1985 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1985 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1985; fr. Concours Eurovision de la chanson 1985) — sayca 30-cu Avroviziya Mahnı Müsabiqəsidir. "Herreys" qrupunun ifa etdikləri "Diggi-Loo Diggi-Ley" mahnı ilə 1984 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmalarının ardınca 1985-ci ildə İsveç ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Avroviziya 1985 ölkənin ikinci ən böyük şəhəri olan Göteborqda "Scandinavium" arenasında keçirilmişdir. Müsabiqə 1985-ci ilin 4 may tarixində baş tutmuşdur.
1985 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 4 may 1985 |
Aparıcı(lar) | Lill Lindfors |
Kanal | SVT |
Keçirilən yer | Scandinavium, Göteborq, İsveç |
Qalib mahnı | Norveç "La det swinge" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 19 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | İsrail Yunanıstan |
İştirakdan imtina edən ölkələr | Niderland Yuqoslaviya |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1984 1986 ► |
1985-ci ildə İsrail və Yunanıstan bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdürlər. Müsabiqənin keçirildiyi tarixin Niderlandın müharibədə həlak olan əsgərləri Anım günü ilə üst-üstə düşməsi səbəbindən Niderlandın İsveçdə keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. Eyni zamanda Yuqoslaviya müsabiqənin keçirildiyi tarixin Yuqoslaviyanın ilk prezidenti İosip Broz Titonun ildönümü ilə üst-üstə düşməsi səbəbindən Avroviziya 1985-də iştirakdan imtina etmişdir. Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə Norveç təmsilçiləri "Bobbysocks!" dueti ifa etdikləri "La det swinge" adlı mahnı ilə qalib gəlmişdirlər. Bu Norveçin Avroviziyada ilk qalibiyyəti idi.