From Wikipedia, the free encyclopedia
Əli Məsimli (3 yanvar 1953, Nuxa) — Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V və VI çağırış deputatı, Azərbaycan Respublikasının Baş nazirinin səlahiyyətlərini icra etmiş, Azərbaycan Respublikasının Baş nazirinin sabiq birinci müavini, Azərbaycan Respublikasının sabiq iqtisadiyyat naziri, Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlama Komitəsinin sabiq sədri, Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sabiq sədri, İqtisadiyyat elmləri namizədi.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əli Məsimli | |
---|---|
Vəzifədədir | |
2005-ci ildən | |
Seçki dairəsi | 2005 — 113 saylı Şəki şəhər 2010, 2015, 2020 — 114 saylı Şəki qəsəbə I |
Əvvəlki | vəzifə təsis edildi(113 saylı) vəzifə təsis edildi (114 saylı) |
Sonrakı | vəzifə ləğv edildi(113 saylı) |
5 fevral 1993 – 28 aprel 1993 | |
Əvvəlki | Rəhim Hüseynov |
Sonrakı | Pənah Hüseynov |
19 noyabr 1992[2] – 2 sentyabr 1993[3] | |
Baş nazir | Rəhim Hüseynov |
Əvvəlki | Ziyad Səmədzadə |
Sonrakı | Abbas Abbasov |
18 may 1993 – 1 sentyabr 1993[4] | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Səməd Sadıqov |
11 avqust 1992[5] – 19 noyabr 1992[6] | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum adı | Əli Əhməd oğlu Məsimli |
Doğum tarixi | 3 yanvar 1953 (71 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, iqtisadçı |
|
|
Təltifləri |
Əli Əhməd oğlu Məsimov 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. Çoxsaylı broşürlərin və məqalələrin müəllifidir. Rus dilini bilir.
1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri, 1993–2005-ci illərdə "Müstəqil İqtisadçılar Birliyi" ictimai təşkilatının prezidenti vəzifələrində çalışmışdır.
2005-ci il parlament seçkiləri ərəfəsində, 13 iyul 2005-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır.[7] YeS-in vahid siyahısından 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə Əli Məsimli deputat seçilmişdir.
2005-ci ildən sonra partiya təsis etmək üçün Azad İqtisadçılar Birliyi Təşkilat Komitəsini yaratmış və bu quruma sədrlik etmişdir.[8][9] Bu qurum partiyalaşa bilməmişdir.[10]
Əli Məsimli Azərbaycan Xalq Cəbhəsi və ardınca Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur. 2000-ci ildəki bölünmə zamanı klassiklər qanadında təmsil olunmağa başlamışdır.[11]
2005-ci il noyabrın 6-da 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilmişdir. Azərbaycan-Çin, Azərbaycan-Xorvatiya, Azərbaycan-İsveçrə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
2 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[12]
Evlidir, 2 övladı var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.