Ağqoyunlular
1378–1508-ci illərdə Şərqi Anadolunu, Azərbaycanı və İranı idarə etmiş Oğuz boylarından ibarət Bayandur tayfasının rəhbərliyi altındakı tarixi Azərbaycan dövləti / From Wikipedia, the free encyclopedia
Ağqoyunlular (az-əbcəd. آغقویونلولار) (fars. آق قویونلو, translit. Āq Quyūnlū) (türk. Ak Koyunlu) və ya Bayandurlular — 1378–1503-ci illərdə şərqi Anadolunu, Azərbaycanı və İranı idarə etmiş türk oğuz boylarından ibarət Bayandur tayfasının rəhbərliyi altındakı tarixi dövlət. Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşlar.[14]
Konfederativ sultanlıq | |||||
Ağqoyunlular | |||||
---|---|---|---|---|---|
آق قویونلو Bayanduriyyə[1] | |||||
|
|||||
|
|||||
Paytaxt |
Bayburt (yay otlaqları)[2] (1500–1503) |
||||
Ən böyük şəhər | Ərzurum, İrəvan, Naxçıvan, Kərkük | ||||
Dilləri | fars dili, Azərbaycan dili | ||||
Rəsmi dilləri |
Azərbaycan türkcəsi (sülalə, poeziya dili, ordu dili)[5][6][7][8] fars (rəsmi məhkəmə, poeziya dili)[9][10] |
||||
Dövlət dini | İslam (Sünni)[11] | ||||
Valyuta | Təngə | ||||
İdarəetmə forması | Mütləq monarxiya | ||||
Dövlət başçıları | |||||
İlk Bəy | |||||
• | Turəli bəy (1340–1362) | ||||
Son Bəy | |||||
• | Cahangir bəy (1444–1451) | ||||
İlk Sultan[12] , Padşah[13] | |||||
• | Sultan Həsən (1451–1477) | ||||
Son Sultan | |||||
• | Sultan Murad (1499–1503) | ||||
Davamiyyət | |||||
→ | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi. Qara Yuluq Osman bəy isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Qara Yuluq Osman bəy böyük yürüşlər edərək Şərqi Anadolunun çox hissəsini ələ keçirmişdi. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy Bayandur başçılıq etmişdir. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Həsənəlini də məğlub edərək Ağqoyunlu imperiyasının əsasını qoyur.[15]
Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Uzun Həsən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı.[16]
Ağqoyunlu hökmdarları Uzun Həsən, Sultan Xəlil və Sultan Yaqubun dövründə Ağqoyunlu imperiyasında elm, incəsənətin inkişafının pik nöqtəsi idi. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-Kərimi Azərbaycan türkcəsinə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.[17]
Sultan Rüstəmin ölümündən sonra Ağqoyunlular daxili çəkişmələr nəticəsində tədricən tənəzzülə uğradılar. 1499-cu ildə Ağqoyunlu dövləti artıq iki hissəyə bölündü. 1501-ci ildə qızılbaşlara Şərur məğlubiyyətindən sonra Ağqoyunluların Azərbaycandakı hakimiyyətlərinə son qoyuldu.[3] 1503-ci ildə qızılbaşlar tərəfindən İraqdakı hakimiyyətlərinə də son verildikdən sonra[18] Ağqoyunlular tamamilə süqut etdi və yerini I Şah İsmayılın yaratdığı Səfəvi imperiyasına verdi.