From Wikipedia, the free encyclopedia
Əl-Cədidə (ərəb. الجديدة, bər. ⴰⵍ-ⵊⴰⴷⵉⴷⴰ, fr. el-Jadida) və ya keçmiş adları ilə Kap Solis,[3] Portus Rutilis,[4] Rusibis,[4][5][6] Məzayin (ərəb. مازيغن, bər. ⵎⴰⵣⵉⴳⴻⵏ),[7][8][9][10] əl-Breiya (ərəb. البريجة,[4][11][12][13][14] Mazaqao (ərəb. مازاگاو, bər. ⵎⴰⵣⴰⴳⴰⵡ),[3][4][11][12][13][15][16] əl-Mahdouma (ərəb. المهدومة),[3][4][5][11][12][14][15][16][17][18] Mazaqan (ərəb. مازاگان, bər. ⵎⴰⵣⴰⴳⴰⵏ)[3][4][5][11][12][13][14][15][16][17][18] — Mərakeşin Atlantik sahilində, Kasablanka şəhərindən 100 km cənubda, Əl-Cədidə əyalətində yerləşən liman şəhəri.[19][20] 2014-cü il siyahıyaalmasına görə 194 934 əhalisi var.[21][22][23][24]
Əl-Cədidə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
ⴰⵍ-ⵊⴰⴷⵉⴷⴰ / الجديدة | ||||||||||
Məzayin • əl-Breiya • Mazaqao • əl-Mahdouma • Mazaqin | ||||||||||
| ||||||||||
33°14′03″ şm. e. 8°31′22″ q. u. | ||||||||||
Ölkə | ||||||||||
Tarixi və coğrafiyası | ||||||||||
Sahəsi |
|
|||||||||
Əhalisi | ||||||||||
Əhalisi | ||||||||||
Digər | ||||||||||
Rəsmi adı | Portuguese City of Mazagan (El Jadida) | |||||||||
Tipi | Mədəni | |||||||||
Kriteriya | ii, iv | |||||||||
Tarixi | 2004 (28-ci sessiya) | |||||||||
İstinad nöm. | https://whc.unesco.org/en/list/1058 | |||||||||
Ölkə | Mərakeş | |||||||||
Region | Ərəb dövlətləri | |||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Əl-Cədidəki köhnə şəhər Dünyanın Portuqal mənşəli Yeddi Möcüzəsindən biridir və portuqaliyalılar tərəfindən qurulmuş nəhəng divarlar ilə dənizdən çox "qeyri-mavr " görünüşə sahibdir.[25]
Portuqaliyanın Mazaqan istehkam-şəhəri 2004-cü ildə "Avropa və Mərakeş mədəniyyətləri arasındakı təsir mübadiləsinin üstün nümunəsi" və Portuqaliya tikinti texnologiyası ilə inteqrasiya olunmuş İntibah ideallarının erkən nümunəsi" kimi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[26]
Yay fəslində əsasən Mərakeşdən olan bir çox insan istrahət üçün Əl-Cədidə və xüsusilə qonşu Sidi Bouzid şəhərinə axın edir. Şəhərin yaxınlığında bəzi orta səviyyəli Mərakeşliləri, habelə Ərəbistan yarımadasından, Avropa və hüdudlarından çox sayda beynəlxalq qonağı cəlb edən Maqazan beşulduzlu kurort kompleksi yerləşir. Maqazan kompleksində kazino, gecə klubu və restoran və bir qolf sahəsi var. Yaxınlıqda limanların və fabriklərin olması Əl-Cədidə çimərliklərinin çirklənməsinə gətirib çıxarır.
Şəhər, 2014-cü ildən bəri yaxınlıqdakı Corf-Lasfar limanında və onun sənaye zonasında artan fəaliyyət nəticəsində qismən genişlənir.
Əl-Cədidə, ilk dəfə 1502-ci ildə Portuqaliyalılar tərəfindən ələ keçirildiyi zaman əl-Breiya kimi tanınırdı. Daha sonra şəhər Mazaqao kimi tanınmağa başlandı. Portuqallar şəhərdə 1514-cü ildə bir qala, 1541-ci ildə isə daha böyük bir istehkam inşa etdilər.[27] Portuqaliyalılar 1769-cu ilə, Mərakeşdəki son əraziləri olan Mazaqaonu tərk edənə qədər şəhəri idarə etməyə davam etdilər. Şəhər daha sonra 1769-cu ildə Sultan Məhəmməd ibn-Abdallah tərəfindən ələ keçirildi və əl-Məhdouma (dağıdılmış) adını alaraq tərk edilmiş şəkildə təmamilə sakinsiz qaldı. Sonda Mərakeşli Sultan Abd əl-Rəhman şəhərdə bir məscidin tikilməsini və məhv edilmiş hissələrinin yenidən qurulmasını əmr etdi. Yenilənmiş şəhərə Əl-Cədidə və ya Yeni adı verildi.[28]
Əl-Cədidə Köppen iqlim təsnifatına görə isti yaylı Aralıq dənizi iqliminə malikdir. Qışda yaydan daha çox yağıntı olur. Əl-Cədidənin orta illik temperaturu 17.4 °C (63.3 °F)-dir və hər il təxminən 372 millimetr (14.65 düym) yağıntı düşür.[29]
Əl-Cədidənin iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | 16,8 | 17,5 | 19,1 | 24,4 | 22,3 | 24,4 | 26,4 | 27,9 | 25,9 | 24,3 | 20,7 | 18,4 | 22,0 |
Minimum orta, °C | 7,6 | 7,7 | 9,3 | 10,9 | 13,2 | 15,9 | 17,7 | 18,9 | 16,9 | 14,7 | 11,3 | 9 | 12,8 |
Yağıntı norması, mm | 49 | 48 | 41 | 32 | 16 | 4 | 0 | 1 | 7 | 34 | 66 | 74 | 372 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.