Azərbaycan pop-musiqisi
From Wikipedia, the free encyclopedia
Azərbaycan pop-musiqisi — Azərbaycanda yaranan pop-musiqisinin növü. Azərbaycan pop-musiqisinin yaranması XX əsrin ortalarına təsadüf edir. 1970-ci illərdə musiqiçilər yeni nəsil artması Azərbaycan pop-musiqisin "Qızıl dövrünə" müsbət təsir etmişdi. Həmin dövrdə Mirzə Babayev, Flora Kərimova, Şövkət Ələkbərova, Oqtay Ağayev kimi klassik pop sənətçiləri böyük uğurlar əldə etmişdi. Müasir Azərbaycan pop-musiqisi ənənəvi Azərbaycan xalq musiqisindən öz köklərini götürür.
Azərbaycan musiqisi | |
---|---|
Ümumi mövzular | |
Janrlar | |
Xüsusi formalar | |
Milli musiqi | |
Alt janrlar | |
Media və təqdim etmə | |
Musiqi festivalları | |
Musiqi mediası | Mədəniyyət TV |
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar | |
Milli himn | Azərbaycan himni |
2010-cu illərdə qloballaşmanın təsiri nəticəsində elektropop, dans-pop və sinti pop, 1980-ci illərində başlayan rəqs, elektronika və pop-musiqisinin digər formaları ilə yanaşı Azərbaycan pop-musiqisinə təsir etmişdir. 2011-ci ildə Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi "Running Scared" adlı mahnı Azərbaycanın ilk qalibiyyəti olaraq Avroviziya Mahnı Müsabiqəsinin tarixinə düşmüşdür.