Azərbaycan güləşçisi From Wikipedia, the free encyclopedia
Eldəniz Yəmən oğlu Əzizli (20 aprel 1992, Beyləqan rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1] 4 dəfə (2018, 2022, 2023, 2024) Dünya Çempionatının, 2 dəfə (2018, 2022) isə Avropa Çempionatının qalibi olan titullu güləşçidir.
Eldəniz Əzizli | |||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Eldəniz Yəmən oğlu Əzizli | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 20 aprel 1992 (32 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 162 sm. (5 ft 6 in) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Güləş | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 1999— | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Vaqif Feyzullayev | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Komandası | Neftçi İdman Klubu | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerasının birinci illərində Eldəniz Əzizli 3 dəfə (2007, 2008, 2009) gənclər arasında Avropa Çempionatının, 2 dəfə (2010, 2011) yeniyetmələr arasında Avropa Çempionatının qızıl medallarına sahib oldu. 2010 və 2012-ci illərdə isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Eldəniz Əzizli 2018-ci ildən etibarən ardıcıl olaraq altı dəfə Avropa Çempionatında, beş dəfə isə Dünya Çempionatında medallara sahib olub.
Eldəniz Əzizli əvvəl 2018-ci ildə Rusiyada Avropa Çempionatının, Macarıstanda isə Dünya Çempionatının qalibi olmaqla mövsüm ərzində "qızıl dubl" elədi. Daha sonra 2019 və 2021-ci illərdə Dünya Çempionatını və 2019–2021-ci illərdə Avropa Çempionatını bürünc medallarla başa vuran Eldəniz Əzizli 2022-ci ildə növbəti dəfə mövsüm ərzində həm Dünya, həm də Avropa Çempionatlarının qalibi oldu. 2023-cü ildə isə Avropa Çempionatının final görüşündə məğlub olaraq gümüş medala sahib olan Eldəniz Əzizli həmin il Belqrad şəhərində üçündü dəfə Dünya Çempionatının qalibi oldu.
Eldəniz Əzizli 2023-cü ilsə Serbiyada dünya çempionu olmaqla 1985–1987-ci illərdə SSRİ adına Dünya çempionu olmuş yunan-roma güləşçisi Məhəddin Allahverdiyev və 2014–2017-ci illərdə Azərbaycan adına Dünya çempionu olmuş sərbəst güləşçi Hacı Əliyevdən sonra üç dəfə Dünya Çempionatının qalibi olmağı bacaran üçüncü azərbaycanlı güləşçi oldu. 2024-cü ildə Albaniyada dünya çempionu olmaqla güləş üzrə Dünya Çempionatlarında dörd dəfə qızıl medala sahib olmağı bacaran birinci və yeganə azərbaycanlı güləşçi olaraq tarixə düşdü.
Eldəniz Əzizli 1992-ci il aprelin 20-də Beyləqan şəhərində anadan olub.[1] Beyləqan şəhərində Mehdi Mehdizadə adına 3 nömrəli tam orta məjtəbin VII sinifə qədər təhsil alıb. Təhsilinə Olimpiya İdman Liseyində davam edib və oradan məzun olub. Daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Aademiyasında (ADBTİA) ali təhsil alıb. 2014–2015-ci illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 1999-cu ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Vaqif Feyzullayevdir. Birinci uğuru 1999-cu ildə Beyləqan Çempionatının qızıl medalı oldu.
Evlidir, 2 qızı və 1 oğlu var. Eldəniz Əzizli futbol mütəxəssisi Şahin Diniyevin bacısı oğlu, yazıçı və publisist Akif Şahverdiyevin isə kürəkənidir.[2]
Eldəniz Əzizli 2007-ci ilin iyununda Gürcüstanın Rustavi şəhərində baş tutan beynəlxalq turnirin qalibi oldu.[3] Daha sonra Eldəniz Əzizli I Qara dəniz Oyunlarınında qızıl medalına sahib oldu.[4][5][6]
Eldəniz Əzizli 2007-ci ilin iyulunda Polşanın Varşava şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə apardı.[7] Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Eldəniz Əzizli həlledici görüşdə Gürcüstan nümayəndəsi Mindiya Tsulixidzeya qalib gəldi və gənclər arasında Avropa Çempionatının qalibi oldu. Bu 15 yaşlı Eldəniz Əzizlinin nüfuzlu beynəlxalq turnirlərdə birinci qələbəsi idi. Həmin ilin noyabrında Eldəniz Əzizli həm də Türkiyədə beynəlxalq turnirində qalibi oldu.[8]
Bir il sonra, 2008-ci ilin iyununda Latviyanın Dauqavpils şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında Eldəniz Əzizli növbəti dəfə turnirin qalibi oldu. Final görüşündə Türkiyə nümayəndəsi Əli Sisi üzərində qələbə qazanan Eldəniz Əzizli bununla növbəti dəfə dəfə gənclər arasında Avropa Çempionatının qızıl medalına sahib oldu.
