From Wikipedia, the free encyclopedia
Cunko Tabey (田部井 淳子, Tabey Cunko?, 22 sentyabr 1939, Miharu[d], Fukuşima prefekturası – 20 oktyabr 2016, Kavaqoe[d], Saytama prefekturası) – Yaponiya alpinisti. 1975-ci ildə Everest dağının zirvəsini fəth edən ilk qadın, 1992-ci ildə isə Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur.[1]
Cunko Tabey | |
---|---|
yap. 田部井 淳子 | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | mədə xərçəngi |
Uşağı | 2 |
Təhsili |
|
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], alpinist |
junko-tabei.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Cunko Tabey 22 sentyabr 1939-cu ildə Yaponiyanın Miharu şəhərində doğulmuşdur.[1] Dördüncü sinifdə oxuyanda Nasu dağlarına edilən məktəb ekskursiyası nəticəsində ilk dəfə alpinizmlə tanış olmuşdur.[2] Edmun Hillari onun ən böyük ilham mənbəyi olmuşdur.[3]
1992-ci ildə Şova Qadınlar Universitetindən ingilis və amerikan ədəbiyyatı üzrə dərəcə əldə etmişdir.[1] O, bir neçə alpinizm klubuna qatılmış, 1969-cu ildə isə Yaponiyada ilk dəfə qadınlar üçün alpinizm klubu yaratmışdır.[1]
Tabey 1970-ci ildə Annapurna III zirvəsini fəth edən ilk qadın və yapon olmuşdur.[2] 16 may 1975-ci ildə isə Everest dağının zirvəsini fəth etmiş və bunu bacaran ilk qadın olmuşdur.[1] O, zirvəyə dırmaşarkən qar uçqunu ilə üzləmiş, lakin qrupunda heç kim yaralanmamışdır.[1] Tabey bundan sonra Yeddi zirvənin fəthini tamamlamağa qərar vermişdir. O, 1980-ci ildə Kilimancaro, 1987-ci ildə Akonkaqua, 1988-ci ildə Denali, 1989-cu ildə Elbrus, 1991-ci ildə Vinson, 1992-ci ildə isə Caya zirvəsini etmiş, beləcə, Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur.[1]
Bunlardan əlavə, Tabey hər ölkənin ən hündür zirvəsini də fəth etməyə çalışmışdır və bu kateqoriya üzrə hədəflədiyi 196 zirvədən 60-nı fəth etmişdir.[3] Daha sonra ətraf mühitin müdafiəsinə yönəlmiş və Kyuşu Universitetindən məzun olaraq alpinistlər tərəfindən atılan tullantıların təsirini öyrənmişdir.[1]
Tabey 1996–2008-ci illərdə yeddi kitabın müəllif olmuşdur.[2] Həyatının son dörd ilini xərçəng xəstəliyinə qarşı mübarizə aparmaqla keçirsə də, dırmaşmağa davam etmişdir.[2] Son dırmanışını ölümündən 3 ay öncə məktəb ekskursiyası çərçivəsində Fuci dağına etmişdir.[2]
Cunko Masanobu Tabey ilə evlənmişdir.[2] Onun Noriko adlı qızı və Şinya adlı oğlu olmuşdur.[2] Cunko Everest dağını fəth edən zaman Norikonun 3 yaşı var idi.[2] Şinya da alpinist olmuş və Tokioda alpinizm salonu açmışdır.[2]
1987-ci ildə kəşf edilmiş 6897 Tabey asteroidi onun adını daşıyır.[4] Pluton planetində yerləşən bir dağ silsiləsinə 19 noyabr 2019-cu ildə onun şərəfində Tabey adı verilmişdir.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.