Pentaqon
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Pentaqon (yun. πεντάγωνον — "beşbucaqlı") — ABŞ Müdafiə Nazirliyinin düzgün beşbucaqlı formasındakı binasına verilən ad. Vaşinqton şəhərinin yaxınlığında, Virciniya ştatının ərazisində yerləşir.
Pentaqon | |
---|---|
ing. The Pentagon | |
| |
38°52′15″ şm. e. 77°03′18″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Yerləşir | Arlinqton, Virciniya |
Tikilmə tarixi | 11 sentyabr 1941 — 15 yanvar 1943 |
Mərtəbə sayı | 7 |
Smetası | 83 milyon ABŞ dolları |
Aidiyyatı | |
| |
Memar | Corc Berqstrom |
Vikianbarda əlaqəli mediafayllar |
Ölçülərinə və sahəsinə görə dünyada ən böyük ofis binasıdır. Layihəsi amerikalı memar Corc Berqstrom tərəfindən hazırlanan binanın tikintisi 11 sentyabr 1941-ci ildə başlamış və 15 yanvar 1943-cü ildə tamamlanmışdır.
Yerin altında 2, yerin üzərində 5 mərtəbə olmaqla, cəmi 7 mərtəbədən ibarətdir. Yerin üzərindəki mərtəbələrin hündürlüyü 23,5 metrdir. Ümumi sahəsi 620 min m² olan binanın hər bir tərəfinin uzunluğu 281 metr, perimetri 1405 metrdir. Binadakı koridorların ümumi uzunluğu 28 km təşkil edir və 7754 pəncərəsi var. Binada təxminən 28 min nəfər hərbi və mülki işçi və 3 min nəfərə yaxın xidmətedici personal çalışır.[1] Binanın beşbucaqlı quruluşunun mərkəzi hissəsində sahəsi 20 min m² olan boş park sahəsi yerləşir.
Pentaqon binası ABŞ hərbi gücünün simvolu hesab edilir və "Pentaqon" sözü binanın özündən daha çox ABŞ Müdafiə Nazirliyini ifadə etmək üçün istifadə edilir.
Təxminən 1940-cı ildə ABŞ administrasiyasının Müdafiə Nazirliyini bir binada yerləşdirmək kimi fikri formalaşdı. Bu, Kolumbiya dairəsi üzrə səpələnmiş 17 ayrı-ayrı binada işləyən 26 min əməkdaşın bir dam altında birləşməsi demək idi. Bundan əlavə texniki tapşırığa əsasən, gələcəkdə binada eyni zamanda 40 min nəfər yerləşməli idi. Avropada İkinci Dünya müharibəsi getdikcə geniş xarakter alırdı. ABŞ hər an müharibəyə qoşula bilərdi. Belə vəziyyətdə bu cür ideyanın ortaya çıxması bir qədər məntiqsiz görünürdü. Hətta "Coca-Cola" şirkətinin içki reseptini bilən top-menecerləri bir təyyarədə uçmur. Buna baxmayaraq memarlar prezidentin sözlərindən dərhal sonra tikinti üçün ərazi axtarışına başladılar. Memarlar Vaşinqton ətrafındakı Arlinqtonda bir zamanlar qəsb edilən əraziyə baxış keçirdilər. Onları ən çox cəlb edən torpaq sahəsi ətrafındakı yollardan bəzilərinin 108 dərəcəlik bucaq altında kəsişməsi idi. Bu bərabərtərəfli beşbucağı yunanlar "pentaqon" adlandırıblar.
Bina mərkəzdə 10 dəhlizlə kəsişir, dəhlizlər mərkəzdən uzanan beş beşbucaqlını birləşdirir. ABŞ hərbi idarəsi əməkdaşı belə bir yolla perimetr boyunca yeddi dəqiqədən artıq olmayan vaxt sərf etməklə binanın istənilən nöqtəsinə gedə bilər.
Bina tikintisini 1941-ci il sentyabrın 11-də başlamaq və 1943-cü il yanvarın 15-də yekunlaşdırmaq planlaşdırılırdı.
Binanın tikintisinə 1941-ci il sentyabrın 11-də başlanılıb, 2001-ci il sentyabrın 11-də "Boeing 757–200" təyyarəsinin hücumuna məruz qalıb[3] (11 sentyabr terror aktları), 2002-ci il sentyabrın 11-də bütün Pentaqon ərazisi yenidən istismara verilib. Ən başlıca təkmilləşdirmələrdən biri pəncərələrin zirehli pəncərələrlə tam dəyişdirilməsidir. Binanın xarici divarları möhkəmləndirilib və partlayışa davamlı vəziyyətə gətirilib. Metro stansiyalarına aparan liftlər bağlanıb, ümumi təhlükəsizlik qaydaları nəzərəçarpacaq dərəcədə yüksəldilib.
2001-ci il sentyabrın 11-də rəsmi məlumatlara əsasən, saat 9:37:46-da təyyarə Pentaqonun sol qanadına çırpılıb. Orada Hərbi Dəniz Qüvvələri komandanlığı yerləşib. Binanın bir hissəsi dağılıb və ciddi zədələnib. Maraqlıdır ki, zərbə anında Pentaqonun məhz bu qanadı yenidən planlaşdırmadan keçib və əməkdaşların əksəriyyəti digər kabinetlərə köçürülüb.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.