2009-cu ilin iyulunda isə Eldəniz Əzizli ardıcıl üçüncü dəfə gənclər arasında Avropa Çempionatının qalibi oldu. Bu səfər Eldəniz Əzizli Serbiyanın Zrenyanin şəhərində baş tutan turnirin final görüşündə digər Türkiyə nümayəndəsi Tolgahan Karataş üzərində qələbə qazanaraq gənclər arasında Avropa çempionu oldu. Həmin il Eldəniz Əzizli həm də İzmir və İstanbul şəhərlərində beynəlxalq turnirlərin, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsinə həsr olunan turnirin qızıl medallarına sahib oldu.[9][10][11]
2010-cu ildən Eldəniz Əzizli yeniyetmələrin turnirlərində mübarizə apardı. İyunda Bolqarıstanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatında Eldəniz Əzizli finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə Eldəniz Əzizli Gürcüstan nümayəndəsi Torni Maxaradzeya qalib gəldi və yeniyetmələr arasında da Avropa Çempionatının qızıl medalına sahib oldu.[12]
Həmin ilin iyulunda isə Eldəniz Əzizli Macarıstanın Budapeşt şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Mexico nümayəndəsi Alexandro Grimaldiya 14:0, 1/4 final mərhələsində də Yaponiya nümayəndəsi Seyi Goyaya 8:0 hesabları ilə qalib gələn Eldəniz Əzizli yarım-final mərhələsində Birləşmiş Ştatlar nümayəndəsi Emiliano Novri üzərində 8:0 hesabı ilə qələbə qazandı və yeniyetmələr arasında Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Aysultan Bayzahov oldu. Həmin görüşdə Eldəniz Əzizli rəqibi üzərində 4:0 hesabı ilə qələbə qazandı və yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu.[13]
Eldəniz Əzizli 18 yaşında üç dəfə gənclərin Avropa Çempionatlarında, bir dəfə isə yeniyetmələrin Dünya və Avropa Çempionatlarında qızıl medallara sahib olmuşdu.
2011-ci ildə Eldəniz Əzizlinin birinci turniri yanvarda İstanbul şəhərində baş tutan Vəhbi Əmrənin xatirəsinə həsr olunan beynəlxalq turnir oldu.[14] Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Eldəniz Əzizli həlledici görüşdə Türkiyə nümayəndəsi Ayhan Karaguşa məğlub oldu və turniri gümüş medalla başa vurdu.[15] Bu Eldəniz Əzizlinin beynəlxalq turnirlərində birinci məğlubiyyəti idi.
Həmin ilin aprelində Eldəniz Əzizli Avropa Çempionatlarında debüt elədi.[16] Almaniyanın Dortmund şəhərində baş tutan turnirin təsnifat mərhələsində Eldəniz Əzizli Almaniya nümayəndəsi Luhas Hoeglmeyer ilə üz-üzə gəldi. Həmin görüşdə Eldəniz Əzizli rəqibinə 8:2 (hissələr üzrə 2:0) hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rumıniya nümayəndəsi Virgil Munteanu oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Eldəniz Əzizli rəqibi üzərində 2:1 (hissələr üzrə də 2:1) hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Polşa nümayəndəsi Mariusz Los oldu. Bu görüş də gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Eldəniz Əzizli rəqibinə qalib gəldi — hissələr üzrə 2:1 (ümumi hesabda 4:5 hesabı ilə məğlub olsa da turnirdə nəticələr hissələr üzrə hesablanırdı). Bununla da Eldəniz Əzizli Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Ermənistan nümayəndəsi Roman Amoyan oldu. Rəqib son olimpiadanın bürünc medalçısı, son Dünya Çempionatının finalçısı və 2006-cı il Avropa Çempionatının qalibi olan təcrübəli güləşçi idi. Həmin görüşdə Eldəniz Əzizli rəqibinə 0:14 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə isə onun rəqibi Rusiya nümayəndəsi Valeri Borqoyahov oldu. Həmin görüşdə Eldəniz Əzizli rəqibi üzərində 8:0 hesabı ilə qələbə qazandı və debüt Avropa Çempionatında bürünc medala sahib oldu.[17]
İyunda Eldəniz Əzizli Serbiyanın Zrenyanin şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında da mübarizə apardı.[18] Bir il əvvəl turnirin qalibi olan Eldəniz Əzizli bu səfərdə turnirin qızıl medalına sahib oldu. Eldəniz Əzizli final görüşündə Belarus nümayəndəsi Andrey Pihuza üzərində qələbə qazanmaqla növbəti dəfə yeniyetmələr arasında Avropa çempionu oldu.[19]
Eldəniz Əzizlinin növbəti turniri iyulda Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri oldu.[20][21] Turnirin 1/8 final mərhələsində Eldəniz Əzizli Qazaxıstan nümayəndəsi Marat Karişalova qalib gəlsə də, 1/4 final mərhələsində Azərbaycan nümayəndəsi Taleh Məmmədova məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Eldəniz Əzizli təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə Eldəniz Əzizli Gürcüstan nümayəndəsi Qenadi Qutateladzeya qalib gəldi və mübarizəsini bürünc medal uğrudna görüşdə davam elədi. Bu görüşdə isə Eldəniz Əzizli Norveç nümayəndəsi Tomas Roenningen üzərində qələbə qazandı və Qızıl Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vurdu.
İyulda Eldəniz Əzizli həm də Rumıniyanın Buxarest şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatında mübarizə apardı. Turnirin son qalibi olan Eldəniz Əzizli bu səfərdə qızıl medala iddialı idi. Eldəniz Əzizli turnirin birinci görüşündə Qırğızıstan nümayəndəsi Eldar Beqaliyeva 5:0 (hissələr üzrə 2:0) hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İran nümayəndəsi Saman Abdelvali oldu. Rəqib yeniyetmələr arasında Asiya Çempionatının son qalibi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Eldəniz Əzizli rəqibinə 4:5 (hissələr üzrə 1:2) hesabı ilə məğlub oldu. Saman Abdelvali final görüşünə vəsiqə qazandığına görə Eldəniz Əzizli mübarizəsini təsəlliverici qrupda davam elədi. Təsəlliverici qrupun birinci görüşündə Eldəniz Əzizli Ukrayna nümayəndəsi Mişa Avetisiyan üzərində 6:1 (hissələr üzər 2:0) hesabı ilə qələbə qazandı. Növbəti görüşdə Eldəniz Əzizli Cənubi Koreya nümayəndəsi Li Çan-Yona 4:0 (hissələr üzrə 2:0) hesabı ilə qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə isə onun rəqibi Qazaxıstan nümayəndəsi Nurilbəy Muxanbetalin oldu. Həmin görüşdə Eldəniz Əzizli rəqibi üzərində 5:0 (hissələr üzrə 2:0) hesabı ilə qələbə qazandı və yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.[22][23]
Həmin ilin noyabrında Eldəniz Əzizli yunan-roma güləşi üzrə Azərbaycan yığması ilə birgə Rusiyada baş tutan Komandalararası Moscow Lights beynəlxalq turnirini gümüş medalla başa vurdu.[24] İlin sonunda isə Eldəniz Əzizli Azərbaycan Çempionatının final görüşündə 2010-cu il Avropa Çempionatının qalibi Elçin Əliyev üzərində qələbə qazanaraq Azərbaycan çempionu oldu.[25]
2012-ci ildə Eldəniz Əzizlinin birinci turniri yanvarda İstanbul şəhərində baş tutan İstanbul Qran-Prisi beynəlxalq turniri oldu.[26] Həmin turnirdə Eldəniz Əzizli uğursuz çıxış elədi və turniri 14-cü pillədə başa vurdu.
