Azərbaycan musiqisi
From Wikipedia, the free encyclopedia
Azərbaycan musiqisi (az-əbcəd. آذربایجان موسیقیسی) — Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmışdır. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir.
Cəld faktlar Ümumi mövzular, Janrlar ...
Azərbaycan musiqisi | |
---|---|
Ümumi mövzular | |
Janrlar | |
Xüsusi formalar | |
Milli musiqi | |
Alt janrlar | |
Media və təqdim etmə | |
Musiqi festivalları | |
Musiqi mediası | Mədəniyyət TV |
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar | |
Milli himn | Azərbaycan himni |
Bağla