From Wikipedia, the free encyclopedia
Azərbaycan türkcəsinin qərb ləhcəsi, Gəncəbasar ləhcəsi, ya da Azərbaycan dilinin qərb dialekti (yerli ləhcədə danışdıqları dili sadəcə "musurmanca", "musurman dili" adlandırırlar) — hal-hazırda Azərbaycan Respublikasının qərb (Gəncəbasar adlanan ərazi) və Gürcüstanın cənub-şərq bölgələrində işlənən danışıq dili. Azərbaycan dilinin daxilində bir ləhcədir. Qazax, Qarabağ və Qarapapaq dialektləri qərb ləhcəsinə aiddir.
Azərbaycan dilinin qərb dialekti | |
---|---|
Orijinal adı | musurman dili, müsəlman dili, musurmanca, müsəlmanca |
Ölkələr | Azərbaycan, Gürcüstan, Rusiya |
Regionlar |
|
Rəsmi status | yoxdur |
Danışanların ümumi sayı | 5.000.000 |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı | latın əlifbası, lakin yazma norması yoxdur |
Dil kodları | |
Glottolog | west2924 |
Gəncəbasar ləhcəsi Azərbaycan, Gürcüstan, Rusiya ərazisində istifadə olunur.
Bu dialektin cüzi fərqlənən 4 subdialekti var:
"Azərbaycan dialektologiyasının əsasları" kitabına görə qərb ləhcəsinin ədəbi Azərbaycan dilindən fərqləndirən bir sıra xüsusiyyətləri var (subdialektə görə cuzi fərqlər ola bilər)[1]:
Azərbaycanca | Türkcə | Gəncəbasarca |
---|---|---|
biş- | piş- | piş- |
ye- | yi- | yi- |
çeynə- | çiğne- | çiynə- |
öskür- | öksür- | öhsür- |
asqır- | aksır- | axsır- |
çünki | çünkü | çünkü |
ümid | umut | umut (umud, ümüd) |
radio | radyo | radyo |
iyirmi | yirmi | yirmi |
yəhudi | yahudi, cuhut | yahudi, cuhut |
teatr | tiyatro | tiyatr |
qış | kış | kış |
quş | kuş | kuş |
Ədəbi Azərbaycanca | Gəncəbasar ləhcəsi | Qumuqca | Qırğızca | Qazaxıstan Türkcəsi | Qaraçay-Balqarca | Noğayca |
---|---|---|---|---|---|---|
xəbər | xavar, xəvər | хабар (xabar) | кабар (kabar) | хабар (xabar) | хапар (xapar) | хабар (xabar) |
zəif | zayıf, zəif | зайып (zayıp) | зайып (zayıp) | зайып (zayıp) | зайып (zayıp) | зайып (zayıp) |
xəmir | xamır | хамур (xamur) | камыр (kamır) | қамыр (kamır) | - | камыр (kamır) |
təsdiq | tasdıx, təstih | тасдыкъ (tasdık) | тастык (tastık) | растық (rastık) | тасдыкъ (tasdık) | тастык (tastık) |
Ədəbi Azərbaycanca | Gəncəbasarca | Türkcə (Türkiyə) | Türkməncə | Krımtatarca | Qaqavuzca |
---|---|---|---|---|---|
işıq | ışıx | ışık | yşyk | ışıq | ışık |
siçan | sıçan | sıçan | syçan | sıçan | sıçan |
sifət | sıfat | sıfat | sypat | sıfat | sıfat |
qismət | kısmət, kısmat | kısmet | kysmat | qısmet | kısmet |
Azərbaycanca | Gəncəbasarca | Göytürkcə | Tatarca | Başqurdca | Qazaxca | Türkməncə |
---|---|---|---|---|---|---|
tanrı | taŋrı | 𐱅𐰭𐰼𐰃 (teŋri) | тәңре (təñre) | тəңре (təñre) | тәңірі (təñiri) | taňry |
dəniz | dəŋiz | teŋiz[2] | диңгез (diñgez) | диңгеҙ (diñgeð) | теңіз (teñiz) | deňiz |
sənin | səniŋ | 𐰾𐰤𐰃𐰮 (seniŋ)[3] | синең (sineñ) | Һинең (hineñ) | сенің (seniñ) | seniň |
yeni | yeŋi | 𐰖𐰮𐰃 (yaŋa/yaŋı)[4] | яңа (yaña) | яңы (yañı) | жаңа (jaña) | yaňy |
donuz | doŋuz | 𐱃𐰆𐰮𐰔 (toŋuz)[5] | дуңгыз (duñğız) | дуңғыҙ (duñğıð) | доңыз (doñız) | doňuz |
Ayrıca qeyd etmək olar ki, /ŋ/ səsini daşıyan bir hərf bütün türk dillərində işlənilir. İstisna yalnız 4 dildir:
Azərbaycanca | Gəncəbasarca | Uyğurca | Özbəkcə |
---|---|---|---|
sabun | savın | sovun | sovun |
xəbər | xəvər, xavar | xəvər | xabar, xavar |
baba | bava | bova | buva |
qabırğa | qavırğa | qovurğa | qovurg'a |
çibin | çivin | çivin | chivin |
Makedoniya Türkcəsi | bajanak, geje, olajak, gidejek, durajak, okunajak[6] |
Gəncəbasar ləhcəsi | bajanax, gejə, olajax, gedəjəh, durajax, oxunajax |
Ədəbi Azərbaycanca | bacanaq, gecə, olacaq, gedəcək, duracaq, oxunacaq |
Həmçinin qeyd etmək olar ki bir sıra türk dillərdində (qazax, tatar, başqurd, sibir, qumuq, noğay, qaraqalpaq və s.) C səsi əvəzinə daha çox J səsi işlənilir və ya ümumiyyətlə C səsi yoxdur.
