Azərbaycanlı heykəltəraş From Wikipedia, the free encyclopedia
Ömər Həsən oğlu Eldarov (21 dekabr 1927[1], Dərbənd, Dağıstan MSSR) — Azərbaycan heykəltaraşı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru (2001–2023), Azərbaycan SSR xalq rəssamı (1982), SSRİ (1980) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı, "Heydər Əliyev" ordeni laureatı (2017), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü(2024).
Ömər Eldarov | |
---|---|
Doğum tarixi | 21 dekabr 1927[1] (97 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | heykəltaraş, rəssam |
Təhsili |
|
Janr | heykəltaraşlıq |
Tanınmış işləri | |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
1927-ci dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltaraşlıq bölməsini qurtardıqdan sonra peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltaraşlıq və memarlıq institutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.
Yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958–1968-ci illərdə o, Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltaraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Bu illər ərzində məşhur heykəltaraş tərəfindən bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirilib. 1969–1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə isə müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib. 2001-2023-cü illərə qədər Azərbaycan Rəssamlıq Akademiyasının rektoru çalışıb[2][3].
SSRİ
Azərbaycan
10 iyun 2015-ci ildə akademik Ömər Eldarov 2015 Avropa Oyunlarının məşəlini Heydər Əliyev Mərkəzinə gətirmişdir.
Bu cür əsərlər sırasında şairə Natəvanın (1960, Bakı), mütəfəkkir şair Məhəmməd Füzulinin (1963, Bakı), dramaturq Hüseyn Cavidin (1993, Bakı), Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin (1987, Naxçıvan) , Sapun dağı hücumu iştirakçıları olmuş 77-ci diviziyanın əsgərləri "Azərbaycanın qorxmaz oğul və qızlarına" həsr olunmuş memorial (1974, Sevastopol), Sədrəddin Ayninin (1979, Düşənbə), İbn Sinanın (1980, Düşənbə), professor İhsan Doğramacının (2001, Ankara), Heydər Əliyevin (2001, Qars) heykəlləri , bəstəkar Üzeyir Hacıbəyovun (1955, Bakı), rəssam Səttar Bəhlulzadənin (1974, Bakı), bəstəkar və caz musiqiçisi Vaqif Mustafazadənin (1984, Bakı), dirijor Niyazinin (1989, Bakı), yazıçı Süleyman Rəhimovun (1991, Bakı), bəstəkar Fikrət Əmirovun (1988, Bakı), şərqşünas-tarixçi, akademik Ziya Bünyadovun (2000, Bakı), akademik Həsən Əliyevin (1988, Bakı) xatirə abidələri "Elegiya" abidəsi (1989), akademik Zərifə Əliyevanın (1995, Bakı), Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (2004, Bakı), professor Lütfi Zadənin (2018, Bakı)), bəstəkar Arif Məlikovun[12] (2020, Bakı) qəbirüstü abidələri vardır. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir. Bu qabildən olan "Qızım Lalənin portreti", "Oğlum Müslümun portreti", "Analıq" , "İlin dörd fəslı", "Bacılar" əsərləri şair Nəsiri Xosrovun və yazıçı Rabindranat Taqorun heykəl portretləri müxtəlif vaxtlarda nüfuzlu respublika və beynəlxalq sərgilərdə uğurla nümayini etdirilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.