From Wikipedia, the free encyclopedia
Əfşar və ya Əfşari adlanan Azərbaycan türkcəsinin dialektlərindən biri — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Kabil Əfşar dialektini Azərbaycan dilinin dialektlərinin XIV (14-cü) qrupuna aid edir.[1] Bu dialektdə danışan qruplar hal-hazırda Azərbaycanda, Türkiyədə, İranda, Suriyada və Əfqanıstanda yaşamaqdadırlar. Ethnologue və Glottolog bu dialkekti Cənubi Azərbaycandakı dilin dialekti olaraq qruplaşdırmışdır. İranika Ensiklopediyası isə onu müstəqil Cənubi Oğuz dili kimi təqdim edir.[2][3][4]
Əfşar dili | |
---|---|
Ölkələr | Əfqanıstan, İran, Suriya, Türkiyə |
Regionlar | İran (Kirman, Xorasan), Əfqanıstan (Kabil) |
Danışanların ümumi sayı | 300-600 min |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
|
|
Yazı | ərəb əlifbası, latın əlifbası |
Dil kodları | |
Glottolog | afsh1238 |
İslam Ensiklopediyasının üçüncü nəşrində bunlar qeyd edilmişdir:[5]
Linqivistik olaraq Əfşari Türk dillərinin Cənubi Oğuz qrupuna (cənub-qərbi türk dilləri) aid edilir (Johanson, History of Turkic, 82–3), və ya Cənubi Azərbaycan türkcəsinin dialekti kimi təqdim edilir. Farsdilli bir mühitdə yerləşdiklərinə görə, bir çox hallarda farsi dili əfşarların ana dilinə çevrilmişdir. Digər qruplar isə ikidilli olmuşdurlar (Kirmanda olduğu kimi). Bundan başqa, görünüşə görə, digər dillərlə olan kontaktlar orijinal dialekti transformasiya etmişdir. 2009-cu ildə müxtəlif Əfşar qruplarının linqvistik müqayisəsi diqqətəlayiq olaraq qalır.
Əfşari dialekti fars dilindən xeyli sayda alınma sözlər almış və Özbək dilində olduğu kimi /a/ foneminin [ɒ]-a yuvarlaqlaşdırılması baş vermişdir. Bəzi hallarda, Azərbaycan dili ilə Əfşari arasında müəyyən fərqlər də görülməkdədir. Məsələn, Əfşari də yiz (100) kimi işlənən söz Azərbaycan dilində yüz kimi işlədilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.