From Wikipedia, the free encyclopedia
Üzeyir ömrü və ya Uzun ömrün akkordları — Xalq yazıçısı, müəllif və rejissor Anarın quruluşunda eyniadlı film.[2]
Üzeyir ömrü | |
---|---|
Fayl:Üzeyir ömrü (film, 1981).jpg | |
Janr |
dram komediya bioqrafik musiqili |
Rejissor | Anar Rzayev |
Ssenari müəllifi | Anar Rzayev |
Baş rollarda |
Hüseynağa Atakişiyev — Üzeyir Hacıbəyov Yalçın Əfəndiyev — Üzeyir uşaqlıqda Nəcibə Məlikova — Xurşid Banu Natəvan Qədir Rüstəmov — Cabbar Qaryağdı Ramiz Quliyev — Qurban Pirimov Rüstəm Rüstəmzadə — Əbdürrəhim bəy Haqverdiyev Məmməd Məmmədov — Müslüm Maqomayev Əli Zeynalov — Həsən bəy Zərdabi Mikayıl Mirzə — Hüseynqulu Sarabski Mikayıl Kərimov — Hüseyn Ərəblinski Yaşar Nuri — Zülfüqar Hacıbəyov Həmidə Ömərova — Məleykə xanım Hacıbəyov |
Operator | Zaur Məhərrəmov |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 10 yanvar 1982 |
Filmin digər adı | Uzun ömrün akkordları[1] |
Filmin növü | tammetrajlı bədii film |
Müddət |
163 dəq. 1-ci seriya: 88,5 dəq. (88 dəq. 38 san.) 2-ci seriya: 74 dəq. (74 dəq. 15 san.) |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
Texniki məlumatlar |
2 seriya 17 hissə 4850 metr 35 mm "Svema" kinolenti (Şostka kimya kombinatı) |
Rəng | rəngli |
IMDb | ID1198151 |
Film bəstəkar Üzeyir Hacıbəyovun uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk müvəffəqiyyətlər qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edir. Sənətkar, mübariz ziyalı, gözəl insan. Tamaşaçılar bu nəcib keyfiyyətlərin hamısını Üzeyir Hacıbəyovda görür və dahi bəstəkarın həyat və yaradıcılıq yolu, onun maarifçilik fəaliyyəti, yazıçılıq məharəti ilə tanış olurlar. Filmdə bəstəkarın ayrı-ayrı əsərləri, o cümlədən "Leyli və Məcnun"u, "Arşın Mal Alan"ı və "Koroğlu"sunun səhnə taleyi də öz əksini tapmışdır.
Filmdə SSRİ Dövlət Filmfondundan və Azərbaycan SSR Mərkəzi Dövlət kinofotosənədlər arxivində saxlanılan bədii və sənədli filmlərdən alınmış fraqmentlərdən istifadə olunmuşdur.
Filmdə Üzeyir Hacıbəyovun əsərləri və Azərbaycan xalq musiqisi, habelə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən parçalar səslənir.
Filmdə "Küləklər şəhəri", "Arşın mal alan", "O olmasın, bu olsun", "Doğma xalqıma", "Bəstəkar Müslüm Maqomayev" filmlərindəki kadrlardan istifadə olunmuşdur.
Film SSRİ Dövlət Televiziya və Radio Komitəsinin sifarişilə çəkilmişdir.
Film iki seriyalıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.