From Wikipedia, the free encyclopedia
2000 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2000; fr. Concours Eurovision de la chanson 2000) — sayca 45-ci Avroviziya Mahnı Müsabiqəsidir. Şarlotta Nilssonun ifa etdiyi "Take Me to Your Heaven" adlı mahnı ilə 1999 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2000-ci ildə İsveç dördüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin paytaxtı Stokholm şəhərində Ericsson Globe arenasında keçirilmişdir. Müsabiqə 2000-ci ilin 13 may tarixində baş tutmuşdur.
2000 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 13 may 2000 |
Aparıcı(lar) | Kattis Olström Anders Lundin |
Kanal | SVT |
Keçirilən yer | Ericsson Globe, Stokholm, İsveç |
Qalib mahnı | Danimarka "Fly on the Wings of Love" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti və ya SMS səsverməsi ən çox səs toplayan on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 24 |
İlk dəfə iştirak edən ölkələr | Latviya |
Yenidən iştirak edən ölkələr | Finlandiya İsveçrə Makedoniya Rumıniya Rusiya |
İştirakdan imtina edən ölkələr | Bosniya və Herseqovina Litva Polşa Portuqaliya Sloveniya |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1999 2001 ► |
2000-ci ildə Avroviziyada son beş ildə ən aşağı nəticələr göstərmiş beş ölkə Bosniya və Herseqovina, Litva, Polşa, Portuqaliya və Sloveniya müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə Finlandiya, İsveçrə, Makedoniya, Rumıniya və Rusiya əvəz etmişdir. Rusiya iki illik, Finlandiya, İsveçrə, Makedoniya və Rumıniya isə bir illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır. 2000-ci ildə eyni zamanda Latviya ilk dəfə Avroviziyaya qoşulmuşdur. Ümumilikdə 24 ölkənin iştirak etdiyi Avroviziya 2000-də Danimarka təmsilçiləri Olsen Brothers dueti ifa etdikləri "Fly on the Wings of Love" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1963-cü ildə Qrete və Yörqen İnqmann duetinin təmsilində qalibiyyət əldə etmiş Danimarkanın müsabiqədə ikinci qələbəsi idi.
Avroviziya 2000-in yadda qalan məqamlarından biri İsrail təmsilçilərinin ifası idi. Ölkəni təmsil edən "PingPong" qrupu səhnədə İsrail və Suriya bayraqlarını birlikdə dalğalandırmış və performansın sonunda qrupun iki kişi üzvü öpüşmüşdürlər. Qrupun üzvləri həmin performansın əsas məqsədinin dünyaya barış və bərabərlik mesajı vermək olduğunu bildirmişdirlər.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | İsrail | İvritcə, İngiliscə | PingPong | "Sameach" (שמח) | Xoşbəxt olun | 22 | 7 |
02 | Niderland | İngiliscə | Linda Vaqenmakers | "No Goodbyes" | Vidalaşmalara yox | 13 | 40 |
03 | Böyük Britaniya | İngiliscə | Nikki Frenç | "Don't Play That Song Again" | O mahnını bir daha səsləndirmə | 16 | 28 |
04 | Estoniya | İngiliscə | İnes | "Once in a Lifetime" | Həyatda bir dəfə | 4 | 98 |
05 | Fransa | Fransızca | Sofiya Mestari | "On aura le ciel" | Səma üzərimizdə olacaq | 23 | 5 |
06 | Rumıniya | İngiliscə | Taxi | "The Moon" | Ay | 17 | 25 |
07 | Malta | İngiliscə, Maltaca | Klodett Peys | "Desire" | Arzu | 8 | 73 |
08 | Norveç | İngiliscə | Charmed | "My Heart Goes Boom" | Mənim ürəyim partlamağa hazırdır | 11 | 57 |
09 | Rusiya | İngiliscə | Alsu | "Solo" | Tək | 2 | 155 |
10 | Belçika | Fransızca | Natali Sors | "Envie de vivre" | Yaşamaq arzusu | 24 | 2 |
11 | Kipr | Yunanca, İtalyanca | Voice | "Nomiza" (Νόμιζα) | İnandım | 21 | 8 |
12 | İslandiya | İngiliscə | Auqust və Telma | "Tell Me!" | Söylə mənə! | 12 | 45 |
13 | İspaniya | İspanca | Serafin Zubiri | "Colgado de un sueño" | Bir röyaya tutunmuşam | 18 | 18 |
14 | Danimarka | İngiliscə | Olsen Brothers | "Fly on the Wings of Love" | Sevginin qanadlarında uç | 1 | 195 |
15 | Almaniya | Almanca, İngiliscə | Ştefan Raab | "Wadde hadde dudde da?" | Orada nə var? | 5 | 96 |
16 | İsveçrə | İtalyanca | Ceyn Boqart | "La vita cos'è?" | Həyat nədir? | 20 | 14 |
17 | Xorvatiya | Xorvatca | Qoran Karan | "Kad zaspu anđeli" | Mələklər yuxuya getdikdə | 9 | 70 |
18 | İsveç | İngiliscə | Rocer Puntare | "When Spirits Are Calling My Name" | Ruhlar mənim adımı çağırdıqda | 7 | 88 |
19 | Makedoniya | Makedonca, İngiliscə | XXL | "100% te ljubam" (100% те љубам) | Səni 100% sevirəm | 15 | 29 |
20 | Finlandiya | İngiliscə | Nina Oström | "A Little Bit" | Biraz | 18 | 18 |
21 | Latviya | İngiliscə | Brainstorm | "My Star" | Mənim ulduzum | 3 | 136 |
22 | Türkiyə | Türkcə, İngiliscə | Pınar Ayhan və SOS | "Yorgunum Anla" | Yorulmuşam anla | 10 | 59 |
23 | İrlandiya | İngiliscə | İmonn Tol | "Millennium of Love" | Sevginin minilliyi | 6 | 92 |
24 | Avstriya | İngiliscə | The Rounder Girls | "All to You" | Hamısı sənindir | 14 | 34 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.