From Wikipedia, the free encyclopedia
Android ― smartfonlar, planşetlər, kompüterlər, Elektron kitablar, Televizorlar, Google Glass[7] və digər cihazlar üçün nəzərdə tutulmuş, Linux nüvəli[8] açıq qaynaq kodlu əməliyyat sistemidir. Gələcəkdə avtomobillərin[9] də dəstəklənməsi planlaşdırılır. Əvvəcə Android İnc. Şirkəti tərəfindən inkişaf etdirilib, daha sonralar Google tərəfindən alınmışdır. Google-un bu təşəbbüsü Open Handset Alliance-nın yaranmasına səbəb olmuşdur, hansı ki hal-hazırda platformanın sonrakı inkişafıyla məşğuldur.
Android | |
---|---|
Yaradıcı |
|
İstehsalçı | Open Handset Alliance[1], Google |
Yazılma dili | C, C++, Kotlin[2], Java[3], Rust[4] |
Buraxılış tarixi | 23 sentyabr 2008[5] |
Son versiya |
|
Paketlər menecerləri | Google Play, F-Droid, Android Application Package |
Dəstəklənən dillər | çoxdilli[d] |
Dəstəklənən platformalar | MIPS[d], ARM[d], x86 |
Veb-saytı | android.com |
Vikianbarda əlaqəli mediafayllar |
Android, cihazların funksionallığını artıran proqramlar yazan böyük bir mühəndis(developer) qrupuna sahibdir. Android üçün hal-hazırda 1 milyondan çox proqram vardır. Android əməliyyat sistemi ilə işləyən proqramlar müxtəlif saytlardan yüklənə bilməsiylə yanaşı, Google tərəfindən qurulan Google Play mağazasından da də yüklənə bilir. 2014-cü ilin ikinci yarısında satılan smartfonların 86%-i android[10] əməliyyat sistemi ilə təchiz olunmuşdur.2014-cü il boyunca 1 milyarddan çox android cihaz satılmışdır.[11]
2005-ci ilin iyulunda Google korporasiyası Android Inc[12] şirkətini aldı. 5 noyabr 2007-ci il şirkət rəsmən Open Handset Alliance (OHA) yaradılmasını və Android açıq mobil platformasını elan etdi.[13] 12 noyabr 2007-ci ildə isə İttifaq paketin birinci versiyası olan Android "Early Look" SDK və Android emulyatorunu təqdim etdi.[12][14]
23 sentyabr 2008-ci il rəsmən əməliyyat sisteminin birinci versiyası və həmçinin ilk tam mühəndis paketi SDK 1.0 çıxdı.[15][16] Platformanın birinci versiyasının çıxış anından etibarən sistemin bir neçə yeniləməsi oldu. Bu yeniləmələr, bir qayda olaraq, aşkar edilmiş səhvlərin düzəldilməsi və sistemə yeni funksionallığın əlavə edilməsi ilə əlaqədar idi.
2009-cu ildə platforma üçün 4 tam yeniləmə(update) təqdim olundu. Nəhayət fevral ayında müxtəlif səhvlərin aradan qaldırılması üçün 1.1 versiya versiya çıxdı.[17] Aprel[18] və sentyabr[19] aylarında isə daha iki yeniləmə 1.5 "Cupcake"və 1.6 "Donut" təqdim edildi. "Cupcake" yeniləməsi əhəmiyyətli dəyişiklikləri əlavə etdi. Bunlar – virtual klaviatura, videoların oynadılması və qeydə alınması, brauzer və s. idi.[20] "Donut"da isə ilk dəfə olaraq müxtəlif ölçülü və müxtəlif sıxlııqlı ekranların və CDMA[17] şəbəkələrinin dəstəklənməsi mümkün oldu. Həmin ilin oktyabr ayında Android 2.0 "Eclair"[21] versiyası təqdim olundu. Bu versiya bir neçə Google hesabının dəstəklənməsi, HTML5 brauzerin dəstəklənməsi və həmçinin bir neçə yenilənmədən sonra canlı divar kağızlarının istifadəsi ilə əlamətdar oldu.
