Dünyada danışılan dillərin hamısı bir Dil Ailəsinə mənsubdur. Ən doğru təsnif etmə, kökə görə edilmiş olan 'dil ailələri' təsnif etməsidir. Yəni eyni dil ailəsinə mənsub dillərin, eyni kökdən, bəlkə də eyni primitiv dildən törədiyi qəbul edilir.

Çox dilin yazılı tarixi çox qısa olduğu üçün, çox az dilin qəti kökü bilinməkdədir. Dil ailələrinin təyin olunması, uzun elmi işlər nəticəsində mümkün olmuşdur.

Dil ailələri ağac sxemi olaraq göstərildikləri üçün özlərinə dil ağacı da deyilir. Bu səbəblə, alt hissələrinə də dil qolları deyilir. Bəzi dillər, heç bir qola bağlı deyildirlər və buna görə onlara mücərrədlənmiş dillər deyilir. Məsələn Yunanca, Hind Avropa Dil Ailəsinə mənsub mücərrədlənmiş bir dildir.

Köklərinə görə təməl dil ailələri bunlardır:

Hind-Avropa dilləri

Avropa qolu

  1. German qrupu: ingilis, alman, holland, afrikaans, isveç, norveç, dan, island, idiş.
  2. Roman qrupu: fransız, ispan, italyan, portuqal, rumın, katalon, provansal, sefard, katalon, scilian, romanş və s[1];
  3. Slavyan qrupu: rus, ukrayna, belorus, serb, xorvat, bosniya, bolqar, makedon, sloven, slovak, çex.
  4. Baltik qrupu: Pruss (ölü dildir), litva dili, latış dili.
  5. Kelt qrupu: breton, qall, irland, şotland, kernevek (İngiltərənin Kornuoll bölgəsində), vall, men.
  6. Yunan qrupu:
  7. Alban qrupu:

Hind-İran dilləri: Hind, Benqal, Pəncab, Fars

Hami-Sami dilləri ailəsi

Sami dilləri

Ərəb, ivrit, arami, süryani və Tunis dilləri, Həbəş–zənci dilləri və ölü dil sayılan akkad dili.

Misir dilləri

Qədim Misir dili, qibti dili.

Liviya və Bərbər dilləri

Liviya dili, Bərbər dili

Çin-Tibet dilləri

Çin, Tibet və Birma dilləri.

Bantu dilləri

Orta və Cənubi Afrikada danışılan Bantu dilləri.

Qafqaz dilləri

1.Abxaz-Adıq qrupu

Qafqaz dillərinin şimal-qərb qrupu. Buraya abxaz, abaza, ubıx, adıgekabardin-çərkəz dilləri daxildir.

2.Kartveli qrupu

Şimali kartvel qrupu-svan dili, zan qrupu-meqrellaz dilləri və cənubi kartvel qrupu-gürcü dili. Gürcü dili onlarla ləhcəyə və yüzlərlə şivəyə sahibdir. Zan qrupu bəzən bir dil, lazcameqrelcə isə onun ləhçələri hesab edilirlər. Şimali kartvel qrupunu təşkil edən svan dili özlüyündə dörd ləhcəni ehtiva edir: yuxarıbal, aşağıbal, laşx və lentex ləhcələri hazırkı Gürcüstan Respublikasının şimalında dağlıq bölgədə dar ərazidə İnqura və Tsxenis-Tsxali yüksəklikləri arasında yayılmışdır, bütün ləhcələri bir-birindən xeyli ölçüdə fərqlənir.

3.Nax-Dağıstan qrupu

  • Nax qolu
  • Avar-əndi-tsez qolu
    • Avar-əndi alt qolu
      • Avar dili
      • Əndi qrupu
        • Əndi dili
        • Axax dili
        • Qarati dili
        • Botlix dili
        • Qodoberi dili
        • Bağvalal dili
        • Tindi dili
        • Çamalal dili
    • Tsez (Dido) alt qolu
      • Qərbi tsez qrupu
        • Tsez dili
        • Xvarşi dili
          • İnxokvari dili
        • Hinux dili
      • Şərqi tsez qrupu
        • Bejta dili
        • Hunzib dili
  • Lak dili
  • Dargi qolu
    • Şimali dargi qrupu
      • Şimal-qərbi alt qrupu
        • Aquşa dili,
          • o cümlədən ədəbi dargi dili
        • Muhi dili
        • Tsudaxar dili
        • Qapşıma-Butrı dili
      • Huraxi dili
      • Mureqa-Qubden dili
      • Qadar dili
      • Muira dili
    • Megeb qrupu
      • Megeb dili
    • Cənub-şərqi dargi qrupu
      • Sirxi dili
      • Amux-Xuduts dili
      • Kunki dili
      • Sanji-İtsari dili
    • Çıraq qrupu
      • Çıraq dili
    • Qaytaq qrupu
      • Yuxarı qaytaq dili
      • Aşağı qaytaq dili
    • Köbəçi-Aştı qrupu
      • Köbəçi dili
      • Aştı dili
  • Ləzgi qolu

Ural-Altay dilləri

Ural dilləri

  1. Fin–uqor qolu: Fin, lapland, macar, uqor.
  2. Samoyet qolu: Samoyet dilləri.

Altay dilləri

Türk dilləri ailəsi, monqol, mancur, tunquz, koreya və yapon.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.