Yunan-roma güləşi üzrə Azərbaycan yığmasının məşqçiləri həmin ilin martında Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatına daha təcrübəli olan Elçin Əliyevi apardı. Eldəniz Əzizli isə martda gənclər arasında Azərbaycan Çempionatının qalibi oldu.[27]
8 aylıq fasilədən sonra Eldəniz Əzizli sentyabrda Tailandın Pattaya şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatında mübarizə apardı. 2 il turnirin qalibi olan, amma son çempionatı bürünc medalla başa vuran Eldəniz Əzizli bu səfər turnirin qızıl medalına sahib oldu. Turnirin final görüşündə Eldəniz Əzizli Moldova nümayəndəsi Victor Çobanu üzərində qələbə qazandı və yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu.[28][29]
Noyabrda isə Eldəniz Əzizli Belarusda baş tutan və 1960-cı il Roma Olimpiadasının qalibi Oleq Karayevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı.[30] Final görüşündə Azərbaycan və Rusiya güləşçiləri üz-üzə gəldi. Eldəniz Əzizli final görüşündə Rusiya nümayəndəsi Rodion Samatov üzərində qələbə qazansa da, ümumi nəticədə Azərbaycan Rusiyaya məğlub olduğuna görə turniri gümüş medalla başa vurdu.[31]
Martda Gürcüstanın Tbilisi şəhərində baş tutan Avropa Çempionatında mübarizə aparmadı. Komandanın məşqçiləri onun əvəzinə son Avropa Çempionatının qalibi Elçin Əliyevi turnirə apardı. Eldəniz Əzizli 2012-ci ilin martında Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatında da çıxış eləməmişdi. Nəticədə məşqçilər 2012-ci ildə Elçin Əliyevi turniri aparmış və o, da turnirin qalibi olmuşdu.
İyulda Eldəniz Əzizli Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Braziliya nümayəndəsi Rafael Kamargosa, 1/4 final mərhələsində isə Qırğızıstan nümayəndəsi Eldar Beqaliyeva qalib gələn Eldəniz Əzizli yarım-final mərhələsində Rusiya nümayəndəsi İvan Tatarinova məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi Türkiyə nümayəndəsi Fərhad Təgin oldu. Həmin görüşdə Eldəniz Əzizli rəqibi üzərində qələbə qazandı və Universiada Oyunlarının bürünc medalına sahib oldu.[32][33]
Avqustda Eldəniz Əzizli sentyabrda Macarıstanın Budapeşt şəhərində baş tutacaq Dünya Çempionatına hazırlaşan yunan-roma üzrə Azərbaycan yığmasının heyətinə cəlb edilən üç güləşçidən biri oldu (digərləri Rövşən Bayramov və Orxan Əhmədov idi).[34] Nəticədə yığmanın məşqçiləri Dünya Çempionatına Rövşən Bayramovu apardı.
Həmin ilin noyabrında Eldəniz Əzizli yunan-roma güləşi üzrə Azərbaycan yığması ilə birgə Rusiyada baş tutan Komandalararası Moscow Lights beynəlxalq turnirini beşinci pillədə başa vurdu.[35] Noyabrda Eldəniz Əzizli həm də Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı və bürünc medalın sahibi oldu.
Eldəniz Əzizlinin 2014-cü ildə birinci turniri İstanbul şəhərində baş tutan Vəhbi Əmrənin xatirəsinə həsr olunan beynəlxalq turnir oldu.[36] Həmin turnirdə Eldəniz Əzizli birinci görüşdəcə məğlub olaraq turniri 30-cu pillədə başa vurdu.[37] Bu Eldəniz Əzizlinin 2014-cü ildə mübarizə apardığı yeganə turnir oldu. Həmin il Eldəniz Əzizli Beyləqan Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldı. Eldəniz Əzizli hərbi xidmətini 1 il müddətinə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində apardı.
2015-ci ildə dönəmin yunan-roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Cəmşid Xeyrabadi və Eldəniz Əzizli arasında münaqişə baş verdi.[38] Bu səbəbdən Eldəniz Əzizli sərbəst güləş üzrə turnirlərdə mübarizə aparmaq qərarına gəldi. Həmin il Eldəniz Əzizli sərbəst güləş üzrə Azərbaycan Çempionatını beşinci pillədə başa vurdu.
