Azərbaycan teatr rejissoru From Wikipedia, the free encyclopedia
Mehdi Əsədulla oğlu Məmmədov (22 may 1918[1], Şuşa, Yelizavetpol quberniyası[1] – 28 yanvar 1985, Bakı) — Azərbaycan teatr rejisoru, aktyoru və pedaqoqu, sənətşünaslıq doktoru (1968), professor (1960), SSRİ xalq artisti (1974), Azərbaycan SSR xalq artisti (1958), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984).
Mehdi Məmmədov | |||
---|---|---|---|
1969 – 1976 | |||
Əvvəlki | Mustafa Mərdanov | ||
Sonrakı | Şəmsi Bədəlbəyli | ||
Şəxsi məlumatlar | |||
Doğum tarixi | 22 may 1918[1] | ||
Doğum yeri | |||
Vəfat tarixi | 28 yanvar 1985 (67 yaşında) | ||
Vəfat yeri | |||
Dəfn yeri | |||
Təhsili |
|
||
Fəaliyyəti | teatr rejissoru, aktyor, pedaqoq | ||
Həyat yoldaşları |
|
||
Uşaqları |
|
||
Elmi fəaliyyəti | |||
Elmi dərəcəsi | |||
|
|||
Təltifləri |
|
||
Vikianbarda əlaqəli mediafayllar |
Mehdi Məmmədov 1918-ci il may ayının 22-də Şuşada doğulmuş, məktəb təhsilini Bakıda alıb. Yeddinci sinifdən Bakı Türk Işçi Teatrının tamaşalarında kütləvi səhnələrə çıxan Mehdi Məmmədov Bakı Teatr Məktəbini bitirib (1935), həmin il Moskvada ali rejissor təhsili almağa getmişdi.
Mehdi Əsədulla oğlu Məmmədov 1985-ci il yanvar ayının 8-də qəflətən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.
Mehdi Məmmədovun böyük oğlu Elçin Məmmədov (anası Barat Şəkinskayadır) məşhur teatr rəssamı idi.
1940-cı ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin "Bahar" dramını diplom işi kimi tamaşaya hazırlayıb. Təyinatla Gəncəyə göndərilən gənc rejissor 1945-ci ilin yay mövsümünün sonunadək burada işləyərək sentyabrda Bakıya gəlmiş, burada müxtəlif sənət ocaqlarında, əsasən, monumental səpkili tamaşalar hazırlamışdı.
Mehdi Məmmədov səhnə sənətinə aktyorluqla başlayıb. Teatr məktəbində Karl Moor ("Qaçaqlar", Şiller), Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı), Moskvada Lunaçarski adına Ali Teatr Sənəti İnstitutunda Evstiqneyko ("Günəş övladları", Maksim Qorki), Neznamov ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski) rollarını oynayıb. İşçi teatrında Süleyman Rüstəm və Hacıbaba Nəzərlinin "Yanğın", Seyid Hüseynin "Kölgə" dramlarındakı Gənc aqronom və Bəxtiyar, Gəncə teatrında Səməd Vurğunun "Vaqif", "Xanlar", Mirzə İbrahimovun "Madrid", Məmmədhüseyn Təhmasibin, "Bahar", Mehdi Hüseynin "Nizami" pyeslərinin tamaşalarında Eldar, Söhbət, Karton, Qaya və Əbdək rollarında səhnəyə çıxıb. Akademik teatrda isə "Alov"da Kamalov, "Canlı meyit"də Protasov, "Xəyyam"da Xəyyam, "Meşşanlar"da Terenti Teterov rollarında çıxış edib.
"Azərbaycanfilm"in 1959-cu ildə istehsal etdiyi "Onu bağışlamaq olarmı?" filmində Qaya roluna çəkilmişdir. Radio teatrında Şekspirin "Hamlet" faciəsində baş rolu səsləndirib.
Ayrı-ayrı illərdə Gəncə Dövlət Dram Teatrında (1942–1945), Milli Dram Teatrında (1960–1963), Opera və Balet Teatrında (1956–1960), Azərbaycan Dövlət Rus Dram Teatrında (1978–1982) baş rejissor kürsüsünü tutub. Sıravi quruluşçu rejissor kimi ən çox Milli Dram Teatrında quruluşlar vermişdi.