2010-cu ilin[22] ortalarında Google, Android 2.2 versiyasını "Froyo", 2010-cu ilin sonlarında[23] Android 2.3 versiyasını "Gingerbread" adları altında təqdim etdi. "Froyo" yeniləməsindən sonra smartfonu giriş nöqtəsi(acces point) kimi istifadə etmək, ekran kilidinin şifrəsini həm rəqəm həm də hərf-rəqəm kombinasiyaları ilə şifrələmək mümkün oldu. "Gingerbread" yeniləməsi isə kopyalama və yapışdırma funksiyası üzərində tam nəzarət, cihazda bir-neçə kameranın dəstəklənməsi və s. digər yenilikləri özü ilə gətirdi.[17]
22 fevral 2011-ci ildə[24] Planşetlər üçün uyğunlaşdırılmış Android 3.0 "Honeycomb"[25] rəsmən təqdim edildi.
Android 4.0 "Ice Cream Sandwich" 19 oktyabr 2011-ci ildə[26] çıxan ilk universal platforma idi hansı ki həm planşetlər üçün həm də smartfonlar[27][28] üçün nəzərdə tutulmuşdu. Həmçinin bu versiya özü ilə yeni "Holo" interfeysini gətirmişdi .
2012-ci il iyun ayında yeni versiya olan Android 4.1 "Jelly Bean" təqdim olundu.[29] Bu versiyaya həmin ilin oktyabr ayında[30] 4.2 və 2013-cü ilin iyul ayında[31] 4.3 yeniləmələri gəldi.
31 oktyabr 2013-cü ildə Google, əməliyyat sisteminin növbəti versiyası olan Android 4.4 təqdim etdi hansı ki, adını Nestle[32] kompaniyası ilə olan müqaviləyə əsasən "KitKat" şokoladından götürmüşdü. İlk olaraq Kitkat Nexus 5 cihazlarında görülmüşdür.
25 iyun 2014-cü ildə Google Android Lollipop-u mühəndislər üçün elan etdi.[33]
2014-cü ildə geyiləbilən cihazlar üçün Android Wear əməliyyat sistemi təqdim olunmuşdur. Həmçinin maşınlar üçün Android Auto və televizorlar üçün Android TV təqdim olunmuşdur. Bununla da Android yalnız mobil cihazlar üçün əməliyyat sistemi olmadığını sübut etmişdir.
15 oktyabr 2014-cü ildə rəsmi şəkildə Android 5.0 Lollipop versiyası təqdim olundu. Sistemin əsas yeniliyi yeni Material Design interfeysi oldu.
5 oktyabr 2015-ci ildə rəsmi olaraq Android 6.0 Marshmallow versiyası təqdim olundu. 2016-cı ilin Avqust ayında — Android 7.0 Nauqat (Nougat), 4 oktyabr 2016-da isə Android Nauqatın 7.1 versiyası istifadəçilərə təqdim olundu.
21 avqust 2017-ci ildə rəsmi olaraq Android 8.0 Oreo, 5 dekabr 2017-də isə Androidin Oreo 8.1 sürümü istifadəçilərə təqdim olundu.