Martda isə dönəmin yunan-roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Şaban Donat Eldəniz Əzizlidən Polşada baş tutan U-23 Avropa Çempionatında mübarizə aparmasını rica elədi.[39] Həmin turnirdə Eldəniz Əzizli 1/8 final mərhələsində Belarus nümayəndəsi İqor Beliya, 1/4 final mərhələsində isə Macarıstan nümayəndəsi Ksongor Knipliya qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Moldova nümayəndəsi Victor Çobanu oldu. Həmin görüşdə Eldəniz Əzizli rəqibinə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə Eldəniz Əzizli Serbiya Tamas Nac üzərində qələbə qazandı və U-23 Avropa Çempionatının bürünc medalına sahib oldu.[40][41]
Həmin ilin noyabrında isə Eldəniz Əzizli Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı və bürünc medalın sahibi oldu.[42][43][44]
Eldəniz Əzizlinin 2016-cı ildə birinci turniri yanvarda İstanbul şəhərində baş tutan Vəhbi Əmrənin xatirəsinə həsr olunan beynəlxalq turnir oldu. Həmin turnirdə Eldəniz Əzizli uğursuz çıxış elədi və turniri 26-cı pillədə başa vurdu.[45]
Yunan-roma güləşi üzrə Azərbaycan yığmasında güclu rəqabətə görə Eldəniz Əzizli uzun müddət — 2016–2017-ci illərdə nüfuzlu beynəlxalq turnirlərdə mübarizə apara bilmədi.
2018-ci ilin yanvarında Eldəniz Əzizli Kiyev şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı.[46] Turnirin final görüşündə Eldəniz Əzizli Gürcüstan nümayəndəsi Nugzari Tsurtsumia üzərində qələbə qazandı və beynəlxalq turnirin qalibi oldu.[47][48]
Mövsümün birinci nüfuzlu turniri 30 aprel-6 mayda Rusiyada baş tutan Avropa Çempionatı oldu.[49][50] Eldəniz Əzizli 7 ildən sonra növbəti dəfə Avropa Çempionatında mübarizə aparırdı. Eldəniz Əzizli turnirin 1/4 final mərhələsində Gürcüstan nümayəndəsi Nugzari Tsurtsumia ilə üz-üzə gəldi.[51] Eldəniz Əzizli həmin rəqibinə yanvarda Kiyev şəhərində beynəlxalq turnirin final görüşündə qalib gəlmişdi. Bu səfər də Eldəniz Əzizli rəqibi üzərində qələbə qazandı (10:0) və Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rusiya nümayəndəsi Vasili Topoyev oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Eldəniz Əzizli rəqibinə 0:8 hesabı ilə məğlub vəziyyətdə olsa da möhtəşəm fəndlər tətbiq edib, nəticədə rəqibinə 10:8 hesabı ilə qalib gəldi.[52][53] Bu minvalla da Eldəniz Əzizli Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.[54] Həlledici görüşdə onun rəqibi Estoniya nümayəndəsi Helari Magisalu oldu.[55] Mayın 1-də baş tutan final görüşündə Eldəniz Əzizli rəqibi üzərində 8:0 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının qalibi oldu.[56][57] Eldəniz Əzizli final görüşündən sonra qələbəsini yeni doğulacaq qızına həsr elədiyini bildirdi.[58]
Daha sonra Eldəniz Əzizli iyulda İstanbul şəhərində baş tutan Vəhbi Əmrənin xatirəsinə həsr olunan beynəlxalq turniri onuncu pillədə, sentyabrda Belarusda baş tutan 1960-cı il Roma Olimpiadasının qalibi Oleq Karayevin xatirəsinə həsr olunan beynəlxalq turniri isə beşinci pillədə başa vurdu.[59][60][61][62]
2018-ci ilin əsas turniri Macarıstanın Budapeşt şəhərində baş tutan Dünya Çempionatı oldu. Bu Eldəniz Əzizlinin Dünya Çempionatlarında debütü idi.[63] Turnirin təsnifat mərhələsində onun rəqibi Macarıstan nümayəndəsi Cozef Andrasi oldu.[64] Həmin görüşdə Eldəniz Əzizli rəqibi üzərində vaxtından əvvəl 10:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Çin nümayəndəsi Çao Liguo oldu. Bu görüşdə də Eldəniz Əzizli rəqibi üzərində vaxtından əvvəl 10:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Yaponiya nümayəndəsi Şota Tanohura oldu. Həmin görüşdə də Eldəniz Əzizli rəqibi üzərində vaxtından əvvəl 10:0 hesabı ilə qələbə qazandı. Bu minvalla da Eldəniz Əzizli Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Gürcüstan nümayəndəsi Nugzari Tsurtsumia oldu. Eldəniz Əzizli bir il ərzində həmin rəqibinə əvvəl yanvarda beynəlxalq turnirdə, sonra isə apreldə Avropa Çempionatında qalib gəlmişdi. Bu səfər Eldəniz Əzizli və Nugzari Tsurtsumia arasında görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Eldəniz Əzizli rəqibi üzərində 6:4 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.[65] Həlledici görüşdə onun rəqibi 18 yaşlı Qırğızıstan nümayəndəsi Colaman Şarşenbəyov oldu. Final görüşündə Eldəniz Əzizli rəqibi üzərində 57 saniyə ərzində 10:0 hesabı ilə qələbə qazandı.[66][67][68] Bununla da Eldəniz Əzizli Dünya Çempionatının qalibi oldu.[69] Eldəniz Əzizli Dünya çempionu olan beşinci azərbaycanlı yunan-roma güləşçisi oldu.[70] Eldəniz Əzizli Dünya çempionluğunu məhrum jurnalist Akif Şahverdiyeva həsr elədi.[71] Dönəmin Azərbaycan Güləş Federasiyası (AGF) prezidenti Namiq Əliyev Eldəniz Əzizlinin mövsüm ərzində həm Avropa, həm də Dünya çempionu olmasını möhtəşəm nəticə adlandırdı.[72]
Mövsümün sonunda Eldəniz Əzizli İranın Ərdəbil şəhərində baş tutan Klublararası Dünya Çempionatının da qızıl medalına sahib oldu.[73][74][75]
2018-ci ilin nəticələrinə əsasən Gənclər və İdman Nazirliyi tərəfindən Eldəniz Əzizli ilin ən yaxşı on idmançısından biri seçildi.[76] Azerisport.com idman portalı tərəfindən isə Eldəniz Əzizli 2018-ci ildə Azərbaycanda ilin idmançısı seçildi.[77]
