1988 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1988 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1988; fr. Concours Eurovision de la chanson 1988) — sayca 33-cü Avroviziya Mahnı Müsabiqəsidir. Conni Loqanın ifa etdiyi "Hold Me Now" mahnısı ilə 1987 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1988-ci ildə İrlandiya üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Dublin şəhərində "RDS Simmonscourt Pavilion" zalında keçirilmişdir. Müsabiqə 1988-ci ilin 30 aprel tarixində baş tutmuşdur.
1988 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
![]() | |
Final | 30 aprel 1988 |
Aparıcı(lar) | Pet Kenni, Mişel Rokka |
Kanal | ![]() |
Keçirilən yer | RDS Simmonscourt Pavilion, Dublin, İrlandiya |
Qalib mahnı | ![]() "Ne partez pas sans moi" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 21 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | ![]() |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1987 ![]() |
1988-ci ildə müsabiqədə iştirakı planlaşdıran Kiprin seçdiyi mahnı müsabiqənin qaydalarını pozduğuna görə ölkənin müsabiqədə iştirakı baş tutmamışdır. Belə ki, Kiprin müsabiqə üçün nəzərdə tutduğu mahnı bir neçə il öncə Kipr televiziyasında səslənmişdir və müsabiqənin qaydalarına görə Avroviziyada səslənilən mahnılar yalnız səkkiz ay əvvəl təqdim edilmiş ola bilər. Ümumilikdə 21 ölkənin iştirak etdiyi müsabiqədə İsveçrəni təmsil edən dünya şöhrətli müğənni Selin Dion ifa etdiyi "Ne partez pas sans moi" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. İkinci yeri qazanan Böyük Britaniya təmsilçisini birincilikdən cəmi bir xal ayırmışdır. Bu sonuncu dəfə Avroviziyada 1956-cı ildə Liz Assianın təmsilində qalibiyyət əldə etmiş İsveçrənin müsabiqədə 32 il sonra ikinci qələbəsi idi.