2011 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2011 Avroviziya Uşaq Mahnı Müsabiqəsi 9-cu baş tutan ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 3 dekabr 2011-ci il tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmişdir. Ermənistan müsabiqəyə ilk dəfə ev sahibliyi etmişdir. Müsabiqədə 13 ölkə iştirak etmişdir. Bu ölkələrdən Bolqarıstan 2 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Lakin 2010-cu ildə müsabiqədə iştirak edən Malta və Serbiya 2011 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.
Cəld faktlar Final, Aparıcı(lar) ...
2011 Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
---|---|
Final | 3 dekabr, 2011 |
Aparıcı(lar) | Qohar Qasparyan Avet Barseğyan |
Kanal | ARMTV |
Keçirilən yer | Ermənistan, İrəvan, Karen Dəmirçiyan adına idman-konsert kompleksi |
Qalib mahnı | Gürcüstan "Candy Music" |
Seçki sistemi | 50/50 – Münsif səsləri və telesəsvermə. |
İştirakçıların sayı | 13 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Bolqarıstan |
İştirakdan imtina edən ölkələr | Malta Serbiya |
Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
◄ 2010 2012 ► |
Bağla
İrəvandə keçirilən 2011 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Candy Music" mahnısı ilə Gürcüstan təmsilçiləri "Candy" qrupu qalib gəlmişdir.