Remove ads
From Wikipedia, the free encyclopedia
Fətva (ərəb. فتوى) — İslam hüququ ilə əlaqədar olan bir problemin dini hüquq qaydalarına görə çıxış yolunu göstərən, Şeyxülislam və ya müfti tərəfindən verilə bilən dini sənəd.
Fətva sadəcə İslam hüququ ilə əlaqədar olaraq deyil, İslamın qaydaları ilə idarə olunan dövlətlərdə də, hakimin verdiyi qərardır.
Fətva ilə hökmün fərqləri müvafiq məzmunlu şəriət kitablarında izah edilmişdir. Qısaca bunu deyək ki, fətva şəriətdə nəzərdə tutulmuş mövcud dəlillər əsasında verilir (Quran ayələrinə, hədislərə, icmaya və ağıla əsaslanaraq). Hökm isə müctəhidin mövcud şəraiti dəyərləndirərək gəldiyi qənaəti əks etdirir. Əlbəttə, hökm verilərkən də şəriətdəki dəlillər nəzərə alınır, lakin bu dəlillər mücərrəd mənada deyil, mövcud şəraitə əsasən dəyərləndirilir. Buna görə də fətva zamana və şəraitə görə dəyişmir, hökm isə dəyişə bilər. Beləliklə, hökm fətvaya nisbətən daha geniş məfhumdur; deyə bilərik ki, məna etibarilə hökm fətvanı da özündə ehtiva edir.
Fətva, onu verən müctəhid və onun müqəllidləri üçün keçərlidir, başqaları həmin müctəhidin fətvasına əməl etməyə vəzifəli deyillər. Amma lazımi şərtləri özündə birləşdirən şəriət hakimi bir məsələdə hökm versə, hamı ona tabe olmalıdır. Hətta digər müctəhidlər də - əgər bu hökmün səhv olduğuna yəqinlikləri yoxdursa – hökmə əməl etməlidirlər.[1]
Cavab 1: Hökm - İslam ölkəsinin idarəçiliyinə aid olan məsələlər və bütün müsəlmanlara aidiyyatı olan məsələlər xüsusunda verilir. Hökmdə müsəlmanların rəhbərinin rəyinə itaət olunmalıdır. Amma fətva - mükəlləflərin sırf fərdi məsələlərinə aid olur və hər bir mükəlləf öz mərcəyi-təqlidinin fətvasına tabe olmalıdır.
Ayətullahul-uzma Seyid Əli Xameneinin dəftərxanası
Cavab 2: Fətva- Quran, sünnə, əql və icma əsasında sübut olunub, nəticə çıxarılmış şəriət məsələsidir.
Lakin əgər vəliyyi-fəqih müəyyən bir nəticəyə gələr və müsəlmanlara müəyyən bir işi vacib edisə, bu hökmdür. Yalnız vəliyyi-fəqih hökm vermək səlahiyyətinə malikdir.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası
Cavab 3: Fətva- müctəhidin Quran və sünnə kimi İslami qaynaqlardan əldə etdiyi qanundur. Hökm isə mövcud şəraitin ehtiyac və tələblərinə əsaslanaraq (zəruri) şərtləri özündə cəm etmiş müctəhid tərəfindən verilən əmrdir.
Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.