1994 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1994 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1994; fr. Concours Eurovision de la chanson 1994) — sayca 39-cu Avroviziya Mahnı Müsabiqəsidir. 1993 Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi ölkəsi İrlandiyanı təmsil edən Niv Kavana ifa etdiyi "In Your Eyes" adlı mahnı ilə müsabiqədə qələbə qazanmasının ardınca 1994-cü ildə İrlandiya ikinci il ard-arda və ümumilikdə isə beşinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İrlandiyanın paytaxtı Dublin şəhərində "Point Theatre" zalında keçirilmişdir. Müsabiqə 1994-cü ilin 30 aprel tarixində baş tutmuşdur.
1994 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
![]() | |
Final | 30 aprel 1994 |
Aparıcı(lar) | Sintiya Ni Murçu Cerri Rayan |
Kanal | ![]() |
Keçirilən yer | Point Theatre, Dublin, İrlandiya |
Qalib mahnı | ![]() "In Your Eyes" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 25 |
İlk dəfə iştirak edən ölkələr | ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
İştirakdan imtina edən ölkələr | ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1993 ![]() |
Avroviziya 1993-də son beşlikdə qərarlaşan Belçika, Danimarka, İsrail, Türkiyə və Sloveniya 1994-cü ildə müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri Estoniya, Litva, Macarıstan, Polşa, Rumıniya, Rusiya və Slovakiya əvəz etmişdir. İtaliya və Lüksemburq isə könüllü şəkildə müsabiqədə iştirakdan imtina etmişdir. İtaliya bununla bağlı heç bir açıqlama verməsə də, Lüksemburqun dövlət kanalı müsabiqədə iştirakdan imtina etmələrinə əsas səbəbin son illərdəki aşağı nəticələr olduğunu açıqlamışdır. Lüksemburq 1993-cü ildən sonra bir daha Avroviziyada iştirak etməyib.
Ümumilikdə 25 ölkənin iştirak etdiyi Avroviziya 1994-də ev sahibi İrlandiyanı təmsil edən Pol Harrinqton və Çarli MakQettiqan duetinin ifa etdiyi "Rock 'n' Roll Kids" mahnısı müsabiqənin qalibi seçilmişdir. İrlandiya müsabiqədəki altıncı qələbəsi ilə Avroviziyadakı qalibiyyət rekordunu yeniləmişdir.