From Wikipedia, the free encyclopedia
Alvin Mittaş (alm. Alwin Mittasch, y.sorb Alwin Pawol Mitaš; 27 dekabr 1869[1][2] – 4 iyun 1953[1][2], Heydelberq, Baden-Vürtemberq) — Sorb və alman kimyaçısı və professoru.
O, 1869-cu il dekabrın 27-də Libiy şəhəri yaxınlığındakı Dajin Sorb kəndində çoxuşaqlı müəllim ailəsində anadan olub. Təhsilinə doğma kəndində ibtidai məktəbində başlayır. Daha sonra Bautzendəki internat məktəbinə gedir və burada 1889-cu ildə müəllimlər texnikumunu oxuyur və buranı bitirir. Bundan sonra o da atası kimi müəllimlik fəaliyyətinə başlayır.[5] Quttau yaxınlığındakı Kliksdəki ibtidai məktəbdə köməkçi müəllim kimi ilk işi olur. Və o burada üç il işləyir. Böyük qardaşının təklifi ilə o, 1892-ci ildə Leypsiqə köçür və burada beş il Leypsiq-Kleinzschocher rayon məktəbində işləyir. Eyni zamanda tarix, fəlsəfə, psixologiya və təbiət elmləri də daxil olmaqla çoxsaylı fənlər üzrə universitetdə qiyabi təhsil almağa başlayır. 1894-cü ildən o, Vilhelm Ostvaldın energetika üzrə mühazirələrində iştirak etmişdir. Ancaq buna baxmayaraq yavaş-yavaş özünü kimyaya həsr edirdi. Təhsilləri başa vurduqdan sonra Kimya İnstitutunun yaxınlığındakı məktəbdə dərs deməyə başladı. O, ilk olaraq orta məktəbdə kimya və fizika müəllimi olmaq məqsədi ilə kimyanı öyrənmişdir. 1901-ci ildə Vilhelm Ostvaldın fiziki kimya kafedrasında kimya üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Maks Bodenşteyn onun doktorluq məsləhətçisi olur. Müəllim kimi tam ştatlı işləməsinə baxmayaraq, Mittaş nikel karbonilləri ilə bağlı dissertasiyasını bir il yarımdan sonra yüksək qiymətlə müdafiə edir və başa vurur. 1932-ci ildə böyük oğlu Haynts Mittaşın ölümündən sonra o, erkən təqaüdə çıxdı, Heidelbergə köçür və özünü yazı, musiqi və bağçılıqla məşğul olmağa həsr edir. Alvin Mittaş 1953-cü ildə Heydelberqdə vəfat edib.[6]
Mittaş karyerasına 1903-cü ildə Axen yaxınlığındakı Stolberqdə mədənçıxarma, qurğuşun və sink istehsalı üzrə səhmdar cəmiyyətində analitik kimyaçı kimi başlamış və tezliklə metallurgiya sənayesində rəhbər vəzifə tutmuşdur. Ancaq cəmi bir ildən sonra o, o vaxtkı doktorantının tövsiyəsi ilə BASF-ə keçdi və burada Karl Boşun köməkçisi kimi işləməyə başladı. O, azotun metal nitridləri və metal siyanidləri üzərində bərkidilməli olduğu təcrübələrdə iştirak etmişdir. 1909-cu ildə Mittaş dəmir oksidi əsasında ammonyak istehsalı üçün katalizatorun sistemli axtarışına başladı və bunun nəticəsində 20.000-ə yaxın optimallaşdırma testi aparıldı. Tapılan katalizator (Dəmir(II/III)-Oksid Fe3O4, K2O, CaO, Al2O3 und SiO2) genişmiqyaslı ammonyak sintezini təmin edirdi və bu gün də demək olar ki, dəyişməz olaraq istifadə olunur. Böyük uğurlarının nəticəsi olaraq, Mittaş 1918-ci ildə BASF-nin o zamanlar yeni yaradılmış ammonyak laboratoriyasında tədqiqat rəhbəri oldu. 85-ə yaxın ixtira qeydə alınıb. Elmi fəaliyyətinə görə o, kimya elmləri doktoru fəxri adını almışdır.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.