From Wikipedia, the free encyclopedia
Gəncəbasar — Azərbaycanda Gəncə şəhəri və ətrafı üçün istifadə edilən adlandırma.
Tarixən Gəncə xanlığının mahallarından sadəcə biri Gəncəbasar adlanırdı. Gəncəbasar mahalı Gəncəçay vadisindəki yaşayış məskənlərini əhatə edirdi. Ancaq buna baxmayaraq, Gəncəbasar tarixi və filoloji tədqiqatlarda Gəncənin siyasi-inzibati təsir dairəsindəki ərazilər üçün işlədilmişdir. İndiki dövrdə Tovuz, Şəmkir, Xanlar, Goranboy, Yevlax rayonları bu əraziyə daxildir. Folklorşünaslıqda Gəncəbasar ərazisi daha da genişləndirilərək tarixçilərin hesab etdiyi ərazidən irəli aparılmışdır. XX əsrin ikinci yarısında Gəncəbasar ərazisi sadəcə Gəncəçay vadisini yox, böyük bir coğrafi ərazini əhatə edir, xalq arasında da bu mənada işlədilirdi.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.