Gəncə teatrında "Bahar" (Məmmədhüseyn Təhmasib), "Madrid" (Mirzə İbrahimov), "İntiqam" və "Qatır Məmməd" (Zeynal Xəlil), "Məşədi İbad" (Üzeyir bəy Hacıbəyov), "Od gəlini" və "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Toy" (Sabit Rəhman), "Vaqif" (Sə-məd Vurğun), "Nə yardan doyur, nə əldən qoyur" (Lope de Veqa), "İntizar" (İlyas Əfəndiyev və Mehdi Hüseyn), "Nizami" (Mehdi Hüseyn), "Partizan kostya" (Nadejda Filippova), "Vasvası xəstə" (Jan Batist Molyer) dramlarının quruluşçu rejissoru olub.
Milli Dram Teatrında ilk işi 1946-cı ildə Şekspirin "On ikinci gecə" komediyasının tamaşası olub. Müəyyən fasilələrlə bu sənət ocağında Cəfər Cabbarlının "Yaşar" (1947), Aleksandr Fadeyevin "Gənc qvardiya" (1948), Sabit Rəhmanın "Aydınlıq" (1949), "Əliqulu evlənir" (1961), Lope de Veqanın "Rəqs müəllimi" (1949), Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (1950), Məmmədhüseyn Təhmasibin "Çiçəklənən arzular" (1951), Nikolay Qoqolun "Müfəttiş", Karlo Haldoninin "Mehmanxana sahibəsi" (1952), Yuri Yanovskinin "Prokurorun qızı" (1954), Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" (1955), İmran Qasımovla Həsən Seyidbəylinin "Uzaq sahillərdə" (1956), Viktor Rozovun "Şadlıq sorağında" (1961), Mehdi Hüseynin "Alov" (1961) Mirzə İbrahimovun "Kəndçi qızı" (1962), Lev Tolstoyun "Canlı meyit" (1968), Hüseyn Cavidin "Xəyyam" (1970) və "İblis" (1983), Səməd Vurğunun "İnsan" (1974), Maksim Qorkinin "Meşşanlar" (1975), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (1978) əsərlərinə müxtəlif janrlarda səhnə həyatı verib.
Opera və Balet Teatrında Fikrət Əmirovun "Sevil" (1953 və 1959), Leo Delibin "Lakme" (1957), Cahangir Cahangirovun "Azad" (1957), Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (1958 və 1978), "Koroğlu" (1959), Cakomo Puççininin "Toska" (1960) operalarına quruluş verməklə, bu teatrda fəlsəfi-monumental teatrın imkanlarına genişlik açıb. Rus Dram Teatrında Maksİm Qorkinin "Həyatın dibində" və Mixail Şatrovun "Mənim Nadejdalarım" dramlarının quruluşçu rejissoru olub.
Mehdi Məmmədov həm romantik, həm də realist səpkili tamaşalara quruluşlar verib. O, rejissor-pedaqoq kimi aktyorun rol-obraz üzərində analitik təhlilini əsas, mühüm prinsip kimi götürürdü.[2]
1945-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, kafedra müdiri vəzifəsində işləmişdir. 1968-ci ildə "Azəri dramaturgiyasının estetik problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdiı. 1960-cı ildən professor vəzifəsini tutan, sənətşünaslıq doktoru Mehdi Məmmədov "Azəri dramaturgiyasının estetik problemləri", "Teatr düşüncələri", "Teatrlar. Aktyorlar. Tamaşalar", "Hüseyn Ərəblinski". "Onun sənət ulduzu", "Moskva Akademik Bədaye Teatrı", "Aleksandr Tuqanov" (rus dilində), "Rejissor sənəti", "Sabit Rəhman" və digər kitabların müəllifidir.
Zəngin elmi təfəkkürə malik olan Mehdi Məmmədov milli teatrşünaslıq elmimizin inkişafında, resenziya janrının formalaşmasında səmərəli fəaliyyət göstərib. 1971–1976-cı illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Teatr Xadimləri İttifaqı) sədri seçilmişdi.
Görkəmli alimin yazdığı və dərslik kimi keçilən "Rejissor sənəti", "Həyat və sənət yollarında", "Mah teatr" kitabları elmi dəyərlərini bu gün də saxlamaqdadır.
14 iyun 1998-ci ildə Azərbaycanın görkəmli səhnə ustası və pedaqoqu xalq artisti Mehdi Əsədulla oğlu Məmmədovun 80 illik yubileyi ilə əlaqədar qərar qəbul edilmişdir[4].
23 aprel 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[5].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.