Eldəniz Əzizlinin 2019-cu ildə birinci turniri 8–14 apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatı oldu.[78][79] Son Avropa çempionu olan Eldəniz Əzizli bu səfərdə qızıl medala iddialı idi. Təsnifat mərhələsində onun rəqibi Serbiya nümayəndəsi Sebastian Kolompar oldu.[80] Həmin görüşdə Eldəniz Əzizli rəqibi üzərində vaxtından əvvəl 10:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Nugzari Tsurtsumia oldu. Keçən il ərzində Eldəniz Əzizli həmin rəqibi üzərində üç dəfə qələbə qazanmışdı. Bu səfərdə Eldəniz Əzizli rəqibinə qalib gəldi (10:0) və Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Vutali Kabolayev oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Eldəniz Əzizli rəqibinə 5:6 hesabı ilə məğlub oldu. Bununla da Eldəniz Əzizli mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi.[81] Həmin görüşdə onun rəqibi Türkiyə nümayəndəsi Şərif Kılıç oldu. Bu görüşdə Eldəniz Əzizli rəqibi üzərində 8:0 hesabı ilə qələbə qazandı və Avropa Çempionatını bürünc medalla başa vurdu.[82][83][84][85]
Avqustda Eldəniz Əzizli Rumıniyanın Buxarest şəhərində baş tutan Yon Korneanunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə uğursuz çıxış elədi və turniri beşinci pillədə başa vurdu.[86]
2019-cu ilin əsas turniri 14–22 sentyabrda Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatı oldu.[87][88] Son Dünya çempionu olan Eldəniz Əzizli bu səfərdə qızıl medala iddialı idi.[89] Turnirin 1/8 final mərhələsində Eldəniz Əzizlinin rəqibi Hindistan nümayəndəsi Mancit Çahar oldu.[90] Həmin görüşdə Eldəniz Əzizli rəqibi üzərində 8:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Monqolustan nümayəndəsi Mönx-Erdeniin Davaabandi oldu. Bu görüşdə Eldəniz Əzizli rəqibi üzərində vaxtından əvvəl 10:0 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Qazaxıstan nümayəndəsi Xorlan Cahanşa oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Eldəniz Əzizli rəqibinə 5:11 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi.[91][92][93] Bu görüşdə isə Eldəniz Əzizli Birləşmiş Ştatlar nümayəndəsi Max Novri üzərində 8:0 hesabı ilə qələbə qazandı və Dünya Çempionatını bürünc medalla başa vurdu.[94][95][96]
Noyabrda Eldəniz Əzizli Klublararası İran Çempionatının qalibi oldu.[97] Daha sonra isə Eldəniz Əzizli İranda baş tutan Klublararası Dünya Çempionatının da qızıl medalına sahib oldu.[98][99][100]
2020-ci ildə Eldəniz Əzizlinin birinci turniri 10–16 fevralda İtaliyanın Roma şəhərində baş tutan Avropa Çempionatı oldu.[101][102] Təsnifat mərhələsindən azad olan Eldəniz Əzizli turnirin 1/4 final mərhələsində Ermənistan nümayəndəsi Rudi Mxrtçyan ilə üz-üzə gəldi.[103] Həmin görüşdə Eldəniz Əzizli rəqibi üzərində 8:1 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Bolqarıstan nümayəndəsi Edmond Nazaryan oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Eldəniz Əzizli rəqibinə 5:6 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi.[104] Bu görüşdə isə Eldəniz Əzizli İtaliya nümayəndəsi Ciovanni Freni üzərində vaxtından əvvəl 10:0 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının bürünc medalına sahib oldu.[105][106][107] Bu onun Avropa Çempionatlarında dördüncü medalı idi.
2020-ci ildə bütün dünyanı cənginə alan COVID-19 pandemiyasına görə Olimpiya Oyunları və bir sıra beynəlxalq turnirlər baş tutmadı. 2020-ci ildə Serbiyanın Belqrad şəhərində baş tutmalı olan Dünya Çempionatı da ləğv edildi. Bununla belə həmin il Belqrad şəhərində Dünya Çempionatını əvəz edən alternativ turnir baş tutdu. Bu turnir tələb olunan bir-sıra normalara cavab vermədiyinə görə Ümumdünya Güləş Birliyi (UWW) tərəfindən Dünya Çempionatı olaraq qəbul edilmədi[108], ABŞ, Gürcüstan, Kuba, Qazaxıstan və Yaponiya güləşçiləri isə həmin turnirdə mübarizə aparmadı. Bu turnirdə Eldəniz Əzizli əvvəl təsnifat mərhələsində Serbiya nümayəndəsi Sebastian Kolompar üzərində vaxtından əvvəl 10:0 hesabı ilə qələbə qazansa da, sonra 1/8 final mərhələsində Rusiya nümayəndəsi Emin Səfərşayeva 1:8 hesabı ilə məğlub oldu.[109][110][111] Rəqib final görüşünə vəsiqə qazandığına görə Eldəniz Əzizli təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə Eldəniz Əzizli Ermənistan nümayəndəsi Rudi Mxrtçyan ilə üz-üzə gəldi və rəqibi üzərində 10:0 hesabı ilə qələbə qazanaraq bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[112] Bu görüşdə isə Eldəniz Əzizli Qırğızıstan nümayəndəsi Balbay Dordoyeva 4:0 hesabı ilə qalib gəldi və turniri bürünc medalla başa vurdu.[113] Eldəniz Əzizli erməni güləşçi üzərində qələbəsini Qarabağ müharibəsi zamanı həyatını itirən şəhidlərə həsr elədi.[114]
Eldəniz Əzizlinin 2021-ci ildə birinci turniri 18–25 apreldə Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatı oldu.[115] Turnirin təsnifat mərhələsində Eldəniz Əzizli Bolqarıstan nümayəndəsi Nedyalo Petrov ilə üz-üzə gəldi.[116] Həmin görüşdə Eldəniz Əzizli rəqibinə 12:4 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Nugzari Tsurtsumia oldu. Bu görüşdə Eldəniz Əzizli rəqibi üzərində 10:1 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Emin Səfərşayev oldu. Eldəniz Əzizli həmin rəqəbinə ötən il Belqrad şəhərində baş tutan turnirdə məğlub oldu. Bu səfər görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu.[117] Bununla belə Eldəniz Əzizli nəticədə rəqibinə məğlub oldu (4:5) və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi.[118] Həmin görüşdə Eldəniz Əzizli Almaniya nümayəndəsi Fabian Şhmit üzərində 8:0 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının bürünc medalına sahib oldu.[119][120] Bu onun Avropa Çempionatlarında ardıcıl dördüncü, ümumi olaraq isə beşinci medalı idi.
