From Wikipedia, the free encyclopedia
Arnóbius (260-327) - latındilli apologetikasının görkəmli nümayəndəsi. Laktansiusun müəllimi idi. Əsili Şimali Afrikadan idi. Əvvəllər Xristianlığa qarşı olmuş, ancaq sonra bu dini qəbul edib onun müdafiəçisi olmuşdur. «Adversus gentes» (Bütpərəstlərə qarşı kitab) adlı kitabın yazarıdır. Onu "Adversus Nationes" da adlandırırlar.
Arnobius | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | |
Vətəndaşlığı | Roma İmperiyası |
Elm sahələri | Apologetika, ilahiyyat |
Tanınmış yetirməsi | Laktansius |
Tanınır | Apologet, ilahiyyatçı |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
Arnobius təqib olunan Xristianlığın sonuncu apologeti olmuşdur. Ondan sonra Xristianlıq Romanın dövlət dininə çevrilmişdir.
Arnobiusun yaşadığı dövrdə, Romada xristian dininə münasibət dəyişmişdi. Bu din artıq Roma cəmiyyətinin müxtəlif təbəqələri arasında yayılmışdı və bütpərəstlər bu amil ilə hesablaşmaq məcburiyyətində qalmışdılar. Onlar artıq Xristianlığı Selsum (Roma filosofu idi) kimi şiddətli tənqid atəşinə məruz qoymurdular, bu dinin müvəffəqiyyətlə yayılmasının səbəblərini araşdırırdılar və gələcək perspektivlər haqqında düşünürdülər.
Onlar tez-tez bütpərəstliyin tənəzzülündən və onun cəmiyyətdə olan mənəvi boşluğu doldurmaq iqtidarında olmadığından da düşünürdülər. Arnobiusun əsəri də təxminən bu problemləri əhatə edir. O hesab edirdi ki, antik dünyanı tənəzzülə insan təfəkkürünə həddən artıq yer verməsi amili gətirib. Halbuki, onun imkanları məhduddur.
Məsələn Platonun ardıcılları hesab edirdilər ki, həqiqətin, xeyrin, gözəlliyin nə olması anlayışları, insanın anadan olduğu andan onda vardır. Yəni bu keyfiyyətlər ona təbiət tərəfindən verilir. Lakin bu fikri Arnobius qəbul etmirdi. Onun fikrincə, əgər insan başqa insanlarla, yaxud ətraf mühitlə təmasda olmasa, onda bu keyfiyyətlər ola bilməz. Deməli onlar insan fəaliyyətinin və həyatının nəticəsində əmələ gəlir və İlahi həqiqətlər ona təbiət tərəfindən verilmir.
Ancaq ətraf mühitin təsiri də insana xeyri şərdən, gözəlliyin iyrənclikdən, həqiqəti nadanlıqdan ayırmaq imkanı vermir. Fəlsəfənin vasitəsilə bu anlayışlara aydınlıq gətirmək olmur. Fəlsəfə yalnız ziddiyyətləri çoxaldır, səmərəsiz mübahisələrə gətirib çıxarır[1]. Beləliklə həqiqət nəyinsə əsasında açıla bilər. Bu əsas isə iman, və konkret olaraq, xristian imanıdır. İmanda utanmalı heç bir şey yoxdur. Hətta Xristianlığı rədd edən və öz düşüncələrinə etibar edən filosoflar imana əl atırlar, çünki təbiətdə düşüncə vasitəsilə həll edilməyən çoxlu şeylər vardır. Onlar, məsələn, xəstələnəndə həkimə müraciət edirlər və onun dediklərinə inanıb müalicə olunurlar. Filosofların, eyni zamanda, inandığı avtoritetləri də vardır. Bəziləri Platona, başqaları isə Aristotelə, Pifaqora və başqalarına inanırlar. Deməli, imansız həyat ola bilməz.
İmanın isə obyektləri fərqlidir: kimsə filosoflara, kimsə müxtəlif dini təlimlərə inanır. Lakin Xristianlığın bir sıra üstün cəhətləri vardır. Bu din sadə, başa düşüləndir, təbiidir. Müqəddəs Kitablar hamı üçün açıqdır və orada filosofların ziddiyyətli mübahisələri yoxdur. Xristianlar tək olan Tanrıya ibadət etməyə çağırır, bütpərəstlər isə insanlar tərəfindən düzəldilmiş bütlərə.
Eyni zamanda demək lazımdır ki, Arnobiusun əsərində bir çox xristian ideyalarına rast gəlmək olmur. Məsələn, o, Müqəddəs kitabdab sitatlar gətirmir, trinitarizm (Üçlük) haqqında heç nə demir. Bunlardan əlavə, bu əsərdə platonçuluq ideyalarına da rast gəlmək olar. Tanrının varlığını və birliyini qəbul edən Arnobius, Onun bu dünyada necə təzahür olmasını izah edə bilmir və, platonçular kimi, Onunla dünya arasında vasitə rolunu oynayan varlıqlardan danışır. İsa bu varlıqlardan biridir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.