From Wikipedia, the free encyclopedia
Əbussuud Əfəndi (türk. Mehmed Ebüssuûd Efendi , 30 dekabr 1490, İskilip, Rum əyaləti[d], Osmanlı imperiyası – 23 avqust 1574, İstanbul, Osmanlı imperiyası)[1] — Hənəfi Matüridi, Osmanlı şeyxülislamı[2] və Quran təfsirçisi. Ailəsi İskilip yaxınlığındakı İmad kəndindən olduğu üçün ona "Əl-İmadi" də deyirdilər.[1]
Əbussuud Əfəndi | |
---|---|
osman. ابو السعود افندى مُحمَّد عمادى | |
Əvvəlki | Fənarizadə Muhiddin Çələbi |
Sonrakı | Kürəkən Həmid Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | hakim, fəqih, müəllim, mufti, yazıçı |
Uşaqları |
Müdərris Əhməd Çələbi Hələb qazısı Mehmed Çələbi Anadolu və Rumeli başqazısı Mustafa Çələbi Xədicə xanım Rəhimə xanım Kərimə xanım |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Əbussuud Əfəndi 30 dekabr 1490-cı ildə Çorumun İskilip mahalında doğulmuşdur. Onun atası İskilipli Şeyx Mühiddin Məhəmməd Əfəndi, anası isə Əli Quşçunun qızı olmuşdur.[1] Bəzi qaynaqlar İmadı Amid ilə qarışdırıb Əbussuud Əfəndinin Diyarbəkirli olduğunu irəli sürmüşdür. Əli Mustafa Əfəndi və Peçuylu İbrahimin "İmad"ı "İmadiyə" İlə qarışdıraraq Əbussuud Əfəndinin kürd əsilli olduğu fikrini irəli sürmüşdürlər. Lakin Əbussuud Əfəndinin ailəsinin hal-hazırda İraq ərazisində yerləşən İmadiyəli deyil, İskilipdə yerləşən İmad kəndindən olduğu bəzi müasir qaynaqlar da daxil olmaqla demək olar ki, bütün mənbələrdə qeyd edilməkdədir.
Əbussuud 1530-cu illərdə Bursa, İstanbul və Rumelidə hakim vəzifəsində çalışmış, burada yerli qanunları şəriət qanunlarına uyğunlaşdırmışdır. 1545-ci ildə Sultan Süleyman Qanuni onu şeyxülislam vəzifəsinə təyin etmiş və Əbussuud ölümünə qədər bu vəzifəni icra etmişdir.[3] O, Süleymanın Yezidiləri öldürməsi və Səlimin Kiprə hücumu ilə bağlı fətva vermişdir.[3] Əbussuud həmçinin İran və ya Osmanlı torpaqlarında yaşamasından asılı olmayaraq qızılbaşları "bidətçi" adlandıran fətvalar vermiş və onların öldürülməsinin qanuna görə icazə verilməsi ilə yanaşı, tərifə layiq görüləcəyini də bəyan etmişdir. [4]
O, məhkəmə islahatlarından əlavə, verdiyi fətvaların müxtəlifliyi ilə də yadda qalıb. Bunlar arasında onun Qaragöz oyunlarına və o dövr üçün yenilik olan qəhvə istehlakına icazə verən rəyləri xüsusilə fərqlənir.[5] Əbussud Əfəndi 1545–1574-cü illərdə İstanbul müftisi olmuşdur.[6]
Əbussuud Əfəndi 23 avqust 1574-cü ildə ölmüşdür. Onun məzarı Əyyubsultandır.
Bilinən 22 ədəd əsəri ilə müxtəlif risalələri vardır. "İrşadü'l-Aklu's-Selim Mezaye'l-Kitabü'l-Kerim" adlı təfsiri sahəsində ən əhəmiyyətli əsərlərdən qəbul edilir.
Təfsir
Hüquq
Dil və ədəbiyyat
Akaid
Tip
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.