From Wikipedia, the free encyclopedia
Gay Times (2007-ci ildən — GT) — Böyük Britaniyanın homoseksual və biseksual auditoriyasına yönəlmiş ən populyar jurnal.[3][4]. 1975-ci ildən bəri hər ay buraxılır[5][6].
Gay Times | |
---|---|
Baş redaktor | Triş Rayd-Smit |
Növ | Gey və Biseksual |
Format | A4 |
Tiraj | 68,000[1] |
Təsisçi | Millivres Prowler Group Ltd |
Təsis tarixi | 1975 |
Şirkət | Birləşmiş Krallıq |
Ölkə | |
Qərargah | London, 32-34 Gordon House Road |
Dil | ingilis dili |
ISSN | 0950-6101 |
gaytimes.com gaytimes.com |
Gay Times (GT) jurnalı Millivres Prowler Group Ltd tərəfindən dərc olunur. Gay Times jurnalının ilk nömrəsi Lyuis Mennonun posteri ilə birlikdə 1984-cü ildə buraxılmışdı (başlanğıcda Gay Times 1975-ci ildə yaradılmış HIM jurnalının tərkib hissəsi idi).
Millivres Prowler şirkəti həmçinin lezbiyan auditoriyaya yönəlmiş Avropanın aparıcı aylıq DIVA jurnalını, habelə transgender icması üçün META rəqəmsal jurnalını dərc edir. Bundan başqa onlar PinkPaper.com LGBT onlayn-xəbər brend saytının sahibidirlər.
Gay Times ilin sonunda baş vermiş 13 ən əsas hadisələri dərc edir. Jurnalın əsas rubrikaları müsahibə, xəbər, musiqi, film, ədəbiyyat, moda və səyahət kimi maraqlı bölmələrdən ibarətdir. Burada həmçinin həyat tərzi, reklam, eskort və məsləhət xidmətləri də daxil olmaqla, böyük bir kataloq bölmə mövcuddur.
Jurnalın üz qabığına çox sayda məşhur insanlar çəkilmişdilər. Onların arasında aktyor Ser Yen Makkellen, X Factor-un qalibi Mett Kardl, və Amerikalı musiqi qrup Scissor Sisters-in adlarını xüsusilə qeyd etmək olar.
2011-ci ilin dekabr ayında GT özünün 400-cü nəşrinin buraxılışını və 30 yaşını təntənəli şəkildə qeyd etmişdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.