From Wikipedia, the free encyclopedia
Əcdadların harayı — Amerika yazıçısı Cek Londonun 1903-cü ildə nəşr olunmuş əsəri. Bu povest Cek Londonun ilk əsərlərinə aiddir.[1] Əsas personaj it olduğu üçün çox vaxt uşaq ədəbiyyatı kimi təsnif edilir. Bununla belə, povestdəki ideyaların böyüklüyü və dərinliyi onu yetkin oxucular üçün də aktual edir. Əsərdə ən güclülərin sağ qalması, sivilizasiya və təbiət, tale, azad iradə və xüsusilə də heyvanlara qarşı zorakılıq kimi mövzulara toxunulur. Bu povesti ingilis dilindən azərbaycan dilinə tərcümə edən Seyran Şiriyev olmuşdur.
Əcdadların harayı | |
---|---|
ing. The Call of the Wild | |
Müəllif | Cek London |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1903 |
Sonrakı | Kaliforniya |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Povest Kanadanın Yukon şəhərində Qızıl Hücum zamanı baş verir.[2] O dövrdə iri və güclü itlərə tələbat xüsusilə yüksək idi. Baş qəhrəman olan Bak də Kaliforniyadakı çoban fermasından gətirilmişdi. O, zaman keçdikcə özünü xizək itinin həyatının sərt reallığında tapır. Əsərdə Bakın sahiblərinin onunla necə kobud rəftar etməsindən, itlərin qəddarlığından bəhs edilir.[3] Çətin hava şəraitinə baxmayaraq, sağ qalmaq üçün mübarizə aparan Bakın yaşadığı çətinliklər əsərdə öz əksini tapmışdır. Sonda o, insanlarla yaşamaqdan imtina edir və onları qoyub qaçır, canavar sürüsünə qoşularaq onlara başçı olur.[4][5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.