Əyn-İsa
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Əyn-İsa[1] (bəzi mənbələrdə Eyn-İsa,[2][3] Ayn-İsa[4] Ayn İssa;[5] ərəb. عين عيسى, kürd. Bozanê, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir.
Əyn-İsa | |
---|---|
36°23′09″ şm. e. 38°50′50″ ş. u.HGYO | |
Ölkə | |
Mühafəzə | Raqqa |
Rayon | Təll-Abyad |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | C5905 |
Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir,[6] YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir.[7] Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın.[8][9]
2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zor və Rəqqə mühafəzələridən gəlirdi.[10][11]
2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, qəsəbənin əhalisi 6.730 nəfərdir.[12]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.