Şiraz salatı (fars. سالاد شیرازی salad shirāzi)[1] ənənəvi İran salatıdır, Cənubi İranda Şiraz şəhərində hazırlandığı üçün həmin şəhərin adı ilə tanınır. Bu salat həm də "fars pomidor-xiyar salatı" da adlanır.[2][3][4] Baxmayaraq ki, bəzən onun hazırlanmasında laym suyu və ya yaşıl meyvə suyu (üzüm qorası, kal alma və digər turş meyvələri sıxıb şirəsini şıxararaq hazırlanan, dünya mətbəxində verjuice adı ilə, İranda isə ab-qora (آبغوره) adı ilə tanınan, salat və yeməklərə turşuluq verən maye qatqı) istifadə olunur, salatın əsas tərkibi xiyar, pomidor, soğan və limon şirəsindən ibarətdir.[5][6] Şiraz salatı İranda yay aylarında ayrıca yemək kimi yeyilə bilir, lakin il boyu süfrəyə ət yeməklərinin, xüsusən kabab [6][7][8]steyk yanında əlavə kimi verilir.[9] Shirazi salad is sometimes served as an accompaniment to rice.[10] Cookbook author Jila Dana-Haeri describes it as a refreshing dish during the summer.[2] Şiraz salatı İranın milli salatı sayılır və İranda süfrəyə gələn xörəklərin əksəriyyəti bu salatla birlikdə verilir.[3] Bu salat həmçinin ət yeməyinin ədavasını (acılığını) azaltmaq məqsədi də daşıyır.[11] Salatın tərkibinə daxil olan xiyarın hesabına salat xırtıltı ilə yeyilir[5][12]; bir qədər pico de gallo and İsrail salatını xatırladır.[8][13]

Şiraz salatı
İranda Şiraz şəhərinin geoloji yeri

Tərkibi

Şiraz salatının əsas tərkib hissəsi: xırda doğranmış kiçik xiyar, pomidor və soğandan ibarətdir. Bu tərəvəzlər xırda doğranır və təzə limon və ya laym şirəsi ilə və bəzən də qurudulmuş nanə ilə qarıçdırılır.[2][5] Zeytun yağı, duz və istiot istifadə edilə bilər,[2][3] və əlavə olaraq salatın tərkibinə: doğranmış nanə, cəfəri, yaşıl soğan, şüyüd, sumaq, üzüm sirkəsi [8][9] və kal üzüm şirəsi (ab-qora) qatıla bilər. Salat duzlu və turş dada malik ola bilər. Salat süfrəyə verilməzdən bir saat (və ya bir qədər çox müddət) əvvəl düzəldilərsə, süfrəyə verilənə qədər keçən müddət ərzində onun tərkib hissələrinin dadı, ətri bir-birinə daha yaxşı qarışa bilir və nəticədə salatın dadı, ətri daha da artır.[2] Şiraz salatını süfrəyə pide və lavaş kimi çörəklərlə,[6] və ya pendir və/və ya qoz ilə vermək olar.

Əlavə olaraq

İstinadlar

Xarici keçid

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.