Androidlə işləyən ilk qurğu 23 sentyabr 2008-ci ildə nümayiş olunmuş HTC Dream smartfonu olmuşdur. Tezliklə digər smartfon istehsalçıları da Android siteminə keçəcəklərini bəyan etdi. Androidin 3-cü versiyası olan planşetlər üçün uyğunlaşdırılmış[34] "Honeycomb"un çıxışından sonra Android sisteminə keçən smartfon istehsalçılarının sayı daha da artdı.[35] Bundan başqa mobil sənayenin müxtəlif nəhəngləri ilə əməkdaşlıq edən Google şirkəti öz "Google Nexus" seriyasında şəxsi qurğularını istehsal edir. Məhz bu qurğular Android üçün olan yeniləmələri birinci alır. Google Nexus seriyasında nəinki yalnız smartfon və planşetlər həmçinin Android sistemi ilə işləyən Nexus Q mediaplayer də var. Smartfonlar və planşetlərdən başqa android əməliyyat sistemi digər qurğularda da istifadə olunnur.2011-ci ilin iyun ayında italyan şirkəti Blue Sky android əməliyyat sistemi ilə işləyən intelektual qol saatı I’m Watch-ı təqdim etdi.[36] 2012-ci ilin avqustunda Nikon şirkəti dünyada ilk olaraq Android sistemi ilə işləyən fotoaparatını təqdim etdi.[37]
Bundan başqa Android həvəskarları digər məşhur qurğulara da Android sistemini tətbiq etməyi (port etmək) başarmışlar. Məsələn, Windows Mobile platformasında olan HTC Touch Dual və HTC TyTN II smartfonları emulyator rejimində Android əməliyyat sistemində işləyə bilir.[38] Həmçinin Maemo platformasıyla işləyən Nokia N810[39] planşeti, Nokia N900,[40][41] Meego platformasında işləyən Nokia N9[42] və Windows Mobile platformasında işləyən HTC HD2 smartfonlarına tamamilə android əməliyyat sitemi tətbiq olunmuşdur. Androidi bu qurğularda həm microSD kartdan, həm də daxili NAND yaddaşdan çalışdırmaq olar. Bu cür Android digər androidlərdən heç bir cəhətinə görə fərqlənmir. Bundan basqa iphone, İpod touch, İpad kimi apple cihazlarına da android sisteminin təbiqi təcrübəsi mövcuddur.[43]
2012-ci ilin oktyabrında Google-un icraçı direktoru Larri Peyc artıq 500 milyondan çox smartfonun Android sistemində aktivləşdirildiyini və həmçinin bu sayın hər gün 1.3 milyon daha artdığını bildirdi.[44]
2013-cü il sentyabrın əvvlində isə artıq dünyada 1 milyarddan çox android cihazın aktivləşdirildiyi elan olundu.[45]
22 oktyabr 2008-ci ildə Google şirkəti Android ƏS üçün "Android Market" adlı onlayn mağazanın açılışını elan etdi. Razılaşmaya əsasən istehsalçılar gəlirin 70%ni mobil operatorlar isə 30%-ni alırlar.[46] 2009-cu ilin fevralında ABŞ-dən və Böyük Britaniyadan olan istehsalçilar üçün mağazaya ödənişli proqramların qoyulması aktiv oldu.[47] İlk dəfə olaraq Sony Ericson şirkəti Android Market onlayn mağazasında kanal açaraq öz oyunlarını, proqramlarını nümayiş etdirmişdir.[48] Yaradıldığı 2011 dekabr ayından etibarən Android Marketdən 10 milyarddan çox proqram yüklənilib.[49][50] 2012-ci ilin mart ayında Google "Google Books", Android Market, Google Music və digər servislərin vahid bir servisdə – Google Playdə birləşdirdi.[51] Google Play internet mağazası 190 ölkədə faliyyət göstərir[52] və 700 mindən çox proqramdan ibarətdir. Yarandığı gündən bu günə kimi mağazadan 25 milyard yükləmə edilmişdir.[53]
Smartfon istehsalçıları və həvəskar cəmiyyətlər AOSP (Android Open Source Project) əsasında öz ƏS-lərini (distributivlərini) yaradlırlar. İstehsalçılar satdığı smartfonları öz Android distributivi ilə təmin edirlər. Məsəl üçün: Samsung One UI, Xiaomi HyperOS, Huawei EMUI. LineageOS-sə həvəskar cəmiyyət tərəfindən yaradılan distributiv mısalı olar bilər. Smartfona başqa distributiv (custom ROM) quraşdırmaq üçün, çox zaman onun Bootloaderini açmaq lazımdır. Distributivlər Androida yeni funksiyalar, seçimlər, tənzimləmələr əlavə etmək üçün yaradılır. Həmçinin istehsalçılar distributivlərinə öz tətbiqlərini əvvəlcədən quraşdırırlar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.