From Wikipedia, the free encyclopedia
Alsu Ralifovna Abramova (Tatar dili: Rälif qızı Alsu Abramova, Rusca: Алсу́ Рали́фовна Абра́мова. Alsou (Rusca: Алсу) olaraq da tanınır) - Rusiyanın tanınmış müğənnisidir. Tatarıstan Respublikasının əməkdar artisti (2000). Tatarıstan Respublikasının xalq artisti (2010). Sülh adına YUNESKO artisti (2011).
Alsu Abramova | |
---|---|
Alsu Ralifovna Abramova | |
Ümumi məlumatlar | |
Doğum adı | Алсу Ралиф кызы Сафина |
Doğum tarixi | |
Doğum yeri | Tatarıstan, Bügülmə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1998-ci ildən |
Janrlar | pop musiqisi, müasir R&B[d], sinti-pop |
Musiqi alətləri | piano |
Albom şirkəti | Universal Music Group |
Mükafatları | |
alsou.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Alsu 27 iyun 1983-cü ildə Tatarıstanın Bögilme bölgəsində dünyaya gəldi. Atası Ralif Rafilovich Safın zəngin bir iş adamıdır. "Lukoyl" neft şirkətinin keçmiş vitse-prezidenti idi. Rusiyanın siyasi aləmində tanınmış şəxsdir. Anası Raziye Iskhakovna bir memardır. Renard və Marat adında iki qardaşı vardır. Məşhur tennisçi Marat Safın müğənninin əmisi oğludur.
Alsu daha 10 yaşında ikən ailəsi ilə Sibirdə qaldığı dövrdə piano çalmağı öyrənmişdir. Daha sonra Moskvada musiqi məktəbinə davam etdirmişdi. Daha sonrakı illərdə İngiltərə və Nyu-Yorkda xüsusi məktəblərdə memarlıq dərsləri alan Alsu, hələ də Londonda yaşamaqdadır. Eyni zamanda 2000-ci ildə ölkəsini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və 2-ci yerə layiq görülmüşdür. 2009-cu ildə Rusiyada keçirilən Avroviziya Mahnı Müsabiqəsi finalında ekspert heyəti tərkibində olmuşdur.
Əvvəlki: Alla Puqaçova (1997) |
Rusiya Avroviziya Mahnı Müsabiqəsində 2000 |
Sonrakı: Mumiy Troll |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.