From Wikipedia, the free encyclopedia
Azərbaycan Milli Ensiklopediyası — Azərbaycan Prezidentinin 2004-cü il sərəncamına əsasən 25 cild nəşr olunması planlaşdırılmış, 2007-ci ildən çap olunan çoxcildli ensiklopediya.
Azərbaycan Milli Ensiklopediyası | |
---|---|
Orijinalın dili | Azərbaycan dili |
Nəşriyyat | Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi |
Vikianbarda əlaqəli mediafayllar |
XX əsrin 30-cu illərində Azərbaycan Şura Ensiklopediyasının (AŞE) yaradılması ilə əlaqədar bir sıra tədbirlər görülsə də, AŞE-nin nəşri mümkün olmamışdı.[1]
1965-ci il dekabrın 30-da Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti "Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında" qərar qəbul etdi və AzSSR EA-nın Rəyasət Heyəti yanında ASE-nin Baş Redaksiyası yaradıldı. Qərarda 10 cildlik ASE və "Azərbaycan SSR" xüsusi cildinin (Azərb. və rus dillərində) buraxılması nəzərdə tutulmuşdu. 1970-ci ildə ASE-nin “Azəri Sovet Ensiklopediyası” adı ilə 1-ci cildi çapdan çıxdı, lakin sovet rejiminin tələblərinə cavab vermədiyinə görə kitabın kütləvi nəşri dayandırıldı.
AzKP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə ASE-nin nəşrinə yenidən başlanıldı və 1976–87 illərdə ASE-nin 10 cildinin nəşri başa çatdırıldı. "Azərbaycan SSR" xüsusi cildi isə müəyyən səbəblərə görə çap olunmadı.[1]
Azərbaycan Respublikasının " Nəşriyyat işi haqqında" Qanunu (2000) müstəqil Azərbaycanın yeni universal milli ensiklopediyasının nəşri üçün zəmin yaratdı. AR Prezidentinin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamında deyildiyi kimi Azərbaycan xalqının həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti meydana çıxdı.[1]
Azərbaycan Milli Ensiklopediyasının hazırlanıb nəşr olunmasını təmin etmək üçün AR Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə AMEA-nın "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi yaradıldı. 2007-ci ildə AME-nin "Azərbaycan" xüsusi cildi, 2009-cu ildə isə AME-nin 1-ci cildi çap edildi.[1]
25 may 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti "Azərbaycan Milli Ensiklopediyası"nın veb-portalının yaradılması haqqında qərar verir.[2]
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibi aşağıdakı redaksiyada təsdiqlənib:[3]
Vəzifə | Vəzifəni icra edən |
---|---|
Redaksiya heyətinin sədri | İlham Əliyev |
Redaksiya heyəti sədrinin müavinləri | Akif Əli Zadə |
Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru | İsa Həbibbəyli |
Azərbaycan Milli Ensiklopediyasının məsul katibi | Tofiq Nağıyev |
Redaksiya heyətinin üzvləri | Kamal Abdullayev Ağacan Abıyev |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.