2012 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2012 Avroviziya Uşaq Mahnı Müsabiqəsi − 10-cu Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 1 dekabr 2012-ci il tarixində Niderlandın paytaxtı Amsterdamda Heineken Music Halldə, "Break the Ice" ("Buzu Sındır") devizi altında keçirilib. Daha öncə Niderland 2007-ci ildə Rotterdam şəhərində Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdir. Albaniya, Azərbaycan və İsrail müsabiqədə ilk dəfə iştirak edib. 2011-ci ildə müsabiqədə iştirak edən Bolqarıstan, Latviya, Litva və Makedoniya isə maliyyə problemləri səbəbindən iştirakdan imtina edib.
2012 Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
---|---|
Final | 1 dekabr 2012[1] |
Aparıcı(lar) | Evout Qenemans Kim Lian Van Der Mey |
Direktor | Sietse Bakker |
Kanal | ![]() |
Keçirilən yer | ![]() |
Qalib mahnı | ![]() "Nebo" |
Seçki sistemi | Hər ölkə 10 favorit mahnısını 1-8, 10 və 12 xalla qiymətləndirəcək. |
İştirakçıların sayı | 12[3] |
İlk dəfə iştirak edən ölkələr | ![]() ![]() ![]() |
Yenidən iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | ![]() ![]() ![]() ![]() |
Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
◄ 2011 ![]() |
Amsterdamda keçirilən "Junior Eurovision-2012" mahnı yarışmasında "Nebo" mahnısı ilə Ukrayna təmsilçisi Anastasiya Petrık qalib gəlib.