2001 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2001 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2001; fr. Concours Eurovision de la chanson 2001) — sayca 46-cı Avroviziya Mahnı Müsabiqəsidir. Olsen Brothers duetinin ifa etdiyi "Fly on the Wings of Love" adlı mahnı ilə 2000 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2001-ci ildə Danimarka ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Danimarkanın paytaxtı Kopenhagen şəhərində Parken Stadiumda keçirilmişdir. Müsabiqə 2001-ci ilin 12 may tarixində baş tutmuşdur.
2001 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
![]() | |
Final | 12 may 2001 |
Aparıcı(lar) | Nataşa Kron-Bak Sören Pilmark |
Kanal | ![]() |
Keçirilən yer | Parken Stadium, Kopenhagen, Danimarka |
Qalib mahnı | ![]() "Everybody" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti və ya SMS səsverməsi ən çox səs toplayan on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 23 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | ![]() ![]() ![]() ![]() ![]() ![]() |
İştirakdan imtina edən ölkələr | ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2000 ![]() |
2001-ci ildə Avroviziyada son beş ildə ən aşağı nəticələr göstərmiş yeddi ölkə Avstriya, Belçika, Finlandiya, İsveçrə, Kipr, Makedoniya və Rumıniya müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə Bosniya və Herseqovina, Litva, Polşa, Portuqaliya, Sloveniya və Yunanıstan əvəz etmişdir. Bu ölkələrdən Yunanıstan iki illik, Bosniya və Herseqovina, Litva, Polşa, Portuqaliya və Sloveniya isə bir illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır. Ümumilikdə 23 ölkənin iştirak etdiyi Avroviziya 2001-də Estoniya təmsilçiləri Tanel Padar, Deyv Benton və 2XL qrupu ifa etdikləri "Everybody" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdirlər. Bu 1994-cü ildən etibarən Avroviziyada iştirak edən Estoniyanın müsabiqədə ilk qələbəsi idi.