From Wikipedia, the free encyclopedia
Emili Bronte (ing. Emily Jane Brontë, 30 iyul 1818[2][3][…] – 19 dekabr 1848[2][3][…]) —İngiltərə şairəsi.
Emili Bronte | |
---|---|
ing. Emily Brontë | |
Təxəllüsü | Ellis Bell[1] |
Doğum tarixi | 30 iyul 1818[2][3][…] |
Vəfat tarixi | 19 dekabr 1848[2][3][…] (30 yaşında) |
Vəfat səbəbi | vərəm |
Fəaliyyəti | şair, romançı, yazıçı, müəllimə, governess[d] |
Fəaliyyət illəri | –19 dekabr 1848 |
Əsərlərinin dili | ingilis dili |
İstiqamət | romantizm |
Janrlar | uydurma hekayə[4], poeziya[4] |
Tanınmış əsərləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Emili Bronte 1818-ci ildə Tornton, Yorkşirdə anadan olub. 6 uşağın 5-cisi olan Emili, Şarlotta Bronte nin kiçik bacısı idi. 1820-ci ildə ailə Havorda köçdü. Uşaqlıq illərində analarının ölümündən sonra, üç bacı və qardaşları Branvel Bronte xəyali yerləri xəyal etmişdilər ki, bunların adlarına yazdıqları hekayələrdə rast gəlirik. Emilinin o dövrdə qələmə aldığı işlərindən çox az bir qismi bu günümüzə qədər gəlib çata bilmişdir. Emili 1838-ci ildə Halifaks yaxınlığındakı Mis Patşetin Qız Akademiyasında işləyib. Daha sonra, işinə bacısı Şarlotta ilə birlikdə Brüsseldəki özəl bir məktəbdə davam etmişdir. Emilinin şairəlikdəki istedadının ailəsi tərəfindən kəşf edilməsi ilə, bacıları Şarlotta və Enn ilə birlikdə 1846-cı ildə ortaq bir şeir kitabı yayımladılar. Əsəri dövrün qadın yazıçılara qarşı qəsdi-qərəzliklərdən qurtula bilmək məqsədi ilə həm oğlan, həm də qadın adı olaraq işlədilən təxəllüslərlə çap etmişdilər. İşlətdikləri təxəllüslər gerçək adlarının baş hərfləriylə eyni baş hərfi daşıyırdı: Şarlotta (Charlotte) üçün Karrer Bell (Currer Bell), Emili üçün Ellis Bell və Enn (Anne) üçün Ekton (Acton) Bell. 1847-ci ildə tək romanı olan Tufanlı Yoxuşlar romanını yayımlamışdır ki, bu roman üç cildlik bir seriyanın ilk iki cildini təşkil edirdi. Son cild bacısı Enn tərəfindən yazılan Aqnes Qrey adlı romandır. Romanın müasirlikçi tərəfi tənqidçiləri ciddi bir şəkildə təəccübləndirmişdir. Hər nə qədər ilk yayımlananda həm yaxşı, həm də pis şərhlər alsa da, roman zamanla bir ingilis ədəbiyyatı klassiki halına gəlmişdir. 1850-ci ildə Şarlotta, romanı yayıma hazırlamış və Emilinin gerçək adıyla, təkbaşına bir əsər olaraq "Tufanlı Yoxuşlar" adıyla yayımlamışdır. Bacıları kimi, Emilinin sağlamlığı da evdəki və məktəbdəki çətin vəziyyət səbəbiylə zəifləmiş, pisləşmişdir. Qardaşının sentyabrdakı cənazəsi dövründə qrip olmuş və hər cür tibbi müdaxiləni rədd etdikdən sonra, 19 dekabr 1848-ci il tarixində vəfat etmişdir. Havord, Qərbi Yorkşir bölgəsində dəfn edilmişdir.
"Tufanlı yoxuşlar"– ingilis yazıçısı və şairi Emili Brontenin 1847-ci ilin dekabrında Elis Bell təxəllüsü ilə nəşr olunan yeganə romanı və ən məşhur əsəridir[5]. Roman Qərbi Yorkşirin çöllərində baş verir və iki ailənin - Ernşo və Linton - Xitklif ilə dramatik münasibətini təsvir edir. Onun nümunəvi süjeti, çoxsaylı rəvayətçilərin innovativ istifadəsi və torpaq zadəganlarının həyatının təfərrüatlarına diqqət yetirilməsi, təbiət hadisələrinin romantik şərhi, canlı təsvirlər və qotika romanının konvensiyalarının yenidən işlənməsi ilə birləşərək "Tufanlı yoxuşlar"ı bir filmə çevirir[6].
Şarlotta ilə Brüsseldə fransız dilini öyrənərkən Emili bu günə qədər gəlib çatmış bir neçə qısa esse (Belçika esseləri) yazdı[7]. Onlara əlavə olaraq dörd dənə “gündəlik kağızı” sağ qalmışdır, onlardan ikisi Anne Bronte tərəfindən oxşar “kağızlarla” oxşar yazılmışdır. Emilinin ailədən kənarda heç bir dostu olmadığı üçün onun yazışmaları demək olar ki, tamamilə itirilir (Şarlottanın dostu Ellen Nussiyə bir neçə qısa qeyd istisna olmaqla). Bronte Bacıları Muzeyində sağ qalan sənədlərdən bəziləri saxlanılır.
Emili (Emily, 2022) Emili Brontenin həyatından bəhs edən bioqrafik filmdir. İstehsal: Böyük Britaniya, ABŞ. Emili Bronte rolunda: İngilis aktrisa Emma Maki. Carmilla (The Carmilla Movie, 2017) komediya qorxu filmidir. Kanadada istehsal olunub. Emili Bronte rolunda: Kara Qi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.