Qarakilsə rayonunda kənd From Wikipedia, the free encyclopedia
Şıxlar — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur.
Tarixi Azərbaycan əraziləri | |
ŞIXLAR | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | Zəngəzur mahalı |
İndiki adı | Qızılşəfəq |
Adının dəyişdirilmə tarixi | 2.3.1940 |
Sahəsi |
|
Əhalisi |
|
Saat qurşağı | |
Xəritədə yeri | |
|
Toponim türk tayfasından olan şeyxlər (şıxlar) etnonimindən[2] əmələ gəlmişdir. Etnotoponimdir. Qurulşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 2. III. 1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qızıl Şəfəq qoyulmuşdur.[3]
Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisyan) rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə Şeyxler,[4] Qafqazın 5 verstlik xəritəsində Şıxlar formasında[5] qeyd edilmişdir.
1918-ci ildə kənd əhalisi ermənilər tərəfindən vandalizmə, habelə etnik təmizləməyə məruz qalmışdır..[6]
İrəvan quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayonunda kənd. Rayon mərkəzindən 36 km şimal-qərbdə yerləşir.
Kənddə 1831-ci ildə 44 nəfər, 1873 – cü ildə 312 nəfər, 1886-cı ildə 306 nəfər, 1897-ci ildə 544 nəfər, 1908-ci ildə 590 nəfər, 1914 – cü ildə 585 nəfər azərbaycanlı yaşamışdır[7]. 1918-ci ildə azərbaycanlılar qırğınlarla deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 326 nəfər, 1926-cı ildə 391 nəfər, 1931-ci ildə 411 nəfər azərbaycanlı yaşamışdır[7]. 1988-ci ilin sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
1988-ci ildə kəndin əhalisi Ermənistan SSR tərəfindən deportasiya edilmişdir.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.