qoca palıdın nağılı (film, 1984) aktyor — Nurcabbar (tammetrajlı bədii film)
- Tənha narın nağılı (film, 1984) quruluşçu rejissor; aktyor — Əli (tammetrajlı bədii film)
- Dayan, doldurum (film, 1985)
- Əbədi mühərrik (film, 1985)
- Qanlı zəmi (film, 1985) quruluşçu rejissor; aktyor — Nəbi (tammetrajlı bədii film)
- Məsələ yerdə deyil... (film, 1985)
- Sizi dünyalar qədər sevirdim (film, 1985) — kadrarxası mətni oxuyan (tammetrajlı bədii film)
- Soyuq münasibət (film, 1985)
- Bəyin oğurlanması (film, 1985) aktyor — Əsəd (tammetrajlı bədii film)
- Hərc-mərclik (film, 1986)
- İşarəni dənizdən gözləyin (film, 1986) aktyor — baş nazir (tammetrajlı bədii film)
- Qəm pəncərəsi (film, 1986) aktyor — Mirzə Cəlil və Cəlilin atası (tammetrajlı bədii film)
- Nəticə (film, 1986) (I)
- Özbaşınalıq (film, 1986)
- Şəhərli biçinçilər (film, 1986) aktyor — Səlim (tammetrajlı bədii film)
- Özgə ömür (film, 1987) film səsləndirən — Fariz Əmiroviç Rzayev (Aleksandr Kalyagin) (tammetrajlı bədii film)
- Gənc qadının kişisi (film, 1988) aktyor — Rauf (tammetrajlı bədii film)
- Yaramaz (film, 1988) aktyor — Qəzənfər (tammetrajlı bədii film)
- Doğma sahillər (film, 1989) film səsləndirən — Yaşlı əcnəbi (Algimantas Masyulis) (tammetrajlı bədii film)
- Gecə qatarında qətl (film, 1990) aktyor — Nağıyev (tammetrajlı bədii film)
- Girişmə, öldürər! (film, 1990) aktyor — Həsən (tammetrajlı bədii film)
- Şahid qız (film, 1990) aktyor — Polkovnik (tammetrajlı bədii film)
- Nakəs (film, 1991) aktyor (tammetrajlı bədii film)
- Təhminə (film, 1993) aktyor — Dadaş (tammetrajlı bədii film)
- Sən həmişə bizimləsən (film, 1997)
- Ailə (film) aktyor — İsmayıl (tammetrajlı bədii film)
- Həsən Əbluc (film, 1999)
- Nə gözəldir bu dünya... (film, 1999) aktyor — müstəntiq (tammetrajlı bədii film)
- Bizim qəribə taleyimiz (film, 2005)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Papaq (film, 2007)
6 mart 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[7].
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 52.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- Günel Mehri. ""Ağa" kəlməsi ona yaraşırdı". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 24–26.
Teatr səhnəsinin ağayana sənətkarı: Bu gün Həsənağa Turabovun vəfatından altı il keçir //Üç nöqtə.- 2011.- 23 fevral.- S. 13.
Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.