Erməni quldur dəstələri
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Erməni quldur dəstələri (qərbierm. Ֆէտայի («fedayi»), şərqierm. Ֆիդայի («fidayi»)) həmçinin erməni nizamsız birləşmələri, erməni milisləri — cinayətkarlar, kürd tayfaları və həmidi süvariləri tərəfindən ermənilərin kütləvi qırğınlarına və erməni kəndlərinin talanına cavab olaraq özünümüdafiə qüvvələrinə qoşulmaq üçün könüllü olaraq ailələrini tərk etmiş erməni mülki əhalisinin təşkil etdiyi silahlı birliklər. Osmanlı imperiyasında partizan təşkilatları yaratsalar da, bu qüvvələrin əksəriyyəti erməni milli hərəkatının üzvləri kimi xidmət edirdi. Onlar II Əbdülhəmid dövründə kürd tayfa qüvvələrinə və Həmidiyyə əsgərlərinə qarşı vuruşmuşlar. Erməni quldur dəstələri erməni əhalisinin sıx yaşadığı ərazilərdə Osmanlı imperiyasının fəaliyyətinə qarşı mübarizə aparırdılar. 1 1876-1909-cu illərdə sultan II Əbdülhəmidin hakimiyyəti dövründə mübarizənin məqsədi öz ölkələrinə Armenakan partiyasının üzvlərinin müdafiə etdiyi muxtariyyət və ya ideologiya səviyyədən asılı olaraq Ermənistan İnqilabi Federasiyası və Sosial Demokrat Hunçak Partiyasının nümayəndələri tərəfindən dəstəklənən ermənilərə xaricdən edilən təzyiqlər fonunda müstəqillik əldə etmək idi.
Öz aralarında razılığa gələn Erməni İnqilabi Federasiyasının rəhbərləri 1905-1911-ci illərdə Məşrutə inqilabı baş verərkən orada iştirak etmişlər[1].
“Fədai” sözü ərəbcə "fidai" (ərəb. فدائيون, fidā'īyīn, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) sözündəndir. 4 noyabr 1922-ci il tarixli “The New York Times” yazır ki, Birinci Dünya müharibəsində 200.000 erməni Müttəfiqlərin ordularında və ya Müttəfiqlər tərəfində döyüşən müstəqil birləşmələrdə vuruşub.
Birinci Dünya müharibəsinin sonunda Nübar paşa Paris Sülh Konfransında ermənilərin erməni davası uğrunda cəsarətlə döyüşdüyünü bildirmişdi 1919-cu ilin yanvarı, Nubar paşa məktubunda erməni xalqının müttəfiq ordulara verdiyi töhfənin xülasəsini daxil edir və erməni milislərinin gücünün 50.000 nəfər olduğunu bildirir[2].
Erməni fədailərinin fəaliyyətinin məqsədi kənd sakinlərinin təqiblərinin qarşısını almaq və Osmanlı imperiyasının ermənilərin məskunlaşdığı ərazilərlə bağlı siyasətini sarsıtmaq idi. 1894-1897-ci illərdə baş verən ermənilərin qırğınları, Sason özünümüdafiəsi, Zeytun üsyanı, Vanüsyanı və Xanəsor yürüşü zamanı yerli könüllülər türklərə müqavimət göstərirlər. Onlar fəal iştirak etdikləri erməni milli-azadlıq hərəkatına rəhbərlik etmiş, rabitə xətlərinə qarşı təxribat törətmiş, ordu hissələrinə tədarükün çatdırılmasının qarşısını almışlar. Fədailər həmçinin müsəlmanların yaşadıqları yaşayış məntəqələrinə terror aktları və cavab hücumları həyata keçirmiş, Osmanlı hakimiyyət orqanlarının nümayəndələri tərəfindən həyata keçirilən repressiyalar zamanı erməni əhalisinin müdafiəsinin təşkilinə töhfə vermişlər. Onlar dərhal onlara yardım edən erməni xalqı arasında şöhrət, dəstək və etibar qazanmışlar.
1908-ci ildə ikinci Konstitusiya dövrünün başlanmasından və imperiya ərazisində yaşayan ermənilərə müəyyən müddət ərzində İmperatorluqla bərabər hüquqlar verən İttihad və Tərəqqi partiyasının hakimiyyətə gəlməsindən sonra onların fəaliyyəti azalır. O vaxta qədər fədai bölmələrinin çoxu dağılmış və ailələrinin yanına qayıtmağa məcbur olmuşdular.
Aram Manukyan, Hamazasp Ohancanyan və Stepan Stepanyan da daxil olmaqla erməni fədailərinin mövqelərində dayanan Ermənistan İnqilabi Federasiyasının bir sıra rəhbərləri Rusiya imperiyası ilə həmsərhəd olan İranda Məşrutə inqilabında üsyançıların tərəfində iştirak etmək qərarına gəliblər[3].
Onlar belə nəticəyə gəlirlər ki, yalnız onların təşkilatı siyasi, ideoloji və iqtisadi məqsədlər güdür və bununla da qanuna və asayişə, insan hüquqlarına riayət olunmasında, fəhlə sinfi nümayəndələrinin mənafeyinin nəzərə alınmasında təkid edirdi. Onların öz nöqteyi-nəzərindən tələbləri bunda birbaşa maraqlı olan İran ermənilərinin xeyrinə olardı. Yekun səsvermə nəticəsində 25 tərəfdar birbaşa, biri isə qiyabi olaraq qəbul edildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.