From Wikipedia, the free encyclopedia
Ərəb milliyətçiliyi (ərəb. القومية العربية, al-Qawmiyya al-`arabiyya) — Ərəblərin bir millət olduğunu və ərəb xalqının birliyini təbliğ edən, ərəb sivilizasiyasını, ərəb dilini və ədəbiyyatını qeyd edən, ərəb dünyasında cavanlaşma və siyasi birliyə çağırış edən millətçi ideologiya.[1] Onun mərkəzi məqsədi Atlantik okeanndan Hind okeanına qədər ərəb dünyasının xalqları ümumi etnik, linqvistik, mədəni, tarixi, milliyyətçi, coğrafi və siyasi oxşarlıqları ilə ümumi bir millət yaratmaqdır.[2][3] Ərəb millətçiliyinin əsas hədəflərindən biri ərəb dünyasında qərbin təsirinin sona çatmasıdır, ərəb gücünün "nemesisi" kimi qəbul edilən və bu ərəb hökumətlərinin qərb gücündən asılı olduğu hesab olunur. XX əsrin əvvəllərində Osmanlı İmperiyasının zəifləməsi və məğlubiyyəti ilə meydana gəlmişdir. Firkin təsiri Altıgünlük müharibədə ərəb ordusunun məğlubiyyətindən sonra azalmışdır.[1][2]
Ərəb millətçiliyinə əlaqədar olan şəxslər və təşkilatlara İraq kralı I Feysəl, Misir prezidenti Camal Əbdül Nasir, Ərəb Milliyyətçi Hərəkatı, Libya lideri Muəmmər Qəddafi, İraqda bir neçə il hakimiyyətə gələn və hal-hazırda Suriyada haimiyyətdə olan Ərəb Sosialist BƏƏS Partiyası və onun qurucusu olan Mişel Əflaqı aid etmək olar. Ərəbçilik fikridə bu fikrə oxşar bir ideologiyadır.
Ərəblərin özləri bu anlayış anlayışı üçün iki sözdən birini istifadə edə bilərlər: "Kəvmiyyə" (ərəb. قومية, "qəbilə" mənasını verən bir sözdən gəlir və daha çox "qan millətçiliyi" deməkdir) və "Vətəniyyə" (ərəb. وطنية, "vətən" mənasını verən bir sözdən gəlir və daha çox "torpaq millətçiliyi" deməkdir). Xalqın təyin olunması üçün, "Şaab" (ərəb. الشعب, Şubiyyə)[4] sözündən istifadə olunur. Buna görə də ərəb ölkələrində (məclis, ərəb. المجلس) ən yüksək nümayəndəlik orqanı "milli" (əl-vətani, ərəb. صحيفة الوطني) və ya "xalq"dır (əş-şaab, ərəb. الرماد الشعب).[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.