From Wikipedia, the free encyclopedia
ABŞ hərbi donanması ABŞ silahlı qüvvələrinin hissəsi. Hazırda 335,000 nəfər xidmətdə və 128,000 nəfər ehtiyatdadır. 280 gəmi və 4 mindən çox təyyarə var. Rütbələri: ensayn (O-1), kiçik leytenant (HDQ) (O-2), leytenant (HDQ) (O-3), kapitan-leytenant (O-4), komandan (O-5), kapitan (O-6), kontr-admirallar (O-7, O-8), vitse-admiral (O-9) və admiral (O-10). Donanma admiralı rütbəsi (O-11) yalnız hərb vaxtında mövcuddur. Donanmasında aviadaşıyıcıların növbəti şərti təsnifi işlədilir:
ABŞ hərbi donanması | |
---|---|
ing. United States Navy | |
Növü | Hərbi dəniz qüvvələri |
Yaranma tarixi | 13 Oktyabr 1775-günümüzə |
Ölkə | ABŞ |
Tabedir | ABŞ Dəniz Qüvvələri Departamenti |
Daxildir | |
Tərkibi | |
Vəzifəsi | Güc proyeksiyası və böhrana cavab |
Sayı |
325,143 aktiv personal 107,355 ehtiyat personal |
Hissə | Dəniz Donanma |
Qərargah |
Pentaqon Arlinqton Dairəsi, Virciniya |
Şüarı | " Özü üçün yox,yalnız ölkə üçün !" |
Rəngləri | Mavi,Qızılı |
Təchizatı |
272 gəmi 3,700 Təyyarə 10 təyyarə daşıyıcılar 9 desant gəmisi 10 amfibiya nəqliyyat doklar 12 tərsanə desant gəmisi 22 kreyser 62 hərb gəmi 5 freqat 4 tərsanə döyüş gəmisi 71 Sualtı qayıq |
Müharibələr |
ABŞ İstiqlal müharibəsi Birinci Barbar Müharibəsi 1812-ci il müharibəsi İkinci Barbar Müharibəsi Seminol müharibəsi Patriot Müharibəsi Meksika-ABŞ müharibəsi ABŞ Vətəndaş müharibəsi Vyetnam müharibəsi |
Döyüşlər |
|
Komandanlıq | |
Komandir | Admiral Conatan Greenert |
Məşhur komandirləri | Admiral Mişel C. Hovard |
navy.mil | |
Vikianbarda əlaqəli mediafayllar |
Amerika hərbi-dəniz donanmasının yaranması təklifi 1775 il oktyabrın 3-də irəli sürülmüşdür. 1776-cı il yanvarın əvvəlində Kontinental donanma əmələ gəldi. 1798-ci ildə üç qüvvətli freqat ("Konstityuşn", "Konstelleyşn" və "Yunayted Steyts") suya enilmişdir. Donanmasının ilk katibi Bencamin Stoddert, ilk başçısı isə Con Barri oldu. 18–19 əsrlər görkəmli Amerika donanmaçıları arasında Stefen Dekatur və Aleksander Koçreyndir. 1856-cı ildən sonra bütün Amerika hərbi gəmiləri Dalqren topları ilə təchiz edilmişdir. ABŞ Vətəndaş müharibəsi ərəfəsində (1860) ABŞ şimali ştatlarında 90 gəmi var idi. Konfederasiya donanması isə 1862 ildə dörd qüvvətli zirehli gəmi ("Arkanzas", "Luiziana", "Missisipi" və "Virciniya") itirmişdir. Bu dövrdə cənubi ştatların dəniz blokadası başlandı. Qrover Klivlend prezidentliyi zamanda donanma artmışdır.
1897-ci ildən sonra "İndiana", "Massaçusets" və "Oreqon" xətti gəmiləri, 7 kreyser, 4 monitor, bir təcrübə sualtı qayığı və 6 kanoner qayığı əmələ gəldi. 1908 il mayın 13-də HDQ-nin tibb bacıları xidməti yarandı. 1914 ildə Amerika donanmasının tərkibində 33 xətti gəmi, 50 eskadra minadaşıyıcısı, 12 zirehli və 17 zirehligöyərtə kreyser, 1 eskadra minadaşıyıcıları üzən bazası, 3 kəşfiyyat kreyseri, 38 sualtı qayıq və 2 üzən sualtı qayıq bazası olmuşdur. Buna baxmayaraq yalnız bir üzən qospital və bir üzən gəmitəmir emalatxanası var idi. Birinci dünya müharibəsi dövründə ABŞ-də qayıqəleyhinə gəmi layihəsi hazırlamışdır və göyərtə aviasiyası əmələ gəldi. Yaponiyanın Pyorl-Harbora hücum nəticəsində 6 xətti gəmi, 2 eskadra minadaşıyıcısı, 1 mina hasarlayan və 2008 dənizçi məhv edilmişdir. Faciədən sonra ABŞ-də hərbi-dəniz inşaat batalyonu (dəniz arıları) yarandı. İkinci dünya müharibəsi vaxtında bu batalyon ilk növbədə Sakit okeanda fəaliyyət göstərmişdir. Həmin dövrdə HDQ-ya xidmət üzrə qadın könüllü təşkilatı (WAVE) meydana gəldi. 1947-ci ildə ABŞ-də Aralıq dənizi hərbi-dəniz qüvvələri, 1954-cü ildə isə ilk Amerika superaviadaşıyıcısı ("Forrestal") əmələ gəldi.
Admiral Arlay Burke zamanda atom sualtı qayıqlarına nüvə döyüş başlıqlarını qoyması üzrə proqram başlandı. 1961-ci ildə donanma ilk atom aviadaşıyıcısı və növbəti ildə atom kreyseri aldı. Kuba böhranı ilə əlaqədar prezident Con Kennedi Kuba sahilinin dəniz blokadası elan etdi. 1978-ci ildə Sovet İttifaqında 740 hərbi gəmi, ABŞ-də isə yalnız 436 olmuşdur, lakin Amerikada aviadaşıyıcılar üzrə üstünlük var idi (21 aviadaşıyıcı 3 Sovet vertolyot aviadaşıyıcına qarşı). "Səhrada fırtına" əməliyyatı vaxtinda "İndependens", "Saratoqa", "Con F. Kennedi" və "Dvayt D. Eyzenhaver" gəmilərində göyərtə aviasiyası yerləşmişdir, "Missuri" və "Viskonsin" xətti gəmilərindən isə "Tomaqavk" raketləri buraxılmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.