Həbibi
Azərbaycan şairi / From Wikipedia, the free encyclopedia
Həbibi[lower-alpha 1] (az-əbcəd. حبيبي; təq. 1470, Bərgüşad, Ucar rayonu – 1520, Konstantinopol) — XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. O, yaşadığı dövrün ən mühüm Azərbaycan şairi hesab olunur.
Həbibi | |
---|---|
az-əbcəd. حبيبي | |
| |
Doğum adı | naməlum. |
Təxəllüsləri | Həbibi, Əcəm Həbibi, Həbibiyi Azərbaycani, Həbibiyi Bərgüşadi, Həbibi Çələbi |
Doğum tarixi | təq. 1470 |
Doğum yeri | Bərgüşad |
Vəfat tarixi | 1520 |
Vəfat yeri | |
Vətəndaşlığı | Ağqoyunlu,Səfəvi |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı, şair |
Əsərlərinin dili | Azərbaycan dili, türk dili |
Həbibi Vikimənbədə |
Həbibi həyatının ilk illərini Ağqoyunlu hökmdarı Yaqub padşah sarayında keçirmiş və ilk şeirlərini burada yazmağa başlamışdır. O, 1502-ci ildə Səfəvi şahı I İsmayıl tərəfindən "şairlərin şahı" tituluna layiq görülmüş və beləliklə, Səfəvilər dövlətində saray şairi olmuşdur. Həbibi öz əsərlərini doğma Azərbaycan dilində yazmış, hürufilik və təsəvvüf kimi mövzulardan bəhs etmişdir. O, özündən sonrakı illərdə yazıb-yaratmış şairlərə, o cümlədən Füzuliyə ustadlıq etmiş, ümumi mənzərədə isə Azərbaycan ədəbiyyatının inkişafına mühüm təsir göstərmişdir. Həbibi ömrünün son illərini Anadoluda keçirmiş, 1519-cu və ya 1520-ci ildə vəfat etmişdir.