Remove ads
From Wikipedia, the free encyclopedia
Fəqih (ərəb. فقيه — bilici) — İslam ilahiyyatçısı və hüquqşünası, fiqh üzrə mütəxəssis.
“Fəqih” anlayışı VII əsrin ikinci yarısında inkişaf etmişdir. Bu, ilk növbədə, Quran və Sünnəyə əsaslanan İslam həyat tərzinin normalarını inkişaf etdirməyə çalışan Hicaz və İraqın teoloji və hüquq məktəblərinin fəaliyyəti ilə bağlıdır. İlk fəqihlər, əsasən, şəhər ticarəti və sənətkarlıq mühitinə mənsub olub, dolanışığını ilahiyyatla heç bir əlaqəsi olmayan mənbələrdən alırdılar. Onlar üçün bu, dini borcun yerinə yetirilməsinin yalnız bir hissəsi və təqvalı bir fəaliyyət idi. Tələb olunan bilik həcmi sürətlə artdıqca, fiqhlə peşəkar şəkildə məşğul olan insanların (müəllimlər, şəfaətçilər, sənədləri tərtib edənlər, katiblər və s.) sayı artır. Hakimlər ( qazilər) və məmurlar üçün də peşəkar fiqh biliyi zəruri idi.
IX əsrdə fəqihlər artıq hökmdarların hesablaşmalı olduğu şəhər əhalisinin nüfuzlu təbəqəsini təmsil edirdilər. Müxtəlif dövlət vəzifələrinə namizədlər əsasən onların arasından təyin olunduğundan, onların İslam dövlətlərinin siyasi və ictimai həyatına böyük təsiri olmuşdur [1] .
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.