2021-ci ilin əsas turniri Norveçin Oslo şəhərində baş tutan Dünya Çempionatı oldu.[121] Turnirin 1/8 final mərhələsində Eldəniz Əzizli Ukrayna nümayəndəsi Koriun Sahradiyan ilə üz-üzə gəldi.[122] Həmin görüşdə Eldəniz Əzizli rəqibi üzərində 6:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qırğızıstan nümayəndəsi Sərdarbəy Konuşbayev oldu. Bu görüşdə Eldəniz Əzizli rəqibi üzərində vaxtından əvvəl 10:1 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Yaponiya nümayəndəsi Ken Matsuy oldu. Həmin görüşdə Eldəniz Əzizli rəqibinə 1:10 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi.[123] Bu görüşdə Eldəniz Əzizli Türkiyə nümayəndəsi Ekrem Öztürk ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Eldəniz Əzizli rəqibinə 5:2 hesabı ilə qalib gəldi və Dünya Çempionatının bürünc medalına sahib oldu.[124][125][126] Bununla da Eldəniz Əzizli Dünya və Avropa Çempionatlarında ümumi olaraq 8-ci medalına sahib oldu və bu göstəricidə azərbaycanlı yunan-roma güləşçiləri arasında nailiyyətə imza atdı.[127][128] Bu günə qədər Rövşən Bayramov və Həsən Əliyev Dünya və Avropa Çempionatlarında ümumi olaraq yeddi medala sahib olmuşdu.
2022-ci ildə Eldəniz Əzizlinin birinci turniri fevralda İstanbul şəhərində baş tutan Vəhbi Əmrənin xatirəsinə həsr olunan beynəlxalq turnir oldu.[129] Həmin turnirdə Eldəniz Əzizli uğursuz çıxış elədi və o, turniri beşinci pillədə başa vurdu.[130]
Mövsümün birinci nüfüzlu turniri 28 aprel-4 mayda Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Çempionatı oldu.[131][132] Son üç Avropa Çempionatını bürünc medalla başa vuran Eldəniz Əzizli bu səfər qızıl medala iddialı idi.[133] Təsnifat mərhələsindən azad olan Eldəniz Əzizli turnirin 1/4 final mərhələsində Rumıniya nümayəndəsi Denis Mihai ilə üz-üzə gəldi. Həmin görüşdə Eldəniz Əzizli rəqibi üzərində 8:0 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Ermənistan nümayəndəsi Rudi Mxrtçyan oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Eldəniz Əzizli rəqibinə 8:4 hesabı ilə qalib gəldi və dörd ildən sonra Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Gürcüstan nümayəndəsi Nugzari Tsurtsumia oldu. Eldəniz Əzizli bundan əvvəl rəqibinə dəfələrlə Dünya və Avropa Çempionatlarında qalib gəlmişdi. Bu səfərdə Eldəniz Əzizli rəqibi üzərində qələbə qazandı (8:2) və dörd ildən sonra növbəti dəfə Avropa Çempionatının qalibi oldu.[134][135][136] Bu onun Avropa Çempionatlarında ardıcıl beşinci medalı oldu.[137]
İyunda Eldəniz Əzizli İtaliyanın Roma şəhərində baş tutan Dr. Matteo Pellisonenin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı.[138][139] Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Eldəniz Əzizli həlledici görüşdə Azərbaycan nümayəndəsi Murad Məmmədova məğlub oldu və turniri gümüş medalla başa vurdu.[140]
Avqustda isə Eldəniz Əzizli Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı.[141] Turnirin 1/4 final mərhələsində Türkmənistan nümayəndəsi Ümid Durdiyeva 8:0 hesabı ilə qalib gələn Eldəniz Əzizli yarım-final mərhələsində Qazaxıstan nümayəndəsi Amangali Bəybolatova 4:1 hesabı ilə qalib gəldi və İslam Həmrəyliyi Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Eldəniz Əzizli Özbəkistan nümayəndəsi Cəsurbəy Ortiboyev üzərində 10:1 hesabı ilə qələbə qazandı və V İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.[142][143]
2022-ci ilin əsas turniri 10–18 sentyabrda Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatı oldu.[144][145] Karyerasında dördüncü dəfə Dünya Çempionatında mübarizə aparan Eldəniz Əzizli bu səfər növbəti çempionluğa iddialı idi.[146] Turnirin 1/8 final mərhələsində Eldəniz Əzizli İtaliya nümayəndəsi Ciovanni Freni ilə üz-üzə gəldi.[147] Həmin görüşdə Eldəniz Əzizli rəqibinə vaxtından əvvəl 10:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Yaponiya nümayəndəsi Yu Şiotani oldu. Bu görüşdə də Eldəniz Əzizli rəqibi üzərində vaxtından əvvəl 10:0 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Birləşmiş Ştatlar nümayəndəsi Max Novri oldu. Eldəniz Əzizli həmin rəqibinə bundan əvvəl dəfələrlə qalib gəlmişdi. Bu səfərdə Eldəniz Əzizli rəqibinə qalib gəldi (10:0) və dörd ildən sonra növbəto dəfə Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.[148] Həlledici görüşdə onun rəqibi Gürcüstan nümayəndəsi Nugzari Tsurtsumia oldu. Sentyabrın 11-də baş tutan final görüşündə Eldəniz Əzizli rəqibi üzərində 8:0 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının qızıl medalına sahib oldu.[149] Bununla da Eldəniz Əzizli Fərid Mansurovdan sonra Dünya çempionu olmağı bacaran 2-ci azərbaycanlı yunan-roma güləşçisi oldu.[150][151][152] Bu Eldəniz Əzizlinin Dünya Çempionatlarında ardıcıl dördüncü medalı idi.[153] Dünya çempionluğundan sonra Eldəniz Əzizli müsahibəsində 2024-cü ildə Paris Olimpiadasında mübarizə aparmaq və ya üçüncü dəfə Dünya çempionu olmaq arasında seçim eləməli olduğunu bildirdi.[154][155]
