From Wikipedia, the free encyclopedia
"Ştern" (alm. Stern) — Almaniyada nəşr olunan jurnal.
1948-ci ildə jurnalist Henri Nannen tərəfindən təsis olunmuşdur.[1]
Hər həftənin 4-cü günü satışa çıxarılır.[1] 300 min abunəçisi olan 800 min tirajlı “Ştern” 3.70 avroya satılır.[1]
Jurnalın 200 işçisi, 50 redaktoru var.[1]
Jurnal Fransa, İspaniya və İstanbulda yayımlanır; eyni zamanda London, Roma, Paris, Moskva, Vaşinqton, Sinqapur və başqa ölkələrin paytaxtlarında müxbir postları fəaliyyətdədir.[1]
"Hitlerin gündəlikləri" adlı hadisə jurnalın tarixindəki ən maraqlı hadisələrdən biridir.[1] XX əsrin 80-ci illərində Konrat Kulyamadlı şəxs jurnalın əməkdaşlarından birinə özündə nasional-sosialistlərin lideri Adolf Hitlerin gündəliklərinin olduğunu söyləmişdi.[1] O, jurnalın əməkdaşını inandırmışdı ki, gündəlikləri Hitlerin təyyarəçisindən götürüb.[1] Bunu İsveçrədə olan bir nəfər də təsdiqləmişdi.[1] Jurnalist bu xəbəri redaksiyaya sevinclə çatdırandan sonra gündəliklər çap olunmağa başladı.[1]
Bir müddət sonra isə mütəxəssis və oxucuların müdaxiləsi ilə aparılan araşdırma nəticəsində məlum olur ki, gündəliklər saxtadır.[1] Hadisə alman jurnalistikasına böyük zərbə olur; o mənada ki, oxucuların inamını sarsıdır.[1]
Bu hadisədən sonra "Ştern"in redaksiyasında ciddi dəyişikliklər və ixtisarlar olur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.