Billi Ayliş
Amerikalı müğənni-mahnı yazarı (2001–) / From Wikipedia, the free encyclopedia
Billi Ayliş Payret Beyrd O'Konnell (ing. Billie Eilish Pirate Baird O'Connell; 18 dekabr 2001[3][4][…], Los-Anceles, Kaliforniya) — amerikalı müğənni-mahnı yazarı. 2015-ci ildə qardaşı Finneas O'Konnellin yazıb prodüserlik etdiyi "Ocean Eyes" sinqlı ilə dinləyicilərin rəğbətini qazanıb. Onun 2017-ci ildə buraxdığı ilk mini-albomu "Don't Smile at Me" maraqla qarşılanıb və ABŞ, Birləşmiş Krallıq, Kanada və Avstraliya daxil olmaqla bir çox ölkədə ilk 15-də yer alıb.
Billi Ayliş | |
---|---|
ing. Billie Eilish | |
Ümumi məlumatlar | |
Doğum adı | Billie Eilish Pirate Baird O'Connell[1][2] |
Doğum tarixi | 18 dekabr 2001(2001-12-18)[3][4][…] (22 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Anası | Meqqi Beyrd |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, müğənni, bəstəkar, rəqqasə |
Fəaliyyət illəri | 2015-ci ildən |
Janrlar | elektropop[d][5], indi-pop[5], alternativ pop[d] |
Musiqi alətləri | gitara, ukulele, klavişli alət[d] |
Səs tembri | soprano[6] |
Albom şirkətləri | Darkroom[d], Interscope Records |
Mükafatları | |
billieeilish.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Aylişin 2019-cu ildə yayımladığı ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?" ABŞ Billboard 200 və Birləşmiş Krallıq albomlar hit-paradında birinci pilləyə yüksəldi. Albom "Bad Guy" sinqlının şöhrəti nəticəsində 2019-cu ilin ən çox satılan albomlarından birinə çevrildi. Növbəti il o, Ceyms Bond filmi "Ölməyə vaxt yoxdur" üçün mahnı yazıb ifa etdi, bu mahnı Birləşmiş Krallıq sinqllar hit-paradında birinci yerə çıxdı və 2022-ci ildə ona "Oskar" mükafatı qazandırdı. Onun sonrakı sinqlları "Everything I Wanted", "My Future", "Therefore I Am" və "Your Power" ABŞ və Birləşmiş Krallıqda ilk 10-luğa daxil oldu. Onun 2021-ci ildə buraxdığı ikinci studiya albomu "Happier Than Ever" 25 ölkədə bir nömrə oldu. Onun 2023-cü ildə "Barbi" filmi üçün yazdığı "What Was I Made For?" mahnısı Birləşmiş Krallıqda birinci yer oldu. Billi Ayliş üçüncü studiya albomu "Hit Me Hard and Soft"-u 17 may 2024-cü ildə buraxıb.
Ayliş yeddi "Qremmi", iki "Amerika musiqi mükafatı", iki "Ginnesin Rekordlar Kitabı", üç "MTV video musiqi mükafatı", üç "Brit" mükafatı, "Qızıl Qlobus" mükafatı və "Oskar" mükafatı daxil olmaqla bir çox mükafata layiq görülüb. O Time jurnalının 2019-cu ildə dərc etdiyi Time 100 Next və 2021-ci ildə Time 100 siyahısında yer alıb.[7] Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) və Billboard-a görə Ayliş 2010-cu illərin ən uğurlu sənətçilərindən biridir.