Azerisport.com idman portalına əsasən Eldəniz Əzizli 2022-ci ildə Azərbaycanda ilin idmançısı elan edildi.[156] Gənclər və İdman Nazirliyinə əsasən isə Eldəniz Əzizli "İlin Kişi idmançısı" seçildi.[157]
2023-cü ildə Eldəniz Əzizlinin birinci turniri fevralda Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turniri olmalı idi.[158][159] Amma turnirin başlamasına bir neçə gün qala Eldəniz Əzizli zədə aldı və turnirdə çıxış edə bilmədi.[160]
Mövsümün birinci nüfuzlu turniri apreldə Xorvatiyanın Zaqreb şəhərində baş tutan Avropa Çempionatı oldu.[161][162][163] Son Avropa çempionu olan Eldəniz Əzizli titulunu qorumağa iddialı idi. Turnirin 1/4 final mərhələsində Eldəniz Əzizli Bolqarıstan nümayəndəsi Stefan Grigorov ilə üz-üzə gəldi.[164] Həmin görüşdə Eldəniz Əzizli rəqibi üzərində 10:0 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rumıniya nümayəndəsi Denis Mihai oldu. Bu görüşdə Eldəniz Əzizli rəqibinə 10:1 hesabı ilə qalib gəldi və növbəti dəfə Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.[165] Həlledici görüşdə isə onun rəqibi Türkiyə nümayəndəsi Adem Uzun oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Eldəniz Əzizlinin görüş zamanı zədələnməsi rəqibin 11:4 hesabı ilə qələbə qazanması ilə nəticələndi.[166] Bununla da Eldəniz Əzizli Avropa Çempionatını gümüş medalla başa vurdu.[167] Karyerası ərzində Eldəniz Əzizli birinci dəfə nüfuzlu beynəlxalq turnirin final görüşündə məğlub olurdu. Buna qədər Eldəniz Əzizli on dəfə medal uğrunda görüşlərdə qələbə qazanmışdı.
2023-cü ilin əsas turniri 16–24 sentyabrda Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatı oldu.[168][169][170] Son Dünya çempionu Eldəniz Əzizli bu səfərdə titulunu qorumağa iddialı idi.[171][172][173] Təsnifat mərhələsindən azad olan Eldəniz Əzizli turnirin 1/8 final mərhələsində Yaponiya nümayəndəsi Taiga Onişi ilə üz-üzə gəldi.[174] Həmin görüşdə Eldəniz Əzizli rəqibinə 4:1 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Marlan Muqaşev oldu. Həmin görüşdə Eldəniz Əzizli rəqibi üzərində 6:0 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi İran nümayəndəsi Poya Dadmarz oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Eldəniz Əzizli rəqibinə 4:2 hesabı ilə qalib gəldi və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.[175] Həlledici görüşdə Eldəniz Əzizli Gürcüstan nümayəndəsi Nugzari Tsurtsumia ilə üz-üzə gəldi. Həmin rəqibinə dəfələrlə qalib gələn Eldəniz Əzizli bu səfər də rəqibi üzərində qələbə qazandı (14:4) və üçüncü dəfə Dünya Çempionatının qalibi oldu.[176][177] Bununla Eldəniz Əzizli üç dəfə Dünya çempionu olan birinci azərbaycanlı yunan-roma güləşçisi oldu.[178]
Dünya Çempionatından sonra Dünya Güləş Birliyi (UWW) tərəfindən açıqlanan reytinq cədvəlinə əsasən Əzizli birinci pillədə qərarlaşdı.[179] Azerisport.com nəşrinin versiyasına görə isə 2023-cü ilin ən yaxşı idmançısı seçildi.[180] Əzizli həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 20.12.2023-cü il tarixli sərəncamına əsasən Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görüldü.[181]
Eldəniz Əzizlinin 2024-cü ilin 10-15 yanavrında Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirində mübarizə aparacaq yunan-roma güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi.[182][183] Müsahibəsində Əzizli ötən il Avropa Çempionatı zamanı aldığı zədənin tam sağalmaması səbəbilə turnirdə mübarizə aparıb-aparmayacağı barədə qərarsız olduğunu bildirdi və əsas hədəfinin fevralda Rumıniyada baş tutacaq Avropa Çempionatı olduğunu qeyd etdi.[184] Yanvarın 8-də Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən onn adı heyətdən çıxarıldı.[185]
