From Wikipedia, the free encyclopedia
Billi Vaylder (ing. Billy Wilder) — ABŞ rejissoru, ssenaristi və prodüseri, "Oskar" mükafatı laureatı (1946, 1961).
Billi Vaylder | |
---|---|
ing. Billy Wilder | |
Doğum adı | Semuel Vaylder |
Doğum tarixi | 22 iyun 1906[1][2][…] |
Vəfat tarixi | 27 mart 2002[1][2][…] (96 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | ssenarist, kinorejissor, film prodüseri, yazıçı, jurnalist, rejissor, prodüser |
Fəaliyyət illəri | 1929–1981 |
Təhsili | |
Mükafatları |
|
IMDb | ID0000697 |
Vikianbarda əlaqəli mediafayllar |
Billi Uaylder keçmiş Avstriya-Macarıstan ərazisində yəhudi ailəsində anadan olmuşdur. O, sahibkar oğlu idi. Hüquqşünas olmaq istəyən Billi bu sahədə təhsil almaq üçün ,Vyana Universitetinə daxil olur. Lakin ,bir ildən sonra universiteti atıb Vyananın aparıcı qəzetlərindən birində işləməyi fikirləşir. 1920-ci illərdə Berlində jurnalist işləyir. Elə orada səssiz kinofilmlər üçün ssenarilər yazmağa başlayır. 1929-1933-cü illərdə onun ssenariləri əsasında "Emil və detektivlər", "Qatilini axtaran adam" kimi filmlər çəkildi. Nasistlər hakimiyyətə gələndən sonra Fransaya, oradan da Birləşmiş Ştatlara köçmüşdür.
Uaylder pulu olmadan və ingilis dilini bilmədən Los-Ancelesə gəlir. O, həmin yerə aktyor Piter Lorre ilə birlikdə gəlmişdi. Billi Uaylder bir neçə il çox kasıb vəziyyətdə yaşamışdır. Bu illərdə o, müştərək yazdığı ssenariləridən gələn gəlirlə dolanırdı. O zaman "Mavi Saqqalın səkkizinci arvadı" (1938), "Gecəyarı" (1939), "Şəfəqi saxlayın" (1941) və başqa filmlər üçün ssenarilər yazdı. Onun yaradıcılıq fəaliyyətində dönüş mərhələsi 1938-ci ildə ssenarist Çarlz Brekketlə əməkdaşlığı ilə başladı. Uzun və səmərəli olan bu əməkdaşlıq 1950-ci ilə qədər davam etdi. Amerika kinosu bu əməkdaşlıq sayəsində 1930-cu illərin sonu, 1940-cı illərin əvvəllərində bir çox gözəl ssenarilər və kassa nailiyyətləri əldə etdi. Onların ssenariləri əsasında Mitçell Leyzenin "Gecəyarı", Ernst Lübiçin "Ninoçka" və Hovard Houksun "Odlu dünya" kimi uğurlu filmləri çəkildi. Bütün bu böyük uğurlardan sonra 1942-ci ildən başlayaraq ,Uaylder və Brekket öz fəaliyyət dairələrini genişləndirirlər. Onlar həm də prodüser və rejissor kimi işləməyə başlayırlar. Artıq müstəqil rejissor kimi Uaylder "Major və minor" (1942) filmini çəkir.
1944-cü ildə Uaylder nuar janrında ilk filmini çəkir. "İkiqat sığorta" adlanan bu filmin ssenarisini rejissor özü tanınmış detektiv romanlar yazıçısı Reymond Çandlerlə birlikdə yazmışdı.
40-cı və 50-ci illərin ikinci yarısında Billi Uaylder Hollivudun ən çox tələbat olan rejissorlarından birinə çevrilmişdi. Bu illərdə Uaylderin filmləri Hollivud üçün tipik olmayan alkoqolizm, nasist konslagerləri, fahişəlik və müasir dövrün düşüncəsizlikləri kimi mövzulara həsr olunmuşdu.
"Oskar" mükafatı qazanmış "İtirilmiş həftəsonu" və "Sanset bulvarı" filmləri də onun rejissorluq uğurlarındandır.
1955-ci ildə çəkilmiş "Yeddinci ilin gicişməsi" filmindən başlayaraq, Uaylder yaradıcılığının əsas janrı komediya olur. O, filmlərində komediyanın müxtəlif növlərinə müraciət edirdi: komediya-fars ("Bəziləri bu istini sevir", 1959), romantik komediya ("Günortadan sonra məhəbbət", 1957), incə satiralı komediya ("Mənzil", 1960).
Demək olar ki, bütün bu filmlərin ssenarisini İ.A.L. Daymond yazmışdır. Uaylderin o illərdə sevimli aktyorları Cek Lemmon, Merilin Monro, Odri Hepbern idi. Rejissorun sosial dramlara olan marağına baxmayaraq, ona səsli Amerika kinosunun tarixində komediyanın böyük ustası kimi tanınmaq qismət oldu. Amerika Kino Sənəti İnstitutunun hazırladığı Hollivudun 100 ən gülməli filmi siyahısında ən çox Uaylderin filmləri var. Onlardan biri də "Bəziləri bu istini sevir" filmidir.
Billi Uaylder 27 mart 2002-ci ildə vəfat etmişdir[3].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.