![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/19/Eurovision_Song_Contest_1984.svg/langaz-640px-Eurovision_Song_Contest_1984.svg.png&w=640&q=50)
1984 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1984 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1984; fr. Concours Eurovision de la chanson 1984) — sayca 29-cu Avroviziya Mahnı Müsabiqəsidir. Korinn Ermenin ifa etdiyi "Si la vie est cadeau" mahnısı ilə 1983 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1984-cü ildə Lüksemburq dördüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Avroviziya 1984 ölkənin paytaxtı Lüksemburq şəhərində "Grand Théâtre" zalında keçirilmişdir. Müsabiqə 1984-cü ilin 5 may tarixində baş tutmuşdur.
1984 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
![]() | |
Final | 5 may 1984 |
Aparıcı(lar) | Dezire Nozbuş |
Kanal | ![]() |
Keçirilən yer | Grand Théâtre, Lüksemburq şəhəri, Lüksemburq |
Qalib mahnı | ![]() "Diggi-Loo Diggi-Ley" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 19 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | ![]() |
İştirakdan imtina edən ölkələr | ![]() ![]() |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1983 ![]() |
1984-cü ildə İrlandiya bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqənin keçirildiyi tarixin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi səbəbindən İsrailin Lüksemburqda keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. İsrail ilə bərabər Yunanıstanda maliyyə çətinliklərini səbəb göstərərək, müsabiqədə iştirakdan imtina etmişdir. Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə İsveç təmsilçiləri "Herreys" qrupu ifa etdikləri "Diggi-Loo Diggi-Ley" adlı mahnı ilə qalib gəlmişdirlər. Bu sonuncu dəfə Avroviziyada 1974-cü ildə məşhur ABBA qrupunun təmsilində qalibiyyət əldə edən İsveçin müsabiqədə ikinci qələbəsi idi.