İlin birinci nüfuzlu turniri 12-20 fevralda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatı oldu. Eldəniz Əzizli həmin turnirdə mübarizə aparacaq yunan-roma güləşi üzrə Azərbaycan yığmasının heyətinə daxil edildi.[186] Yanvarın 26-da Azərbaycan Güləş Federasiyası (AGF) Eldəniz Əzizlinin qabırğa sümüyündə olan sınıq səbəbilə onun Avropa Çempionatında mübarizə aparmayacağını bildirdi.[187][188][189] Əzizlinin əvəzinə Avropa Çempionatına aparılan gənc Rəşad Məmmədov turniri gümüş medalla baaş vurdu.[190]
Martda Dünya Güləş Birliyi (UWW) tərəfindən açıqlanan reytinq cədvəlinə əsasən Eldəniz Əzizli liderliyini sürdürdü.[191] Uzun fasilədən sonra Eldəniz Əzizlinin birinci sınağı 6-10 iyunda Macarıstanın Budapeşt şəhərində baş tutan UWW Polyá Imre & Varga János Turniri oldu.[192][193] Turnirdən əvvəl müsahibəsində Əzizli bu turnirin onun üçün əhəmiyyətli olduğunu, əsas hədəfinin çempionluq olduğunu bildirdi.[194] Dörd güləşçinin mübarizə apardığı və dairəvi sistemlə baş tutan turnirdə onun birinci rəqibi İran nümayəndəsi Pouya Dadmarz oldu. Həmin görüşdə Əzizli rəqibi üzərində 6:1 hesabı ilə qələbə qazandı və çempionluq yolunda birinci addımı atdı. Növbəti turda isə o, əzəli rəqiblərindən olan Gürcüstan güləşçisi Nugzari Tsurtsumia ilə üz-üzə gəldi. Bu görüşdə Eldəniz Əzizli rəqibinə 1:50 dəqiqə ərzində 8:0 hesabı ilə qalib gəldi və çempionluq yolunda həlledici addımı atdı. Sonuncu turda onun rəqibi Braziliya nümayəndəsi Marat Qaripov oldu. Bu görüşdə Eldəniz Əzizli rəqibi üzərində 2:15 dəqiqə ərzində 9:0 hesabı ilə inamlı qələbə qazandı və UWW Polyá Imre & Varga János Turnirinin qalibi oldu.[195][196]
İyulda Dünya Güləş Birliyi (UWW) tərəfindən açıqlanan reytinq cədvəlinə əsasən Eldəniz Əzizli liderliyini sürdürdü.[197] Sentyabrda Əzizli Rusiyanın Tümen şəhərində 1976-cı il Monreal Olimpiadasının finalçısı Vladimir Çeboxsarovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə mübarizə apardı.[198] Eldəniz Əzizli bütün rəqibləri üzərində qələbə qazanaraq final görüşünə vəsiqə qazansa da zədə səbəbilə həlledici görüşdən imtina etdi və turniri gümüş medalla başa vurdu.[199]
İlin əsas turniri Albaniyada baş tutan Dünya Çempionatı oldu.[200] 32 yaşlı[201] Eldəniz Əzizli 28-31 oktyabrda Albaniyanın Tirana şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatında mübarizə aparacaq yunan-roma güləşi üzrə Azərbaycan yığmasının heyətinə daxil edildi.[202][203] Turnirin 1/8 final mərhələsində Eldəniz Əzizlinin rəqibi Albaniya nümayəndəsi Bayram Sina oldu.[204] Həmin görüşdə Əzizli rəqibinə vaxtından əvvəl, 1:32 dəqiqə ərzində 8:0 hesabı ilə qalib gəldi və Dünya Çempionatının 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Çin güləşçisi Zhang Haifeng oldu. Həmin görüşdə də Əzizli rəqibi üzərində vaxtından əvvəl, 1:34 dəqiqə ərzində 9:0 hesabı ilə qələbə qazanaraq turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə o, Rumıniya nümayəndəsi Denis Mihai ilə üz-üzə gəldi. Əzizli həmən rəqibinə 2022 və 2023-cü illərdə qalib gəlmişdi. Bu səfərdə Eldəniz Əzizli rəqibindən üstün oldu. 1:46 dəqiqə ərzində rəqibi üzərində 9:0 hesabı ilə inamlı qələbə qazanan Eldəniz Əzizli dördüncü dəfə Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.[205] Həlledici görüşdə onun rəqibi İran nümayəndəsi Pouya Dadmarz oldu.[206] Əzizli həmən rəqibinə iyunda beynəlxalq turnirdə qalib gəlmişdi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 1:1 hesabı ilə başa çatdı. Qaydalara əsasən son xalı Eldəniz Əzizli qazandığına görə görüşün qalibi olaraq ardıcıl olaraq üçüncü, ümumi olaraq isə dördüncü dəfə Dünya Çempionatının qalibi oldu. Bununla da Eldəniz Əzizli bu idman növü üzrə dörd dəfə Dünya çempionu olmağı bacaran birinci və yeganə azərbaycanlı güləşçi olaraq tarixə düşdü.[207]
Karyerası ərzində Eldəniz Əzizli 39 beynəlxalq turnirdə mübarizə apardı. Onların 16-da turnirin qalibi olan Eldəniz Əzizli 3-də gümüş medala, 13-də isə bürünc medala sahib oldu. Dünya və Avropa Çempionatlarında ümumi olaraq 13 dəfə çıxış edən Eldəniz Əzizli onların hamısında çempionatı medalla başa vurdu — 6 qızıl, 1 gümüş və 6 bürünc. Karyerasının birinci illərində Eldəniz Əzizli 3 dəfə (2007, 2008, 2009) gənclər arasında Avropa Çempionatının, 2 dəfə (2010, 2011) yeniyetmələr arasında Avropa Çempionatının qızıl medallarına sahib oldu. 2010 və 2012-ci illərdə isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu.
|
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.