Türkiyə Türkcəsi | kapıyı kapa, ölüyü diriltmek, o ayakkabıyı al |
Ayrım-Qarapapaq şivəsi | qapıyı qayır, ölüyü diritməh, o əkkavıyı al |
Ədəbi Azərbaycanca | qapını bağla, ölünü diriltmək, o ayaqqabını al |
Tatarca | yaxşıraq, ozınraq, iŋleräk |
Gəncəbasar ləhcəsi | yaxşırax, uzunrax, eŋnirəh |
Ədəbi Azərbaycanca | daha yaxşı, daha uzun, daha enli |
Qaqavuzca | o yazêr, o verer[7]; Allaha inanêêrım, popaza inanmêêrım |
Ayrım-Qarapapaq | o yazēr, o verēr; Allaha inanēram, rahivə inanmēram |
Azərbaycanca | o yazır, o verir; Allaha inanıram, rahibə inanmıram |
Gəncəbasar Türkcəsi | bajarammadı, yazammadı, görəmmədim, üzəmmədin |
Türkiyə Türkcəsi | beceremedi, yazamadı, göremedim, yüzemedin |
Ədəbi Azərbaycanca | bacara bilmədi, yaza bilmədi, görə bilmədim, üzə bilmədin |
Azərbaycanca | Gəncəbasarca | Tatarca | Türkməncə | Qumuqca | Noğayca |
---|---|---|---|---|---|
mişar | pışkı | pıçkı | byçgy | bıçğı | pışkı |
payız | güz | köz | güýz | güz | küz |
Rusiya | Ərəsey, Ursyet | Rəsəy | Orsýet | Aresey (Əresey) | Resey |
sahib | yiyə | iyə | eýe | yes (ye) | iye |
şərab | çaxır | şərab | çakyr, şerap | çağır | şağır |
əqrəb | çayan | çayan | açýan | çayan | şayan |
xətt | sızıx/cızıx | sızık | çyzyk | sızık | sızık |
çirk | kir | ker | kir | kir | kir |
ev | öy | öy | öý | üy | üy |
Ümumdünya İnsan hüquqları Bəyannaməsi I maddəsinin yazısı Azərbaycan dilinin ədəbi normasında və Gəncəbasar ləhcəsində:
Ədəbi Azərbaycanca | Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar. |
Gəncəbasar ləhcəsi | Pütün insannar ləyəğətnən hüquklarıŋa görə azat həm də baravar doğulullar. Olarıŋ (onnarıŋ) şuurrarınnan vijdannarı var, bir-birrərinə də munasibəttə qardaştıx ruhunda davrammalıdılar. |
Məna sürüşməsi (bir sözün fərqli mənası) Gəncəbasarcada bir neçə sözdə görünür:
Gəncəbasar ləhcəsində söz
(Mötərizədə lazımsa ədəbi variantı yazılır) |
Sözün Gəncəbasar ləhcəsində mənası | Ədəbi dildə işlənən mənası |
---|---|---|
ayna | pəncərə | güzgü |
gəvə (gəbə) | xalça (bütün xalça növləri) | böyük xalça |
məhrəva (məhrəba) | qətfə | dəsmal |
tel | alının üstünə düşən saçlar | tük, saç dənəsi |
sərgi | paltar qurutma asılqanı | eksponatların nümayiş edilən yeri |
intası (intəhası) | lakin | axırı, qurtaranı, nəhayət, xülasə |
Gəncəbasar lüğətində ədəbi dildə olmayan, olsa da başqa məna daşıyan bir sıra işlənən xüsusi sözlər var:
bılıx | inəyin yeni doğulmuş balası |
boyl | 1) sonra 2) deməli, deyəsən |
bozdamaş | doğramac |
cələ | boğaz xəstəliyi |
cələf | arıq, zəif |
coyğa | tayfa, nəsil |
çalası | provokator |
çayan | əqrəb |
çəkuzandı | sapand, quşatan |
çığnamax | tapdalamaq, ayaqlamaq |
elti | (qardaşların həyat yoldaşları bir birinə "elti" olur) |
əpbəh | çörək |
fəşmi | əsas, qanun |
hənd | divar |
qulax | istiqamət |
mığı | ağcaqanad |
şeytan | ilbiz |
Hal-hazırda Gəncəbasar ləhcəsini və bu ləhcədə danışan kəsləri qoruyan qanun yoxdur. 2003-cü ilə kimi, Orfoepiya lüğətinin çıxmasına qədər el içində dil iki yerə ayrılırdı: loru dili və kitab dili, lakin orfoepiya lüğəti çıxandan sonra loru dili ədəbi Azərbaycan dilinə zidd oldu. Televiziyada ləhcələrə qarşı propaqanda başladı, Kinematoqrafda satira kimi çox vaxtı ağıllı olmayan qəhrəmanlar Gəncəbasar dilində danışır və nəticədə ələsalmadan qaçaraq təziq altında Azərbaycan əhalisi bu ləhcədən az işlədir, lakin Rusiyada bu ləhcədə danışan adamlar Azərbaycan televiziyasına baxmadığına görə bu propaqandaya uğramırlar. Başqa dövlətlər təcrübəsində ləhcə diskriminasiyası əşkarlanması var, beynəxalq hüquqda buna "linguisticism" deyirlər və bir sıra ölkələrdə, misal üçün ABŞ-də, ləhcə diskriminasiyasına görə cinayətkarlar 5 ilə kimi azadlıqdan məhrum edilirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.