From Wikipedia, the free encyclopedia
Karl Fridrix Herman Rösler (alm. Carl Friedrich Hermann Roesler; 18 dekabr 1834 – 2 dekabr 1894, Bolsano, Cənubi Tirol, Avstriya-Macarıstan[1]) – Almaniya hüquqşünası və iqtisadçısı.[2] Yaponiyada fəaliyyət göstərmiş, Meyci hökumətinin xarici məsləhətçilərindən biri olmuşdur.[2]
Herman Rösler 1834-cü ildə doğulmuşdur.[2] Onun atası vəkil olmuşdur.[2] Rösler Erlangen və Münhen universitetlərində hüquq və politologiya üzrə təhsil almışdır.[2] Məhkəmələrdə işlədikdən sonra Erlangen Universitetində privat-dosent, 1862-ci ildə isə Rostok Universitetində professor dərəcəsi almışdır.[2]
1878-ci ildə Yaponiya hökumətinin təklifini qəbul edərək Yaponiyaya gəlmişdir.[2] O, Yaponiyanın Xarici İşlər Nazirliyində işləməyə başlamış, 1884-cü ildə kabinetin hüquq məsləhətçisi olmuşdur.[2] Konstitusiya tərtib etməklə vəzifələndirilən İto Hirobuminin tələbindən sonra Rösler İnoe Kovaşi ilə birlikdə Meyci konstitusiyası üçün qaralamalar hazırlamışdır.[2] O, güclü monarxiya sisteminə qarşı olan simpatiyasını və populist hakimiyyətə qarşı olan antipatiyasını konstitusional töhfələrində əks etdirmişdir.[2] Meyci konstitusiyası 1889-cu ildə qəbul edilmişdir.[2]
1893-cü ildə Almaniyaya qayıtmazdan qabaq ticarət məcəlləsinin tərtibatında iştirak etmişdir.[2] Bu məcəllə onun ölümündən sonra – 1899-cu ildə qəbul edilmişdir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.